Təhsildən öncə nə işlə məşqul olmusunuz?
Təhsildən öncə magistrın 1ci kurs tələbəsi idim və Front-end developer kimi xırda projectlər işləyirdim.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?
Təhsil müddətim ərzində Access Bankda .Net developer olaraq işə başlamışam.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
Proqramist kimi ilk gəlirimi təhsil müddətdən 1 il sonra qazanmağa başlamışam. İnternetdən freelance işlər taparaq kiçik proyektlər üzrə işləyirdim.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?
Motivasiyadan düşdüyüm hallar çox olub, əslində tam motivasiyadan düşmək deməzdim. Sıxıldığım hallar çox olub. Belə halların öhtəsindən gəlməkdə müəllimlərin verdiyi motivasiyalar və bu peşə üzrə nə dərəcədə uyğunluğumu izah etmələri mənə yenidən motivasiya verib.
Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?
Əzimkarlıq əsas faktorlardan biridir deyə bilərəm, ancaq istedad olmadıqdan sonra əzimkarlıqda müəyyən müddətdən sonra yetərsiz olduğunu vurğulamalıyam. Ancaq olan istedada da xəyanət etmək lazım deyil.
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?
Hal hazırda AccessBank-da .Net Developer olaraq işləyirəm.
Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
Bəli. Akademiya həyatımı və karyeramı yaxşı istiqamətdə çox dəyişdi. Burada yeni dostluqlar, geniş əlaqələr, mehriban kollektiv qazanmışam.
Niyə məhz Step IT Academy?
Məncə bir peşəni yiyələnmək istədikdə, onu dərindən öyrənmək lazımdır. Buna görə Step IT Academy-nı qeyd edərdim.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Təhsil alanlara sözüm ondan ibarətdirki, ilk başlar müəyyən qədər çətinliklər ola bilər, ancaq zaman keçdikcə xüsusilədə müəyyən bir şeylər alındıqdan sonra hər şey yaxşıya doğru irəliləyəcək. Əsas motivasiyadan düşməmək və verilən tapşırıqlardan əlavədə sərbəst axtarışlar etməkdir deyə bilərəm.
Maraqlananlara isə sözüm ondan ibarətdirki, zaman probleminin yoxdursa, Step IT Academy ən düzgün qərardır.