STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Qrafik Dizayn

Yaradıcılıq və texnologiyanın birləşməsi

Niyə qrafik dizayn kursunu seçməlisiniz?

Qrafik dizayn rənglər, elementlər və tipoqrafiya vasitəsilə ideyaları ifadə etməyə və ünsiyyəti gücləndirməyə imkan verən yaradıcılıq sahəsidir. Loqo, çap materialları və reklam kampaniyaları kimi müxtəlif layihələr üzərində işləyərək unikal vizual məhsullar yarada bilərsiniz.

Bu kurs müasir dizayn dünyasında rəqabət aparmaq və markaların vizual ünsiyyətini gücləndirmək istəyənlər üçün ideal seçimdir. Karyeranıza başlamaq və ya mövcud bacarıqlarınızı təkmilləşdirmək üçün qrafik dizaynın əsaslarını öyrənərək yaradıcılığınızı yeni səviyyəyə qaldıra bilərsiniz.

Bu kurs sizə nələr qazandıracaq?

Yaradıcılıq bacarıqlarının inkişafı
Qrafik dizayn kursu müxtəlif təsviri incəsənət formaları vasitəsilə yaradıcı potensialınızı araşdırmağa və ifadə etməyə imkan verir. Bu, şəxsi üslubunuzu inkişaf etdirməyə və yeni konsepsiyalarla eksperiment aparmağa kömək edəcək.
Mürəkkəb məsələlərin həllində bacarıqların inkişafı
Qrafik dizayn vizual kommunikasiya problemlərinin aşkar edilməsi və həlli, tənqidi və analitik düşüncə bacarıqlarının inkişafını nəzərdə tutur.
Vizual kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi
Siz bu kursla afişalar, loqolar və təqdimatlar kimi vizual baxımdan cəlbedici materiallar yaratmağı öyrənəcəksiniz. Bu materialları şəxsi layihələrdə və gələcək karyeranızda istifadə edə bilərsiniz.
Gələcək karyeraya hazırlıq
Qrafik dizayn marketinq, reklam, veb-dizayn, animasiya və digər yaradıcı istiqamətlərdə karyera üçün sizə yeni qapılar aça bilər. Siz həm də mövcud karyeranızı dizayn sahəsi üzrə dəyişə bilər.

Nələri öyrənəcəksiniz

Adobe Photoshop qrafik redaktoru ilə kolajlar yaratmaq, fotoları retuş etmək, köhnə fotoları bərpa etmək və daha çoxunu öyrənmək.

Adobe Illustrator qrafik redaktoru ilə illüstrasiyalar, infografikalar, izometriya, artlar və digər vizual materiallar yaratmaq.

Dizayn anlayışları: kompozisiya və rəng uyğunluğu prinsiplərini öyrənmək.

Reklamlar yaratmaq: daxili və xarici reklamlar hazırlamaq, ikiölçülü və üçölçülü qrafik vasitələrdən istifadə etmək.

Brend kimliyinin yaradılması: fərdi üslub, brend kitabçaları (brandbook) və qaydalar (guideline) hazırlamaq.

Kreativ və dizayn düşüncəsi: ideyalar yaratmaq, analiz aparmaq və istifadəçi psixologiyasını öyrənmək.

BU KURS KİMLƏR ÜÇÜNDÜR

Dizayner olmaq istəyənlər üçün
Bu kursa başlamaq üçün xüsusi biliklərə sahib olmağınız vacib deyil. Biz hər şeyi sıfırdan öyrədirik. Kursun sonunda öz layihələrinizi yaratmaq üçün lazım olan nəzəri və praktiki biliklərə sahib olacaqsınız. Tədris müddətində həmçinin gələcək işə qəbul prosesində sizə kömək edəcək tamamlanmış bir portfolionuz olacaq.
IT sahəsində işləməyə başlamaq istəyənlər üçün
Texniki yönümlü biri deyilsiniz, amma bu sahədə özünüzü sınamaq istəyirsinizsə, bu kurs sizə aktual və tələb olunan peşə qazanmaq üçün imkan yaradacaq. Kursun proqramı aparıcı IT şirkətlərinin tələbləri əsasında hazırlanıb və yeni yaradıcı peşə əldə etmək üçün bütün lazımi bilik və bacarıqları təqdim edir.
Öz bacarıqlarını təkminləşdirmək istəyənlər üçün
Bilik və bacarıqlarınızı artırmaq istəyirsiniz, amma nədən başlayacağınızı bilmirsinizsə, bu kurs sizə kömək edəcək. Kursun proqramı daha yaxşı qavranılması üçün bloklara bölünüb. Dərs müddətində yalnız real praktikaya əsaslanmış aktual biliklər əldə edəcəksiniz.
Yaradıcı sahədə karyera qurmağı hədəfləyənlər üçün
Qrafik dizayn, reklam, marketinq və ya digər yaradıcı sahələrdə karyera qurmağı düşünürsünüzsə və güclü portfel yaratmaq, təcrübə qazanmaq istəyirsinizsə, bu kurs sizin üçün ideal seçimdir.

Kursun Proqramı

Qrafik Dizayn

Adobe Photoshop qrafik redaktoru: Retuş və kollaj, fotoların və rastr təsvirlərin peşəkar şəkildə işlənməsi.

Adobe Illustrator qrafik redaktoru: Vektor təsvirlərinin yaradılması və qarışıq rastr-vektor kompozisiyaları.

Dizayn nəzəriyyəsi: Kompozisiya, rəngləmə, qavrama psixologiyası və onların dizayn maketləri üzərində tətbiqi.

Reklam dizaynı: Reklam məhsullarının yaradılması prinsipi və reklam məlumatlarının effektiv təqdimatı.

Korporativ kimlik və brendinq: Loqoların və korporativ stilin yaradılması prinsipləri.


Bizi niyə seçirlər?
STEP IT Akademiyası 1999-cu ildən IT sənayesinin yeni formalaşmağa və populyarlıq qazanmağa başladığı dövrdən fəaliyyət göstərir. O dövrdən etibarən biz ilk proqramçıları, veb-dizaynerləri və digər IT mütəxəssislərini yetişdiririk. Hazırda isə tələbələrə işəgötürənlərin və müasir biznesin tələb etdiyi praktiki bacarıqları təqdim edirik. İşəgötürənlər əsasən nəzəri biliklərdən çox iş problemlərini effektiv şəkildə həll etmək bacarıqlarına üstünlük verirlər.

STEP Kompüter Akademiyası 1999-cu ildən, IT sənayesinin yenicə inkişaf etməyə və populyarlıq qazanmağa başladığı vaxtdan fəaliyyət göstərir. Hələ o vaxtlar biz ilk proqramçıları, veb-dizaynerləri və digər IT mütəxəssislərini hazırlayırıq.

Bu gün biz tələbələrə işəgötürənlərin və müasir biznesin ehtiyac duyduğu bacarıqları təqdim edirik - quru nəzəriyyə və lazımsız məlumatlar yoxdur. İşəgötürənlərin sizin biliklərinizə ehtiyacı yoxdur.

0

Ölkə

0

Filial

0

Tələbə

0

Müəllim

0

Məzun

Öyrənməyə başlamağa hazırsınız?

Müraciət buraxın - biz sizə zəng edəcəyik, kurs proqramı haqqında ətraflı məlumat verəcəyik və qrupda sizin üçün yer rezerv edəcəyik.

Tez-tez verilən suallar

Dizayner peşəsinin mənə uyğun olub-olmadığını necə başa düşüm?

İlk öncə bu sizin istəyinizdən asılıdır. Bizim təcrübəmizdə hələ yeni peşəni qavraya bilməyən tələbəmiz olmayıb. Biliklərinizi yoxlamaq üçün ödənişsiz konsultasiyaya yazılın. Ehtiyac duyulsa sizə hazırlaşmağa kömək edə bilərik.

Tədris kursundan hansısa ayrı proqramları öyrənmək mümkündürmü?

Akademiyamız üstünlüyü proqramlaşdırma, dizayn və kibertəhlükəsizlik sahələrinə bütöv peşəkar təhsilə verir. Biz əminik ki, tədris proqramımız IT sahəsində yeni peşə qazanmağınız üçün, lazımlı və ən aktual biliklərlə təmin edə biləcək.

Kimlər təhsil ala bilər? Bilik və yaşla əlaqədar hər hansı məhdudiyyətlər varmı?

Əsas təhsilindən asılı olmayaraq, 15 yaşına çatmış hər kəs peşəkar təhsil ala bilər. Yazılmaq üçün siz riyaziyyat, məntiq və kompüter əsasları üzrə qəbul testindən keçməlisiniz. Test nəticələrindən sonra sizə uyğun olan kurs barədə məsləhət verəcəyik.

Akademiyada təhsilimi bitirdikdən sonra mən hansı sənədi/ sertifikatı əldə edəcəm?

STEP IT Academy diplomu iki dildə verilir: azərbaycan və ingilis. Sertifikatlaşdırma imtahanlarından keçdiyiniz halda, Adobe-dan müvafiq sertifikatlar da alacaqsınız.

Kompüterim yoxdursa Akademiyada məşğul ola bilərəmmi?

Bəli. İstənilən vaxt. Akademiyanın filialları həftənin 7 günü saat 9:00-dan 22:00-dək açıqdır.

Qəbul olmaq üçün hansı sənədləri təqdim etmək lazımdır?

Müqavilənin bağlanması üçün şəxsiyyət vəsiqəsi və seçdiyiniz təhsil formasına uyğun olaraq ödəniş etməniz kifayətdir.

Təhsilə başlamaq

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti