STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

STEP IT Academy-də distant təhsil haqda tam təlimat. Bilməli olduğunuz hər şey!

21.07.2020

5116 baxışlar

Distant təhsil nədir?

 

STEP IT Academy-də distant təhsil öyrəşdiyimiz onlayn təhsildən çox fərqlənir. Məktəb və universitetlər yalnız səs və görüntü ilə kifayətlənirsə, STEP IT Academy-də təhsil üçün bu kifayət deyil. 

 

Siz hazır yazılmış videolara baxmayacaqsınız. Real zamanda müəllimi görə, eşidə və onunla işləyə biləcəksiniz. Təlimçi sizin ekranda baş verənləri görəcək, siz isə müəllim dərsin praktiki hissəsini başa salan zaman onun ekranını görmək şansını qazanırsınız. 

 

 

STEP IT Academy distant təhsilə transformasiyanın öhdəsindən necə gəldi?

 

COVID-19 pandemiyası həyatın heç bir sahəsini diqqətsiz qoymadı. Dünyadakı vəziyyət, istisnasız olaraq bütün fəaliyyət növlərinin  rəqəmsal infrastrukturda tələbat səviyyəsini göstərdi. IT mütəxəssislərinə ehtiyac daha da kəskinləşdi.

 

STEP IT Academy Azərbaycanda IT sahəsində aparıcı tədarükçülərdən biri olaraq təhsil prosesində uzunmüddətli fasiləyə yol verə bilməzdi. Ən qısa müddətdə keyfiyyəti qorumaq şərti ilə, Akademiyadaki əyani dərsləri distant təhsilə transformasiya etmək qərarı verildi.

 

 

İdeal STEP IT Academy abiturienti nələri bilməlidir?

 

STEP IT Academy-də təlimlərin sıfırdan keçirildiyini deyirik. Bu o deməkdir ki biz müraciət edənlərdən proqramlaşdırma, IT və dizayn sahəsində biliklər gözləmirik. Lakin Akademiyaya qəbul üçün mütləq hesab etdiyimiz əsas biliklər var. Bu yazıda STEP İT Akademiyasında heç bir çətinlik çəkmədən təhsil almağa başlamaq üçün nəyin zəruri olduğunu sizə izah edəcəyik.

 

 

 

MyStat

 

STEP IT Academy mütəxəssisləri tələbələrin və təhsil müəssəsinin məhsuldar əlaqəsini təmin etmək üçün MyStat adlı innovativ proqram tərtib ediblər. MyStat özündə onlayn gendəlik, tədris materialları üçün resurs və tələbələrin motivasiyası və davamiyyatını ölçmək üçün sistemləri birləşdirir. MyStat vasitəsilə siz zamana bağlı olmadan, internetin olduğu istənilən nöqtədən bilik ala bilərsiniz. 

 

Təlimçi sizin ev tapşırıqlarınızı MyStat-a yükləyir. Yerinə yetirilmiş ev tapşırığı sistemə geri yüklənir, və müəllim onu dərhal yoxlayıb qiymətləndirə bilir.

 

Distant təhsil üçün tövsiyə olunan kompüter konfiqurasiyası

 

STEP IT Academy-də təhsil 80% təcrübədən ibarətdir. Akademiyada müəllimlə gündə 3 saat oxuyaraq eyni zamanı evdə müstəqil iş üçün, ev tapşırıqlarını və praktiki tapşırıqları yerinə yetirmək üçün sərf etməlisiniz. Evdə istifadə üçün, sizi yarı yolda qoymayacaq, kompulyasiya, renderinq və ya virtualizasiyanın öhdəsindən gələ biləcək müasir kompüter tövsiyə edirik. 

 

 

Microsoft Teams

 

Dərslərin hərtərəfli keçməsi üçün Akademiyamızın köməyinə, uzunmüddətli akademik parnyorumuz olan Microsoft şirkəti və onun Microsoft Teams adlı aləti gəldi. Akademiyaya qəbul olunan hər tələbəmiz avtomatik olaraq Microsoftun bütün tədris alətlərinə həmçinin Teams proqramına giriş əldə edir. 

 

 

Təhsil haqqının ödəniş yolları

 

Akademiya ilə qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün iqtisadçılarımız müxtəlif ödəmə sistemlərindən istifadə etməklə sizin üçün ödəniş təlimatları hazırlamışlar. Rahatlığınız üçün həm onlayn ödəmələri, həm də terminallardan istifadə etməklə ödəmələri nəzərə almışıq.

 

 

Tələbələr üçün məsləhətlər

 

Tam keyfiyyətli təhsil vermək üçün sizin köməynizə də ehtiyacımız var. Buna görə sizdən dərs zamanı təlimçilərimizə kömək etməyinizi xahiş edirik. Dərsin mükəmməl keçməsi üçün bir neçə məsləhətimiz:

 

Məsləhət №1

Dərslərə öncədən hazırlaşın. Kompüterinizi, qulaqlıqları, kameranı hazırlayın və internet bağlantınızı yoxlayın. Sizə dərs vaxtı mane ola biləcək amilləri aradan qaldırın. 

 

Məsləhət №2

Texniki nasazlıqlara anlayışla yanaşın. Dərslər zamanı internet bağlantı ilə çətinliklər ola bilər. Bu halda siz tədris şöbəsinin menecerinə müraciət etməlisiniz, və biz sizə optimal həll yolunu təklif etməyə çalışacayıq. Bütün dərslərimiz yazılır və qoşulma bərpa olandan sonra siz ona təkrar baxa bilərsiniz. Nəzərə alın ki, ölkədə təhsil müəssələrinin fəaliyyəti müvəqqəti dayandırıldığına görə,  Akademiya müvəqqəti olaraq tələbələrini təhsil üçün kompüter və ya digər texnika ilə təmin edə bilmir. İnternet bağlantı ilə, onun sürəti ilə əlaqədar suallarınızı abunəçisi olduğunuz provayderə ünvanlayın.

 

Məsləhət №3

Xahiş edirik müəllimləri saat 20:00-dan sonra narahat etməyəsiniz. Akademiyamızın təlimçiləri dərslərə diqqətlə hazırlaşır, bəzilərinin gün ərzində bir neçə dərsi olur. Və onlar da hamımız kimi istirahət etməlidirlər.

 

 

Ümid edirik ki bütün suallarınıza və şübhələrinizə cavab verə bildik. Əgər hər hansı bir sualınız qalıbsa mütləq bizimlə əlaqə saxlayın və biz sizə kömək etməyə çalışacayıq!

 

Dərslərdə uğurlar!



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti