STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Islam Ömərov

Smart Solutions:

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

 

"STEP IT Academy"-də təhsil aldığım müddətdə "Gloria Jean's Coffees"-də barista vəzifəsində çalışırdım.

 

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz? 

 

Təhsil müddətinin ilk 6 ayında paralel olaraq barista işləyirdim. Bu 6 ayda həm programming həm də networking ilə bağlı təməl bilikləri mənimsədim və sonda imtahan oldu. Bu imtahanlardan yüksək nəticələr əldə etdiyim üçün networking-i tədris edən Vadim Bannikov məni IT departamentinin direktoru olduğu İctimai Televiziya və Radio Yayımları Şirkətində IT şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləməyə dəvət etdi. Burada baş mütəxəssis vəzifəsinə qədər yüksəldim. Təhsil müddətinin 1 il yarımı bitdikdən sonra C# proqramlaşdırma dilini müəyyən səviyyədə öyrəndim və ilk dəfə developer karyerama C# Developer olaraq "Smart solutions" şirkətində başladım.

 

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

 

Qeyd etdiyim kimi  "STEP IT Academy"-dən əldə etdiyim bilik və təcrübələr sayəsində ilk gəlirimi İctimai Televiziya və Radio Yayımları Şirkətidə işləyəndə əldə etdim.

 

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

 

Motivasiyadan düşdüyüm hallar olurdu. Bu həm işləyib, həm də təhsil aldığım zamanlarda yorgunluğun verdiyi demotivasiya idi. Amma "hara getdiyimi" bildiyim üçün bu uzun çəkmirdi.

 

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

 

Əzmkarlıq insanın özündən asılı olduğu üçün vacibdir. Mütləq əzimkar olmaq lazımdır ki,  qarşılaşılan çətin proseslərdən uğurlu nəticələr əldə edilsin.  istedadın olması hər bir peşə üçün üstünlükdür.

 

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?

 

"Smart solutions" şirkətində C# Developer vəzifəsində çalışıram.

 

STEP IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

 

STEP IT həyatimda vacib məqamlardan olan karyeramin istiqamətini istədiyim sahəyə yönəltməyə verdiyi təhsil və təcrübələrlə böyük təsir göstərmişdir.

 

Niyə məhz Step It Academy? 

 

Düşünürəm ki, Azərbaycanda proqramlaşdırma ilə bağlı ən yaxsı təhsil müəssisəsidir  (universitetləri də nəzərə alaraq).

 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə maraqlananlara nə demək istərdiniz?

 

Corc Bernard Şou qeyd etmişdir ki: “Təhsil özü meyvə deyil, bilik ağacından meyvə toplamaq üçün bir pilləkəndir.” STEP IT Academy Bernard Şounun nəzərdə tutduğu pilləkənin ən yaxşısını sizə göstərə və onda necə irəliləyəcəyinizi ən yaxsı şəkildə öyrədə bilər. Təki siz istəyin!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti