STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Ağaəkbər Nağıyev

Azsmart LLC: IT mütəxəssis

İstiqamət üzrə məzun:

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

STEP IT Academy ilə yanaşı olaraq, Azərbaycan Texniki Universitetinin Kompyuter mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi olaraq təhsilimi davam etdirirəm. 

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?  

STEP IT Academy-də təhsil müddətində əldə etdiyim nailiyətlərdən biri, beynəlxalq səviyyədə tanınan CISCO Network Academy-ni yüksək nəticə ilə bitirib, sertifikatlarını əldə etmək idi. Hal-hazırda isə CCNA 200-301 imtahanını verməyi planlaşdırıram. Digəri isə təhsil aldığım müddətdə təhsil aldığım sahə üzrə işlə təmin olunmağım oldu. Akademiya-da oxuduğum 4 ay idi ki, artıq IT üzrə işlə təmin olundum və ilk gəlirimi əldə etdim. 

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Motivasiyadan düşdüyüm zamanlar olurdu. Mənim təcrübəmdə buna səbəb vaxt qrafikimin yoğun olması ilə bağlı idi. Belə ki, Universitetdə 1-ci kursda təhsil aldığım zaman STEP IT Academy-də təhsilimə başlamaq qərarı almışdım və eyni zamanda işləyirdim. Bu müddətdə günün bir hissəsini universitetdəki təhsilimə və işimə, digər hissəsini isə STEP IT Academy-dakı təhsilimə ayırırdım. Əlbəttə ki, ev tapşırıqları, imtahanlar, dərsə hazırlıq prosesi və işlə əlaqədar etməli olduğum işlər və s. bütün bunlara da vaxt ayırırdım. Bu halda istirahət üçün çox da zaman qalmırdı. Belə gərgin qrafiklə davam etmək bəzi hallarda məni motivasiyadan salırdı, yorulurdum. Ancaq sevdiyim və mənə maraqlı olan sahədə təhsil almağım, eyni zamanda əldə etdiyim uğurlar gələcəkdə qazanacağım uğurlara olan inamım hər zaman motivasiyamı bərpa etməyə kömək edirdi. STEP IT Academy-dakı təhsilin keyfiyyətli və müəllim heyyətinin peşəkar olması və bununla bərabər mənim də davamlı öz üzərimdə çalışmağım uğurun qaçılmaz olmasına əsas verirdi. Motivasiyamın düşdüyü anda  bu düşüncələr sayəsində artıq mən bütün inamımla və dahada həvəslə irəliyə doğru addımlayıram.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Əzmkarlıq və istedad hər peşədə vacibdir və IT sahəsidə  istisna deyil. Insan öz üzərində çalışaraq, əzmkarlıq göstərərək istedadını ortaya çıxardır və gələcəyin peşakarına çevrilir. Hər bir işdə olduğu kimi İT-də də çəkilən zəhmət qarşılıqsız qalmır.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Hal hazırda Azsmart LLC şirkətində IT mütəxəssisi olaraq çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

STEP IT Academy həyatıma müsbət təsir göstərib ən böyük qazancım STEP IT Academy-da tanıdığım dostlarım və hər zaman dəstək olmağı özlərinə borc bilən müəllimlərim olub. Dostlarımızla fərqli şirkətlərdə qrumlarda işləməyimizə baxmayaraq tez-tez görüşüb və ya əlaqə saxlayaraq IT-də olan yeniliklərlə bağlı müzakirələr aparıb bir birimizə dəstək oluruq və bu səmimi rahat munasibətlətimiz müəllimlərimiz üçün-də  keçərlidir ki hər hansısa dəstəkə ehtiyyac olduğu an əllərindən gələni əsirgəmirlər.

Niyə məhz STEP IT Academy?

Tələbələr üçün yaratdığı şərait, dərs cədvəli, peşakar müəllim heyyəti və tələbələrinin göstərdiyi uğur və naliyyətləri  ilə tanış olandan sonra seçimimin STEP IT Academy olmasına qərar verdim.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

STEP IT Academy-da təhsil alan tələbələrimizə demək istəyirəm bir müddətlik çəkdikləri əziyyətin yatmadıqları gecələrin oxuduqları hər bir anın uğuruna nail olacaqlar. Yeni gəlmək istəyən tələbələrə deyə bilərəm ki, əgər oxumayacaqlarsa zəhmət çəkməyəcəylərsə əyləncələrindən bir müddətlik uzaqlaşmayacaqlarsa boşuna vaxt itirməsinlər. IT-ni oxumayub zəhmət çəkmədən öyrənmək olmur.

Bootcamp

Bootcamp proqramına 20%-dək endirim! IT karyeranıza başlamaq şansınızı qaçırmayın!

Ətraflı

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat