STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Ibrahim Hüseynzadə

JetSoftPro : .NET Developer

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

Hələ məktəb vaxtlarından informatika olimpiadalarında iştirak edirdim. Universitet seçimi ərəfələrində təhsilimi universitet əvəzinə hər hansısa kursda və ya online resurslarla davam etməyi düşünmüşdüm. Araşdırmalar sonrasında STEP IT Academy-də oxumağa qərar verdim. Akademiyaya universitetlə bərabər başlamışdım. Sonradan universitet təhsili məni qane etmədiyi üçün sadəcə Akademiyaya fokuslandım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ? 

Əslində ümumi təhsil müddətinə nailiyyət gözü ilə baxıram. Keçmişə dönüb baxanda, hər bir öyrənilən mövzu, hər bir tamamlanan layihə karyera öncəsi çox faydalı olub. Bunlardan əlavə Microsoft sertifikatı, aldığım bir çox layihə təklifləri və ən əsası bu sahə ilə maraqlanan insanlardan ibarət çevrə bu müddətdə qazandığım ən önəmli nailiyyətlərdən bir neçəsidir.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

İlk gəlirimi hələ Akademiyadakı təhsilimin 1 il yarımından sonra aldığım freelance təklifi ilə əldə etmişəm. Bu həm çox gözəl təcrübə həm də möhtəşəm ilham qaynağım olmuşdu.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Tam olaraq motivasiyadan düşməyimi xatırlamıram. Hədəflərimin daima fərqində idim və bütün tədris müddəti boyunca içimdəki öyrənmə həvəsi heç zaman itməmişdi. Motivasiyadan düşənlərə və ya çətinlik çəkənlərə bunu demək istərdim ki, indi çəkəcəkləri əziyyətin qarşılığını artıqlaması ilə alacaqlar. Hədəflərini xatırlasınlar və onun üçün çalışsınlar.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

İstedad sizə bilikləri daha tez yiyələnməyə və ya çətin problemlərdən rahatlıqla çıxmağa kömək edə bilər amma əzmkarlıq olmadan hər hansısa bir sahəni dərindən qavramaq qeyri mümkündür deyə düşünürəm.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi? 

Hal hazırda Ukraynanın JetSoftPro şirkətində .NET Developer olaraq çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

STEP IT Academy həmişə xoş xatirələrlə xatırlayacağım, həyatımın ən önəmli dönüm nöqtələrindən biri oldu. 3 il öncəki İbrahim belə qısa müddət ərzində bu qədər uğurlu karyera quracağını ağlından keçirməzdi. Onun əsas xəyallarından biri, gələcəkdə "nə vaxtsa" beynəlxalq bir şirkətdə dünyanın fərqli yerlərindən olan proqlamçılarla birlikdə işləyib təcrübə qazanmaq idi. Hal hazırda bu xəyalımın gerçək olması mənə karyeramda daha böyük hədəflərə fokuslanmama şərait yaradır.

Niyə məhz STEP IT Academy?

Çünki burada sizə müasir dünyanın tələblərinə uyğun olan bilik və bacarıqları sistematik şəkildə işinin pəşəkarları tərəfindən tədris olunur. Akademiyada öyrənmə üçün hər bir şərait yaradılıb. Digər kurslardan ən çox bəyəndiyim fərqi isə burada ilk 6 ay ərzində sizə Proqramlaşdırma ilə yanaşı IT Essentials dərslərinin tədrisidir. IT-ni öyrənmək istəyən amma tam olaraq hansı sahəyə yönələcəyindən əmin olmayan tələbələrə bu dərslərin seçimlərini etməkdə yetəri qədər faydalı olduğunu düşünürəm.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Motivasiya çox önəmlidir. Çalışsınlar heç zaman içlərində olan bu hissi itirməsinlər. Hər bir uğurlu insanın çətinliklərlə dolu həyat yolu olduğunu unutmasınlar. Önəmli olan bu çətinliklərdən çəkinməyib onların üzərinə getməkdir. Bir də, çalışsınlar təhsilin sonlarına doğru təcrübə proqramlarına qoşulsunlar. İlkin dövrlərdə qazanacağınız hər bir təcrübə sizə çox gözəl geri dönüş edəcək. Siz bacaracaqsınız!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti