STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.
Your browser is out of date!
You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge
İT sahəsində təlim haqqında cari məlumatlar. Biz İT-dəki tendensiyalar, proqramlaşdırma dillərinin reytinqləri, İT peşələrini seçmək üçün məsləhətlər və tövsiyələr və daha çox şeylər haqqında danışırıq.
Bütün mövzular
Proqramlaşdırma
Kibertəhlükəsizlik
Dizayn
Soft Skills
İT sahəsində təlim haqqında cari məlumatlar. Biz İT-dəki tendensiyalar, proqramlaşdırma dillərinin reytinqləri, İT peşələrini seçmək üçün məsləhətlər və tövsiyələr və daha çox şeylər haqqında danışırıq.
Qrafik Dizaynda Rəng Modelləri
Əgər qrafik dizayn ixtisası ilə maraqlanırsınızsa qarşılaşacağınız ilk və ən vacib texniki mövzulardan biri rəng modelləridir. Dizaynınızın ekranda parlaq və canlı göründüyü halda, çapda solğun və fərqli çıxmasının əsas səbəbi məhz bu rəng modelləri arasındakı fərqi bilməməkdir. Uğurlu bir layihə üçün CMYK və RGB arasındakı fərqi anlamaq və doğru yerdə doğru modeli istifadə etmək hər bir dizayner üçün kritik əhəmiyyət kəsb edir.
RGB: Rəqəmsal Dünyanın İşıqlı Rəngləri
RGB (Red, Green, Blue) rəng modeli, işıq əsaslı bir sistemdir və birbaşa rəqəmsal ekranlar üçün yaradılıb. Bu modelə additive (toplanan) rəng modeli də deyilir, çünki rənglər bir-birinin üzərinə işıq əlavə edilərək yaradılır. Veb-saytlar, sosial media postları, mobil tətbiqlər, r
SDLC Nədir? Proqram Təminatının İnkişaf Mərhələləri
Proqram təminatının yaradılması sadə bir proses deyil. İstər kiçik bir mobil tətbiq, istərsə də böyük bir şirkət sisteminin inkişafı olsun, bütün bu layihələr müəyyən mərhələlərdən keçir. Burada SDLC (Software Development Life Cycle) əsas rol oynayır. SDLC peşəkar proqramçılar üçün ilk öyrənilməli konsepsiyalardan biridir. Bu bloq proqram təminatı (SDLC) və onun əhəmiyyəri haqqında sizlərə geniş məlumat təqdim edir.
Proqram Təminatı Nədir və SDLC Nə Vaxt Lazım Olur?
Proqram təminatı nədir? Sadə şəkildə desək, bunlar kompüter və mobil cihazlarda işləyən kodlar, tətbiqlər və sistemlərdir. E-ticarət saytlarından tutmuş bank tətbiqlərinə, oyunlardan sosial media platformalarına qədər hər şey proqram təminatının bir hissəsidir.
SDLC isə bu proqram təminatının y
Mobil və Veb Tətbiqlərin Yaradılması
Müasir rəqəmsal dünyada tətbiqlər bir çox biznesin fəaliyyətinin əsasını təşkil edir və keyfiyyətli proqram təminatının yaradılması bu sahədə uğurun açarıdır. Bu bloq, tətbiq hazırlama prosesinin əsas mərhələlərini, istifadə olunan texnologiyaları və bu sahədə karyera qurmaq üçün tələb olunan bilikləri əhatə edir.
Tətbiq Hazırlanma Mərhələləri: SDLC-dən Çevik Metodologiyalara
Hər hansı bir proqram təminatının mahiyyəti, onun hazırlanma prosesinin necə qurulmasından asılıdır. Ənənəvi SDLC çərçivəsi hələ də tətbiq olunsa da, sürətli bazar tələbləri Agile kimi çevik yanaşmaları ön plana çıxarmışdır. Agile, layihənin inkişafı zamanı dəyişikliklərə sürətli reaksiya verməyə və məhsulu davamlı olaraq təkmilləşdirməyə imkan yaradır.
Agile prinsiplərini
Proqram Təminatında Təhlükəsizlik Niyə Vacibdir?
Gəlin razılaşaq ki, bu gün həyatımızı mobil tətbiqlər və proqramlar olmadan təsəvvür etmək çətindir. Amma işin görünməyən tərəfində – yəni o proqramların yaradılması prosesində təhlükəsizlik məsələsi ən vacib amildir. Niyə? Çünki sistemdəki kiçik bir boşluq həm şirkətin büdcəsinə, həm də illərlə qazandığı nüfuza ciddi zərbə vura bilər. Buna görə də, müasir dövrdə təhlükəsizlik layihənin sonuna saxlanılan "əlavə iş" yox, elə ilk gündən işin təməl prinsipi olmalıdır.
Proqram İnkişafı Prosesində (SDLC) Təhlükəsizlik
Təhlükəsizliyi təmin etmək üçün işə lap əvvəldən, layihənin planlama mərhələsindən başlamaq lazımdır. İndi əksər komandalar çevik (Agile) sistemlə işləyir. Bu sistemin ürəyi olan Scrum &cced
Proqram Təminatında Sınaq Prosesi Nədir və Niyə Vacibdir?
Rəqəmsal məhsul hazırlayarkən çoxlarının sorğuladığı şey: proqram təminatı nədir və niyə bu qədər test mərhələsindən keçir? sualıdır. Proqram təminatının yaradılması təkcə kod yazmaq deyil, həm də səhvləri vaxtında tapmaq, riskləri azaltmaq və istifadəçiyə stabil xidmət göstərmək deməkdir. Məhz bu məqalə sınaq mərhələsini və keyfiyyətə nəzarət (QA) əsaslarını və onun rolunu aydınlaşdırır.
Proqram Təminatında Sınaq Mərhələsi
Proqram təminatında test mərhələsi hazır məhsulu “sınamaq” yox, daha çox sistemli şəkildə riskləri idarə etməkdir. Məqsəd yalnız “bug” tapmaq deyil, real istifadəçi ssenarilərini yoxlamaq və biznes tələblərinə uyğunluğa əmin olmaqdır.
Sınaq prosessinin əsas funksiyalarını belə yığcam şəkildə düşünə bilərik:
Funksion
2026-cı İldə Ən Çox Tələb Görəcək Proqramlaşdırma Dilləri
Texnologiya dünyası dayanmadan inkişaf edir və bu dinamik mühitdə uğurlu bir karyera qurmaq üçün gələcəyin trendlərini əvvəlcədən görmək vacibdir. 2026-cı ilə yaxınlaşarkən, hansı proqramlaşdırma dillərinin ən çox tələb görəcəyini bilmək, həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün həlledici əhəmiyyət kəsb edir. Bu bloq yazısında, İT sahəsinin əsas istiqamətlərini və karyera yolunuzu necə planlaşdırmalı olduğunuza baxacayıq.
Süni İntellekt və Veb İnkişafı
2026-cı ildə texnologiya bazarını formalaşdıran əsas qüvvələr Süni İntellekt (AI) və veb texnologiyaları olacaq. Bu sahələrdə liderlik edən dillər isə əvvəlki illərdə olduğu kimi Python və JavaScript-in olacağı gözlənilir.
Python sadə sintaksisi və