MƏLUMAT ŞÖBƏSİ
(012) 599 11 59MƏLUMAT ŞÖBƏSİ
(012) 599 11 59MƏLUMAT ŞÖBƏSİ
(012) 599 11 59STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.
Your browser is out of date!
You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge
Azərbaycan
Başqa ölkə seçməkMƏLUMAT ŞÖBƏSİ
(012) 599 11 59MƏLUMAT ŞÖBƏSİ
(012) 599 11 59MƏLUMAT ŞÖBƏSİ
(012) 599 11 59Azərbaycan
Başqa ölkə seçməkIT-təhsil, necə olmalıdır
STEP IT Academy 1999-cu ildən IT təhsili sahəsində liderdir. Dünyada yüz minlərlə məzunu olan iri bir təşkilatıq. Biz həm uşaqlar həm böyüklər üçün IT təhsili üzrə ixtisaslaşmışıq.
Dərs zamanı ən böyük diqqəti təcrübəyə ayırırıq. Tədris proqramımız hər zaman IT sənayesi ilə uyğunlaşır və mütəmadi olaraq yenilənir. Məzunlarımızın dünyanın ən yaxşı IT şirkətlərinin hissəsinə çevrilməkdə kömək etmək üçün hər zaman ən aktual və ən tələb olunan bilikləri verdiyimizdən əminik.
Bizdən tez-tez necə Braziliya, Meksika, Amerika, Kamboca, Gürcüstan, Rumıniya, Bolqarıstan, İsveçrə, Ukrayna kimi ölkələrdə lider olduğumuzu soruşurlar.
Əslində, heç bir sirr yoxdur. Biz əmək bazarında nələrin tələb olunduğunu dəqiqliklə bilirik. Əminik ki, keyfiyyətli IT-təhsil 3 əsas sütun üzərində qurulur: peşəkar təlimçilər, müasir tədris proqramı və düşünülmüş infrastruktur.
IT STEP University Bu, Ukraynada ilk lisenziyalaşmış ali IT-təhsil ocağıdır. Tələbələrimiz proqramlaşdırma, qrafik dizayn, şəbəkələr və kibertəhlükəsizlik kimi ixtisaslar üzrə təhsil alırlar.
Biz təcrübəyə üstünlük veririk. Tələbələrimiz ilk həftələrdən real praktiki layihələr üzərində çalışır. Tələbələrimizin startaplarının müdafiəsinə isə IT sənayesindən olan tərəfdaşlarımızı dəvət edirik.
İkinci kursdan etibarən, tələbələrimiz "Dual təhsil" proqramı çərçivəsində təhsil ilə parallel Epam, Eleks, Softserve, Nix Solutions, Sigma kimi aparıcı IT şirkətlərində təcrübə keçə bilərlər. Aralarında ən yaxşıları isə karyeralarını həmin şirkətlərdə davam etdirir.
4
Ukraynada universitet
95К
tələbələr bizimlə təhsil alırlar
IT STEP School Bu günümüzdə yer alan gələcəyin məktəbidir. Məktəblərimizdə, biz IT texnologiyalarının tədrisə inteqrasiyasına və xarici dillərin dərinləşdirilmiş öyrənilməsinə üstünlük veririk. Ənənəvi fənnlər isə veb-dizayn, proqramlaşdırma, soft-skill inkişafı və biznesin əsasları üzrə dərslərlə birlikdə keçirilir. Dərslər rahat və kompüterlərlə təchiz olunmuş siniflərdə, video-studiyalarda və laboratoriyalarda keçirilir.
Tələbələrimizin ev tapşırqları və imtahanlara hazırlaşmaq ilə problemləri olmur. Tədris prosesi elə qurulub ki, məktəblilər əlavə müəllim və repetitor yanına getmədən, yeni bilikləri bərkitdikləri zaman, həmçinin imtahanlara hazırlaşmış da olurlar. Uşağın hobbiləri və valideynləri ilə ünsiyyəti üçün boş vaxtının olmasını da təmin edirik.
Tədris prosesinə individual yanaşma, uşaqları sevən və onların ideyalarını hər zaman dəstəkləyən peşəkar müəllimlər, təhsil prosesini maksimum effektiv edir.
4
Ukraynanın bütün şəhərlərində məktəblər
95К
tələbələr bizimlə təhsil alırlar
Unicorn World Virtual School Bu, STEP IT Academy mütəxəssislərinin tərtib etdiyi distant məktəbdir.
Unicorn School-un bir çox digər onlayn məktəblərdən əsas fərqi onun innovativ yanaşması və oyunlaşdırılmasıdır. Biz uşaqları oynamağa dəvət edərək öyrənməyə cəlb edirik. İstənilən dərs, personajlar və maraqlı tapşırıqlarla dolu bir kompüter oyunu şəklində keçir. Yoxlama işi əvəzinə - quest. Qiymətlər əvəzinə isə oyun personajları üçün yeni super güc!. Hansı uşaq oynamaqdan imtina edər ki?
Unicorn School-un nəticələri göstərir ki, "oyun" şəklində keçirilən dərslərin nəticəsində, uşaqlar materialı daha tez və asanlıqla qavrayır.
21
il təcrübə
95К
tələbələr burada təhsil alırlar
Tələbələrimiz beynəlxalq IT müsabiqələr və yarışmalarda birinci yerləri tuturlar
Tələbələrimiz, dünyanın 106 ölkəsindən 400 000 insanın iştirak etdiyi beynəlxalq Microsoft İmagine Cup çempionatında (Sidney, Avstraliya) qalib gəlmişdirlər. Autodesk şirkətinin müsabiqəsində, "Junior Master" nominasiyasında birinci yeri, Cisco şirkətinin olimpiadalarında isə V və VI yerləri tutmuşdur.
Beynəlxalq "Qızıl Bayt" IT-çempionatının təşkili
2017-ci ildə STEP IT Academy 3 000 000 qriven hədiyyə büdcəsi olan beynəlxalq "Qızıl Bayt" IT-çempionatını təşkil etmişdi. Çempionatın əsas məqsədi gənc mütəxəssisləri innovasiya və biznes ideyaları yaratmağa sövq etmək idi.
Kamboca filialımız IT təhsili sahəsində mükafata layiq görülmüşdü
Kambocadaki STEP IT Academy beynəlxalq "EQUALS in TECH Award 2020" müsabiqəsi çərçivəsində, Kambocada qadınlar üçün ilk proqramlaşdırma klubunun təşkili və inkişafına görə mükafatlandırılmışdı.
Kiçik Kompüter Akademiyası BMT-yə görə dünyanın 5 ən yaxşı layihələri siyahısına daxil olunmuşdur
Kiçik Kompüter Akademiyasının proqramı, UNESCO və ITU-ya görə dünyada insan potensialının inkişafı üçün yaradılmış 5 ən yaxşı layihəsi siyahısında yer almışdır.
STEP IT Academy-nin filialları IT sənayesinin liderləri olan Microsoft, Cisco və Autodesk şirkətlərinin rəsmi tədris mərkəzləridir. Kursu sertifikatlaşdırılmış təlimçilər keçir. Tələbələr isə, elə tədris zamanı Microsoft, Cisco və Autodesk sertifikatlarını əldə edə bilər.
17 yaşım olması ilə əlaqədər hər hansısa bir yerdə işləmirəm və hələki o qədər də nailiyyət əldə etməmişəm, amma önümüzdəki 1 ay içərisində CCNA və RHCSA sertifikat imtahanlarına girməyi planlaşdırıram, eləcə də freelance proyektlərdə yer almışam. İlk qazancım 6 ay öncə olub.
Tam hekayəni oxuyunTam 3ay sonra ilk məvacibimi qazandım
Tam hekayəni oxuyunAkademiyaya gəlməzdən öncə IT sahəsinə yaxın sahələrdə çalışırdım. Artıq 1-ci semestrin 3-cü ayında IT HelpDesk olaraq çalışmağa başladım.
Tam hekayəni oxuyunSTEP IT Academy-dən əvvəl müstəqil olaraq proqramlaşdırma biliklərimi genişləndirirdim. 2019-cu ilin noyabr ayının əvvəlindən, Akademiyada 7 ay təhsil aldıqdan sonra Paşa Bankda Junior Software Developer olaraq işə başladım.
Tam hekayəni oxuyunİlk işim tibb mərkəzi üçün bir web saytın yaradılması olmuşdu. Daha sonra bir inşaat şirkəti üçün web sayt yaratdıq, lakin bu işləri mən təcrübə müddətində həyata keçirdiyim üçün hər hansı bir gəlir əldə etməmişəm.
Tam hekayəni oxuyunHal hazırda "Decode" web agentliyində full stack web prograçı kimi çalışıram. Decode özümüzün təhsiz etdiyimiz bir şirkətdir. STEP IT Academy-dəki qrup yoldaşlarımızla qərar aldıq ki biz artıq burani bitirdikdən sonra öz işimizi qurub, öz gücümüzü birləşdirib orada nələrsə etməyə başlayaq.
Tam hekayəni oxuyunSTEP IT Academy-də oxumağa başladıqdan 1 il sonra ilk dəfə bir şirkətdə təcrübəçi kimi işləməyə başladım. Daha sonra zamanla inkşaf etdim. Həmişə bacardığım qədər müəllimlərin verdiyindən artığını öyrənməyə çalışırdım. Nəticə olaraq oxuduğum müddətdə özümə yaxşı portfolio, CV və təcrübə topladım.
Tam hekayəni oxuyunAkademiya mənə öz xəyallarımı real etməyə kömək oldu. Və hal hazırda freelans dizayn işləri ilə məşğulam. İlk gəlirimi akademiyaya gəldiyimdən 4 ay sonra olub.
Tam hekayəni oxuyunSTEP IT Academy-də təhsil aldığım müddətdən cəmi 3 ay sonra AccessBank-da müsahibədən keçərək orada təcrübə proqrammına başladım. Orada 1 ay təcrübə keçəndən sonra, ExpressBank-da təcrübə proqrammına dəvət aldım. Hal hazırda ExpressBank-da Java Developer olaraq çalışıram.
Tam hekayəni oxuyunHal hazırda qardaşımla bərabər bir neçə işlə məşğuluq. Azerbaycanda irihəcmli şirkətlər üçün Cisco şəbəkə avadanlıqlarının satışını həyata keçiririk. Eyni zamanda Portflix Internet Servis Provider şirkətinin ortaq qurucularıyıq.
Tam hekayəni oxuyunAkademiyamızda təhsil aldığım müddətdə ilk 6 ayı parallel olaraq həm proqramlaşdırma həm də IT peşəsinə aid olan bilikləri əldə etdim. Bundan sonra isə məhs proqramlaşdırma sahəsini seçdiyimə görə bu sahədəki biliklərimi yenil’yib təkminləşdirdim. Amma STEP IT Academy mənə təkcə bilik vermədi. İlk öncə akademiyamızda keçirilən aktivlikləri qeyd etmək istərdim.
Tam hekayəni oxuyunAkademiyada təhsil aldığım müddətdə Pronet şirkətində təcrübəçi qismində işləməyə başladım. Təhsilimi bitirdikdən sonra Moskvada yerləşən bir mühəndislik şirkətinən iş təklifini aldım və orada işləməyə başladım.
Tam hekayəni oxuyunBir müddət Sinteksdə işlədikdən sonra Kapital Bankdan texniki dəstək üzrə mütəxəssis vəzifəsi üzrə təklif gəldi. Kapital Bankda işlədiyim müddətdə Linux əməliyyat sistemindən əlavə olaraq müəyyən qədər HTML, CSS, JavaScript və s. öyrənərək təcrübə toplamışdım.
Tam hekayəni oxuyunSTEP IT Academy-də ilk semestr bildiklərimi təkrar etməyə və bilmədiklərimi öyrənməyə yardımçı oldu. Bundan əlavə ilk semestrdə rəsmin əsasları və incəsənət tarixi dərsləri sonrakı dərslər üçün atılan böyük təməl oldu. Sonrakı semestr müddətində digər fənlərlə yanaşı Azərbaycanın görkəmli fotoqrafı Çingiz Səmədzadədən fotoçəkilişin sirlərini öyrəndik.
Tam hekayəni oxuyunHal hazırda Azərsun Holdinqdə IT mütəxəssis olaraq çalışıram. Bu yaxınlarda isə Azintelekom şirkətinə NOC mühəndis olaraq işə qəbul olmuşam yaxın zamanda həmin qurum ilə əmək müqaviləsi imzalayacam.
Tam hekayəni oxuyunİlk dəfə 2020-ci ilin noyabrında rəsmi olaraq işləməyə başladım. Ondan öncə 2 ay “internship” keçmişəm. Hal hazırda ATL Tech şirkətində program təminatının tədbiqi və dəstəyi üzrə kiçik mütəxəssis kimi işləyirəm.
