Biz inanırıq ki, hər kəs dizayn şedevrləri yarada bilər. Bu məqsədə çatmaq üçün sizdən yalnız istək, səy və intizam tələb olunur. Qalanını biz öz üzərimizə götürürük.
Biz təcrübə vasitəsilə peşəkar İT-bacarıqları inkişaf etdirən kompleks təhsil proqramı hazırlamışıq.
Step Kompüter Akademiyası İT təhsil sahəsində 1999-cu ildən işləyir. Biz iri proqram təminatçısı şirkətlərlə sıx əməkdaşlıq edirik. Biz İT-də peşəkar başlanğıc üçün hansı təhsilin zəruri olduğunu bilirik. Müəllif metodları və layihə yönümlü yanaşma sifarişçilərin real məsələlərini həll etməyi öyrədir və artıq tədris mərhələsində İT-cəmiyyətin bir hissəsi olmağa kömək edir.
"Kompüter qrafikası və dizayn" kursunun səmərəliliyini STEP IT Academy-nin minlərlə məzunları – dünyanın 36 ölkəsindəki iri İT şirkətlərdə işləyən ixtisaslı dizaynerləri, rəssamları və animatorları təsdiq edir.



Aktuallıq, peşəkarlıq, qayğı
STEP IT Academy-də təhsil effektiv tədrisin üç əsas zəruri tərkib hissəsinə əsaslanır.
Aktual proqram
Bizim tələbələrin aldığı bilik və bacarıqlar şirkətlərin bu günkü və gələcək tələblərinə uyğun olmalıdır. Buna görə də biz hər altı aydan bir kurs proqramlarına baxır və onları yeniləyirik.
Müəllim-praktiklər
STEP IT Academy-nin müəllimləri – aparıcı İT şirkətlərin minimum 5 il iş təcrübəsi olan mütəxəssisləridir. Dərslərdə tələbələr real praktikadan yalnız aktual bilikləri əldə edirlər.
Dost mühit
Biz müəllim və tələbələrin eyni səviyyədə ünsiyyət qura biləcəyi xüsusi təhsil mühiti yaratmışıq. Bizim təhsil otaqlarımız və laboratoriyalarımız rahat iş yerləri, kompüter texnikaları və lisenziyalı proqram təminatları ilə təchiz edilib.
Proqram kim üçün hazırlanıb
Məktəblilər və məzunlar (15-18 yaş)
dizayner olmaq arzunuzu sonraya qoymadan ilk peşənizi almaq


Ali təhsil müəssisələrinin tələbələri (18-23 yaş)
universitet təhsili ilə paralel ikinci ixtisası mənimsəmək
Digər peşələrin nümayəndələri (23-55 yaş)
o kəsləri ki, cari karyera və maliyyə perspektivləri qane etmir, dizayner ixtisası üzrə yenidən təhsil ala və tələb olunan peşəyə sahib ola bilərlər.


İxtisasını artırmaq istəyən hər kəs
öz biliklərini sistemləşdirəcək və müasir dünyada tələb olunan iş bacarıqları əldə edəcəklər
2,5 ilə STEP IT Academy tələbələri nələri alacaqlar?
Maksimum praktik məşğələlər
STEP IT Academy-də təhsil prosesi alınmış bütün biliklərin praktik tətbiqi üzərində qurulub. Bizdə monoton leksiyalar yoxdur, bizim tələbələr konspekt yazmırlar. Tədris üçün lazım olan bütün materiallar elektron gündəliyə yüklənilir. Tələbə ona rahat olan yerdə, istədiyi vaxt dərslərlə məşğul ola bilər.
Hazır portfolio
Siz bu istiqaməti seçməklə, diplomlu qrafik dizayner, illüstrator və ya 3D-animator olmaqla bərabər, həmçinin öz portfolionuzu yığacaqsınız. Bu sizə gələcək iş yerinizdə öz bacarığınızı göstərmək üçün kömək edəcək. Yaradıcı düşünmək və öz ideyalarınızı təsəvvür etmək qabiliyyəti sizi qiymətli peşəkar edəcək və bir dizayner kimi formalaşmağınızda düzgün istiqamət seçmək üçün yardım edəcək.
İşə düzəlmədə kömək
Uğurlu işədüzəlmə üçün təcrübənin vacib olduğunu bilərək biz minimum nəzəriyyə veririk. Keyfiyyətli dizayn məhsulunun yaradılmasının bütün mərhələlərində işləməyi tələb edən yaradıcı tapşırıqlar bu sahədə effektli başlanğıc imkanı verəcək.
Nə üçün proqram 3 ay deyil, 2,5 il davam edir?
Standart kompüter kursları yeni başlayanı 3-4 aya ixtisaslı dizayner edəcəklərini vəd edirlər. Bu ya yalandır, ya da səriştəsiz bir bəyanatdır. Bu cür qısa müddətdə bir-iki istiqaməti səthi mənimsəmək olar, lakin ciddi praktik bacarıqlar almaq mümkün deyil. Bu cür kurslardan sonra dizaynerlər bəsit az ödənişli məsələləri həll edə bilərlər. Daha yüksək səviyyəyə qalxa bilmək üçün, sərbəst mütəmadi olaraq öyrənməyə davam etməli, baza təhsildəki boşluqları doldurmalıdırlar. 10 il sonra bu dizaynerlər karyeralarının başlanğıcında fundamental təhsil almadıqları üçün təəssüflənirlər. "Kompüter qrafikası və dizayn" proqramına dizaynerə lazım olan zəruri fənnlər daxil edilib. Proqramda artıq ola biləcək heç nə yoxdur. STEP IT Academy-də təhsil müddəti 2,5 il davam edir, yəni 5 semestr. Biz əminik ki, bu, ali İT təhsil almaq üçün ən optimal müddətdir.
Tədris proqramı
STEP IT Academy-nin prinsipi – İT bazarın yeni tendensiyalarına uyğunlaşmaqdır. Biz dizayn texnologiyaları sahəsinin ən aktual istiqamətləri üzrə təhsil veririk.
- Şəkil, incəsənət tarixi, mühüm inkişaf mərhələləri və müasir dizayn stilləri
- Dizayn və reklam dizaynı: yaradılması, təşviqi psixologiyası, aydentika (firma stili) və brendinq
- Adobe Photoshop-da foto və rastr şəkillərin peşəkar işlənməsi
- Adobe Illustrator-da vektor qrafikası ilə iş
- Nəşriyyat: çap mətninin tərtibatı ənənələri, məhsulun erqonomik və stilistik dizaynı
- Adobe InDesign nəşriyyat sistemi. Çap öncəsi hazırlıq
- Rəqəmsal fotoqrafiya. Studiyada professional avadanlıqlarla iş təcrübəsi, portret retuşu, əşya fotoçəkilişi
- Statik və dinamik veb-saytların yaradılması: HTML5 dili, CSS3, yaratma, təşviq etmə və pul qazanma vasitələri
- Veb-saytlar üçün məzmunun idarəedilməsi sistemləri
- Veb səhifələrin erqonomikası və istifadə üçün rahatlığı. UI/UX-dizayn
- Axtarışın optimallaşdırılması və veb-marketinq
- JavaScript və WebGL istifadə etməklə interaktiv animasiya
- Autodesk 3ds Max-da üçölçülü qrafika: 3D-obyektlərin yaradılması, poliqonal və splayn-modelləşdirmə
- İnteryer və eksteryerin vizualizasiyası. Landşaft dizaynı.
- Autodesk AutoCAD-da avtomatlaşdırılmış layihələndirmə sistemləri, çertyojlarla iş
- Üçölçülü animasiya: Autodesk Maya-da modelləşdirmə, vizuallaşdırma və animasiya
- Video yaratmaq və üzərində işləmək, Adobe Premiere-də qeyri-xətti montaj
- CGI, VFX və Adobe AfterEffects istifadə etməklə sonradan işləmə
- Rəqəmsal səslə iş, videoçarxların səsləndirilməsi və səslərin birləşdirilməsi, səs xəttinin işlənməsi
- Adobe Photoshop-da rastr qrafikasə ilə iş;
Kursu bitirdikdən sonra siz nələri bacaracaqsınız?
- Sıfırdan şirkətlərin brendini tərtib etmək və yaratmaq: qaydlayn və brendbukların hazırlanması ilə məşğul olmaq, firma stilini, korporativ dizayn elementlərini, nişanları, brendin loqo və personajlarını tərtib etmək
- Daxili və xarici reklam yaratmaq: səthi və üçölçülü qrafika vasitələrindən istifadə etməklə posterlərin, asmaların, lövhələrin maketlərini
- Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə etməklə fotoçəkiliş aparmaq: şəkillərin retuş edilməsi, sonradan üzərində işləmə, peşəkar portretlər və fotokollajlar yaratmaq, gecə çəkilişi və makroçəkiliş aparmaq
- Çap məhsullarının maketini yaratmaq: qəzetlər, jurnallar, kitablar, reklamlıq nəşriyyat məhsulları, o cümlədən nəşrlərin çap öncəsi hazırlanması
- Statik və dinamik veb-saytların layihələndirilməsi, yaradılması və təşviqi: sadə sayt vizitkalardan nəhəng internet mağazalaradək
- Veb-səhifələrdə interaktiv elementlər, dinamik menyular və idarəetmə elementləri yaratmaq, Adobe Animate texnologiyasından istifadə etməklə videoparçalar yerləşdirmək
- Kompüter oyunlarının hazırlanmasında iştirak
- Videoçarxlar yaratmaq və onların üzərində işləmək, səslə videomaterialı birləşdirmək və sinxronlaşdırmaq, videoçarxların səsləndirilməsi texniki prosesini idarə etmək.
- Yeni modelləşdirmə və vizuallaşdırma texnologiyalarını istifadə etməklə üçölçülü şəkillər yaratmaq
- Binanın interyer və eksteryer dizaynını yaratmaq, onları real ətraf mühitə uyğun vizuallaşdırmaq
- Mobil və stolüstü proqramlar üçün interfeysin dizaynı. İstifadəçi təcrübəsini nəzərə almaq
- İki- və ya üçölçülü animasiyalardan və peşəkar xüsusi effektlərdən istifadə etməklə animasiya filmləri yaratmaq
Təhsil formaları
Həftəiçi
ayda 300 azn-dən
Öz həmfikirlərinin yanında bilik və bacarıqlar əldə etmək istəyənlər üçün əla seçimdir. Müstəqil şəkildə öyrənmək sizin üçün çətindirsə, və vaxtınız varsa bu ən sizin üçün ən uyğun təhsil formasıdır. 15 nəfərə qədər kiçik qruplar. Hər dərsdə sizinlə təlimçi məşqul olacaq.
Azərbaycan
5 semestr - 2.5 il
15-55 yaş arası
həftədə 4 dəfə - 2 qoşa dərs
Həftəsonu
ayda 250 azn-dən
IT təhsilini universitet və ya iş ilə uyğunlaşdırmaq imkanı yaradır. Hər həftə tələbə müəllim tərəfindən konsultasiya alır və fərdi iş üçün elektron dərslər əldə edir. Həmin dərslərdə nəzəri hissə, məsələlərin həll yolları, instkursiyalar, ev tapşırıqları, interaktiv videolar və digər materiallar mövcüddur.
Azərbaycan
5 semestr - 2.5 il
15-55 yaş arası
həftədə 1 dəfə 3 qoşa dərs
Akademiyada təhsil necə qurulub
STEP IT Academy-də təhsil dəqiq alqoritm üzərində qurulub. Dərslərin əvvəlində siz bilik alırsınız. Həmin biliklərin təcrübədə və ev tapşırıqlarında tətbiqi ilə bacarıq formalaşır. Dəfələrlə yeni bacarığı tətbiq edərək, nümunələri, məsələləri, laboratoriya işlərini, testləri həll edərək, siz bacarığınızı inkişaf etdirirsiniz. Tələbənin bacarığı real layihələrin hazırlanmasına, kurs və diplom işlərinin müdafiəsinə, biznes-yönümlü məsələlərə, müsabiqə və hakatonlarda iştiraka yönləndirildiyi zaman səriştə üzə çıxır. Şirkətə sizin biliyiniz lazım deyil. Ona iş məsələlərinin və biznes-proseslərin həllində səriştəniz lazımdır.
Müəllim – praktik mütəxəssislər
Yerli və beynəlxalq İT şirkətlərdə işləyirlər;
Öz startaplarını açırlar; İT-də orta işləmə təcrübəsi – 5 il
Orta müəllimlik təcrübəsi – 2 il
STEP IT Academy-də təhsil elə təşkil edilib ki, tələbə artıq şeylərə diqqətini yayındırmadan öz ixtisasına maksimum daxil olsun. Bizdə yazılı imtahanlar, əzbərlənməli testlər yoxdur. Yalnız dərsin mənimsənilməsini yoxlamaq üçün aralıq testlər. Diplom layihələrinin müdafiəsində İT şirkətlərin nümayəndələri iştirak edir və çalışqan tələbə həmən oradaca yaxşı iş tapa bilər.
Məzunların iş nümunələri






Təhsili bitirdikdən sonra tələbələr STEP IT Academy-nin beynəlxalq diplomu ilə təltif olunurlar
Həmçinin tələblər partnyor şirtkərlərin sertifikatlarına yiyələnirlər
Məzunlarımız harada işləyir













