1. Step IT Academy-ni neçənci ildə və hansı istiqamət üzrə bitirmisiniz?
Step IT Akademiyasını 2022-ci ildə Juniour Computer Academy istiqaməti üzrə bitirmişəm.
2. Hazırda harada işləyirsiniz, vəzifəniz nədən ibarətdir?
Hazırda SnackPack adlı qida israfı ilə mübarizə aparan Azərbaycan startapının CEO-su və təsisçisiyəm. Şirkətin strateji inkişafı, məhsulun formalaşdırılması, komanda idarəçiliyi və texnologiya tərəfinə nəzarət əsas məsuliyyətlərimdir.
3. Akademiyada öyrəndiklərinizi işinizdə necə tətbiq edirsiniz?
Akademiyada qazandığım texniki biliklər mənə məhsulu düzgün qurmaq və texniki qərarları daha şüurlu vermək imkanı yaradır. Xüsusilə sistemli düşüncə, problem həll etmə və layihəyə texniki baxış bucağı işimdə hər gün istifadə etdiyim bacarıqlardandır.
4. Təhsil müddətində və ya sonradan hansı nailiyyətlər əldə etmisiniz?
Step IT-dən və məktəbdən sonra SnackPack-i təsis etdim. SnackPack startupımız həm yerli, həm də beynəlxalq səviyyədə uğur qazanıb. Hazırda 13 mindən çox aktiv istifadəçimiz var, müxtəlif tərəfdaş qida məkanları ilə əməkdaşlıq edirik və bir neçə qrantın qalibi olmuşuq. Həmçinin ölkəmizi Özbəkistanda uğurla təmsil etdik və 300 komanda arasında inkubasiya proqramının qalibi olduq.
5. Əgər Akademiyada bir şeyi dəyişmək imkanı olsaydı, nəyi dəyişərdiniz?
Düşünürəm ki, real startap və biznes yönümlü layihələrin sayı daha çox ola bilərdi. Texniki biliklə yanaşı, məhsul düşüncəsi və sahibkarlıq tərəfi daha erkən mərhələdə inteqrasiya olunsa, tələbələr üçün çox faydalı olar.
6. Akademiyada müəllimlər və komanda mühiti sizin inkişafınıza necə təsir etdi?
Müəllimlər yalnız dərs keçmirdi, eyni zamanda düşünməyi öyrədirdilər. Komanda mühiti isə məsuliyyət, deadline anlayışı və birlikdə işləmə bacarığımı formalaşdırdı. Bu gün idarəçi kimi həmin təcrübələrin təsirini açıq şəkildə görürəm.
7. Step IT Akademiyasına başladığınız ilk günkü Ramil ilə bugünkü Ramil arasında fərq nədir?
İlk günkü Ramil daha çox öyrənməyə fokuslanmışdı, bugünkü Ramil isə öyrəndiyini tətbiq edən, risk alan və qərar verən biridir
8. Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə maraqlananlara nə demək istərdiniz?
Akademiyanı sadəcə kurs kimi yox, fürsət və şəbəkələşmə imkanı kimi görün. Burada verilən biliklər sizin gələcək karyeranız üçün faydalıdır, amma fərqi yaradan sizin üzərində nə qədər işləməyiniz olacaq. Çox təcrübə edin, sual verin və qorxmadan başlayın!
MƏLUMAT ŞÖBƏSİ
012 599 11 59MƏLUMAT ŞÖBƏSİ
012 599 11 59