Tam hekayəni oxuyunKompüter Qrafikası və Dizayn sahəsi hər zaman dinamik olaraq qalır və yeni yeni trendlər ortaya çıxır. İl dəyişdikdə, dövr dəyişdikdə trendlər artır və daimi olaraq bu trendləri izləmək, sizi hər zaman ön planda saxlayır. Çalışın hər zaman araşdırma edəsiniz, boş dayanmıyasınız, trendləri izləməyə başlayın, dizaynerlərin işlərini izləyin.
Tam hekayəni oxuyunXəyalımı reallaşdırmaq üçün yaratdığı imkana görə STEP IT Academy-yə dərin minnətdarlığımı bildirirəm. Peşəkar bacarıqlara yiyələnməklə yanaşı, təhsil aldığım müddətdə müsbət emosiyalar aldım və daha da irəliləmək arzusuna düşdüm.
Tam hekayəni oxuyunStep IT Academy həyatımı dəyişib? Fikrimcə, bu suala cavabım: “Bəli, dəyişib”. Bu dəyişim əlbəttə ki, müsbət məna daşıyır. Belə ki, Akademiya mənə ilk növbədə vaxtımı səmərəli keçirməyi, düzgün vaxt bölgüsü aparmağı öyrədib. Burada əldə etdiyim biliklərlə təcrübə keçmək üçün müraciət etdiyim əksər şirkətlərdən müsbət cavab alırdım.
Tam hekayəni oxuyunGəlirim həmişə fərqli olub. Fərqli sahələrdə frilans olaraq çalışdığım üçün hər şey texniki tapşırıqdan və müştərinin istəklərindən asılı idi. Hazırda isə Digitalks Data Agency-də çalışıram.
Tam hekayəni oxuyunTəhsil öncəsi müxtəlif işlərdə işləyirdim. Bura avtomobil servisi (motorist, elektrik və s..) kafe, restoran, hətta bazar işləri ilə belə məşğul olmuşam. Hal hazırda Azərbaycan Beynəlxalq Bankında Bank Sistemlərinin İdarə edilməsi üzrə Mütəxəssis işləyirəm.
Tam hekayəni oxuyunTəhsil müddətində demək olar ki, hər şey menə maraqlı idi və bu səbəbdən hər mövzuda fərqlənmək və ən yaxşı nəticələr əldə etmək istəyirdim. Artıq 2-ci semestrda bir şirkətdə Qrafik Dizayner olaraq işə başlamışdım.
Tam hekayəni oxuyunHal hazırda şəbəkə mütəxəsisi olaraq Aztelekom MMC-də işləyirəm. Bu günə qədər belə bir fikirlərnən qarşılaşmışam ki “IT səndə alınmaz”, “başqa bir sahəyə yönlən” və sair, amma bu fikirlərə qulaq asmamışam və öz məqsədimdən dönməmişəm. Buna görə də bu sahədə daha çox irəliləyəcəyimi düşünürəm.
Tam hekayəni oxuyunMəqsədinizə gedən yolda qarşılaşdığınız çətinliklər sizi ruhdan salmasın. Kömək istəməkdən çəkinməyin və öyrəndiklərinizi başqalarına da izah etməyə çalışın. Bu ən yaxşı öyrənmək üsullarından biridir, məncə.
Tam hekayəni oxuyunTəhsil müddətinin ilk 6 ayında paralel olaraq barista işləyirdim. Bu 6 ayda həm programming həm də networking ilə bağlı təməl bilikləri mənimsədim və sonda imtahan oldu. Networking-i tədris edən Vadim Bannikov məni IT departamentinin direktoru olduğu İctimai Televiziya və Radio Yayımları Şirkətində IT şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləməyə dəvət etdi.
Tam hekayəni oxuyunTəhsil müddətinin ilk 6 ayından sonra artıq ilk iş təklifimi almışdım və freelance olaraq fəaliyyət göstərirdim. Artıq bir müddət sonra portfoliom yaranmışdı və yavaş - yavaş agentliklərə işə qəbul üçün dəvətləri gəlməyə başlamışdır.
Tam hekayəni oxuyunHal-hazırda 2017-ci ildən bu yana dostlarımla komanda olaraq yaratdığımız "Last agency"-də qrafik dizayner və videomontajçı olaraq çalışıram.
Tam hekayəni oxuyunSTEP IT Academy-də təhsil müddətimdə əldə etdiyim nailiyyətlərdən biri, bu zaman çərçivəsində həmin sahə üzrə işlə təmin olunmağım oldu.
Tam hekayəni oxuyunHal hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda baş mütəxəssis vəzifəsində çalışıram. əslində iş yerimi dəyişməyi çoxdan planlaşdırırdım. sadəcə özümü hazır saymırdım. STEP IT Academy sayəsində biliklərimi təkmilləşdirdim, və bu addımı atdım.
Tam hekayəni oxuyunİdmanla məşqul olurdum və aldığım zədə nəticəsində, idmandan uzaqlaşıb IT sahəsinə gəldim. Təhsil aldığım müddətdə, öyrəndiklərim sayəsində öz layihələrimi gerçəkləşdirməyə başladım, və bu sahədə iş tapmağa nail oldum.
Tam hekayəni oxuyunTəhsil muddətində təcrübəçi kimi işləyirdim. Bitirəndən sonra ilk olaraq IT mütəxəssis kimi işə başladım və sonra isə əsas istədiyim iş olan Linux Administratorluq üzrə kibrit.tech şirkətində çalışmağa başladım. İlk ciddi şəkildə gəlirim Akademiya bitəndən həmən sonra olub.
Tam hekayəni oxuyunDizayn təhsilinə ilk başladığım zamanlarda dəfələrlə motivasiyadan düşürdüm. Bunun üstəsindən təbii ki müəllimlərimin məsləhətlətləri və zəngin təcrübələrindən faydalanaraq gəldim. Fürsətdən istifadə edib bütün müəllim(ə)lərimə hər zaman bizə dəstək olduqları və gedəcəyimiz yolu asanlaşdırdıqları üçün TƏŞƏKKÜR EDİRƏM! <3
Tam hekayəni oxuyunDüşünürəm ki ölkədə IT sahəsi üzrə daha kefiyyətli və şəffaf dərs verən belə bir yer yoxdur. Bütün müəllimlərimə və STEP IT Academy heyətinə təşəkkür edirəm ki biz tələbələrin daha yaxşı oxuyub mütəxəssis olmağı üçün əllərindən gələni əsirgəmirlər.
Tam hekayəni oxuyunŞəhid qardaşım Mehdiyev Rəşad-ın təklifi ilə ixtisasımı IT sahəsinə dəyişdirməyi qərara aldım və məzh onun məsləhəti ilə STEP IT Academy-ni seçdim. Rəşad bu sahə üzrə təhsil almışdı və fərqlənmə ilə məzun olmuşdu. 2020-ci ildə vətən müharibəsində isə şəhid olmuşdur. Mehriban kollektiv, yaxşı planlaşdırılmış təhsil sistemi və ən müasir texnologiyadan istifadə STEP IT Academy-ni fərqləndirir.
Tam hekayəni oxuyunSTEP IT Academy-də təhsilə başladıqdan sonra həyata baxış bucağım tamamilə dəyişib. Ən azından artıq həyatda hər şeyə dizayner gözü ilə dəyərləndirə bilirəm.
Tam hekayəni oxuyunMəncə elə bir sahə yoxdur ki, istedad və əzmkarlıq lazım olmasın. Mənə görə bu peşədə əzmkarlıq daha böyük rol oynayır, təbii ki istedadın da olmalıdır ki çətin situasiyalarda bu vəziyyətdən çıxmağı bacarasan.
Tam hekayəni oxuyunOfisiant köməkçisi olaraq işləyirdim. Akademiyada təhsilə davam edərkən ödəmələri qarşılamaq üçün paralel şəkildə bu işlə məşğul idim. Hal hazırda Exadel və JetSoftPro şirkətlərində Senior Software Developer kimi karyeramı davam elətdirirəm. Paralel idarə etmək çətin gəlir amma işimi sevirəm ?
Tam hekayəni oxuyunSTEP IT Academy həmişə xoş xatirələrlə xatırlayacağım, həyatımın ən önəmli dönüm nöqtələrindən biri oldu. 3 il öncəki İbrahim belə qısa müddət ərzində bu qədər uğurlu karyera quracağını ağlından keçirməzdi. Onun əsas xəyallarından biri, gələcəkdə "nə vaxtsa" beynəlxalq bir şirkətdə dünyanın fərqli yerlərindən olan proqlamçılarla birlikdə işləyib təcrübə qazanmaq idi.
Tam hekayəni oxuyunBu işdən ilk gəlirimi elə Akademiyada təhsilimi başladıqdan 7-8 ay sonra qazanmağa başlamışam. Nəzəri biliklərimə güvənirdim və həmin bilikləri prakitika etmək üçün müxtəlif servis mərkəzlərinə müraciət edirdim.
Tam hekayəni oxuyunSTEP IT Academy-dən öncə avtoservisdə tuning işi ilə məşğul olurdum. Təcrübəci olaraq Məlumat Hesablama Mərkəzində junior network admin kimi fəaliyyət göstərmişəm. Daha sonra Socar-AQS şirkətindən iş təklifi almışam və hal hazırda Socar-ın IT şöbəsində Helpdesk inzibatçı olaraq fəaliyyətimi davam etdirirəm.
Tam hekayəni oxuyunTəhsil müddətimdə ilk peşəkar sifarişimi təhvil vermişəm. Təhsil bitdikdən sonra bir müddət frilanser olaraq çalışdım. Və IT və proqramlaşdırma biliklərimi birləşdirib gözəl nəticələr ərsəyə gətirdim.
Tam hekayəni oxuyunSTEP IT Academy həyatımda müsbət iz buraxdı. Və bu iz məni daha da motivasiya etdi. STEP IT Academy mənə daha dinamik, daha çalışqan olmağıma və öz potensialima inam verdi. Buna görə STEP IT Academy təhsil müəssəsinə təşəkkürümü bildirirəm.
Tam hekayəni oxuyunAkademiyada kompüter komponentləri, şəbəkə avadanlığı və şəbəkə kabelləri ilə işləmək üçün əsas bacarıqlar əldə etmişəm. Bu bilgilər gələcəkdə ilk rəsmi iş yerimə qəbul olmaqda böyük rol oynadı.
Tam hekayəni oxuyunMəsləhətim əsasən proqramlaşdırmanı öyrənmək istəyən və ya yeni başlayanlara olacaq. Proqramlaşdırma dili ilə yanaşı, kompüter elminin əsas sahələrinə də vaxt ayırın: alqoritmlər, məlumat strukturları. Tapşırıqlar həll edin və bu sahə üzrə peşəkarların müxtəlif şirkətlərdə müsahibə təcrübələrini oxuyun. Bu, gələcəkdə ilk işinizi tapmaqda sizə çox kömək edəcək.
Tam hekayəni oxuyunAkademiya-da oxuduğum 4 ay idi ki, artıq IT üzrə işlə təmin olundum və ilk gəlirimi əldə etdim. STEP IT Academy həyatıma müsbət təsir göstərib ən böyük qazancım Akademiyada tanıdığım dostlarım və hər zaman dəstək olmağı özlərinə borc bilən müəllimlərim olub.
Tam hekayəni oxuyunMən Akademiya ilə 2020-ci ildə tanış olmuşam .Marağlandığım digər müəssisələr 6-8 ay aralıqında təhsil verirdilər. Nəyə görə STEP-dəki təhsilin 2 il 6 ay olduğunu araşdıranda isə təhsilin nə qədər ətraflı dərinliklə keçirildiyini gördüm və seçimimi məhz buna görə etdim
Tam hekayəni oxuyunÜmumilikdə Bootcamp mənim inkişafıma çox yaxşı təsir etdi. Həmişə yaradıcılıqla məşğul olmaq istəmişəm və Akademiyada təhsilimi davam etdirib və bu sahədə daha da inkişaf etməyi planlaşdırıram.
Tam hekayəni oxuyunArtıq təhsil zamanı qarşıma qoyduğum məqsədlərin bəzilərinə çatmışdım. Beynəlxalq sertifikatlar almağımı, iş tapmağımı bu məqsədlərə misal göstərmək olar.
Tam hekayəni oxuyunStep İT Academy həyatımda çox xoş izlər qoymuş, gələcəyin peşəsinə sahib olmağıma səbəbkar olmuş, çox gözəl dostluq münasibətlərini mənə bəxş etmiş, bəlkədə gələcəyimi xilas etmişdir.
Tam hekayəni oxuyunAkademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? Özünüzə güvənin, özünüzə inanın. Uğura gedən yol heç vaxt asan olmur. Gün ərzində özünüzə və təhsilinizə vaxt ayırın. İngilis dili biliklərinizi inkişaf etdirin. Risk almaqdan, bir neçə işi eyni vaxtda yerinə yetirməkdən çəkinməyin.
Tam hekayəni oxuyunBu sayt Cookies istifadə edir
Gizlilik Siyasəti