STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İdeal STEP IT Academy abiturienti nələri bilməlidir?

30.06.2020

3461 blog_count_views_1

STEP IT Academy-nin ideal tələbəsini necə görürük?

 

STEP IT Academy-də təlimlərin sıfırdan keçirildiyini deyirik. Bu o deməkdir ki biz müraciət edənlərdən proqramlaşdırma, IT və dizayn sahəsində biliklər gözləmirik. Lakin Akademiyaya qəbul üçün mütləq hesab etdiyimiz əsas biliklər var. Bu yazıda STEP İT Akademiyasında heç bir çətinlik çəkmədən təhsil almağa başlamaq üçün nəyin zəruri olduğunu sizə izah edəcəyik.

 

Siz aktiv kompüter istifadəçisisiniz

 

 

  • Kompüterin nədən ibarət olduğunu bilirsiniz, onun detallarını və elementlərini tanıyırsınız və adlandıra bilirsiniz: monitorun, sistem blokunun, prosessorun, RAM-ın və ya hard diskin nə olduğunu başa düşürsünüz
  • Kompüter komponentlərinin məntiqini anlayırsınız
  • Klaviaturada dəqiqədə 100 işarədə çap edirsiniz
  • Windows 10 və ya Mac OS X kimi müasir əməliyyat sistemləri ilə işləyirsiniz
  • Fayl və qovluqlarla sərbəst işləyirsiniz
  • İnternet brauzerləri və axtarış sistemləri ilə işləmək bacarığına sahibsiz
  • Facebook, LinkedIn və YouTube sosial şəbəkələrində hesablarınız var
  • E-poçtla işləyirsiniz

 

Sadalanan keyfiyyətlərə və bacarıqlara sahibsinizsə, siz STEP IT Academy-nin ideal tələbəsi olmağa bir addım daha yaxınlaşdırnız.

 

İngilis dili

 

 

STEP IT Academy-də dərslər azərbaycan və rus dillərində aparılır. Ancaq tədris prosesində istifadə olunan proqramlaşdırma dilləri, terminlər və proqramlar ABŞ və İngiltərədə yaranıb. Demək olar ki, bütün informasiya texnologiyaları dünyası ən geniş yayılmış və zəruri dillərdən biri - İngilis dili üzərində qurulmuşdur. Buna görə də tələbələrimizə ən azı "elementary" səviyyədə ingilis dilini bilmələrini və gələcəkdə ixtisaslaşmış ədəbiyyatı başa düşməsi üçün, proqram təminatı ilə işləməyi və əlbəttə ki, karyeranın inkişafı və böyüməsi üçün ingilis dilini inkişaf etdirmələrini tövsiyə edirik.

 

"Elementary" səviyyəsi yaşamaq səviyyəsi hesab olunur (survival level). Yəni bu səviyyədə qazanılan bilik, ingilis dilində məişət səviyyəsində ünsiyyət üçün kifayətdir. Məsələn, xaricdə olsanız, yerli sakinlərlə hərəkət istiqamətini aydınlaşdıra, alış-veriş edə, otel otağı sifariş verə və s. edə bilərsiniz.

 

Əgər siz

 

  • ictimai qurumlarda və ya küçədəki yazıları və elanları başa düşürsünüzsə
  • ümumi xəbərlərin mahiyyətini başa düşürsünüzsə
  • dostunuza sadə şəxsi məktub yaza bilərsinizsə
  • hobbiniz, ailəniz, eviniz haqqında qısa bir mətn yaza bilərsinizsə
  • sadə anket məlumatlarını doldura bilərsinizsə
  • yavaş-yavaş tələffüz etsələr və tanış sözlərdən istifadə etsələr, ingiliscə danışanların sizə nə dediyini başa düşürsünüzsə
  • Özünüz, ailəniz və eviniz haqqında bir neçə sadə cümlə ilə danışa bilərsinizsə
  • maraqlarınız və hobbiniz barədə danışmağı bacarırsınızsa
  • İş gününüzü və həftə sonlarınızı asanlıqla təsvir edə bilərsinizsə
  • gündəlik mövzularda danışa bilərsinizsə
  • tanış mövzular daxilində sadə suallara cavab verə bilərsinizsə
  • lüğətiniz 500 sözdən ibarətdirsə

 

demək siz ikinci mərhələni də keçmisiniz. STEP IT Academy-nin ideal abiturienti olmaq üçün cəmi bir addım qaldı.

 

Riyaziyyat

 

 

Bir çox insan üçün riyaziyyat başa düşməsi üçün çox çətin bir elm kimi görünür. Ancaq maraqlı iş görmək istəyirsinizsə,  riyaziyyatı olduqca yaxşı bilməlisiniz. IT sahəsində də riyaziyyatdan kifayət qədər dərin bilik tələb edən və ümumiyyətlə qismən riyaziyyat olan müəyyən hissələr var. Bununla belə, hesab edirik ki alqoritmləri təməl səviyyədə bilmək bütün özünə hörmət edən proqramçılar və IT mütəxəssislər bilməlidir. Bir çox iş müsahibələrində sizə həll etmək üçün alqoritmik tapşırıqlar verə bilərlər. Sonrası artıq fəaliyyət istiqamətinizdən asılıdır: machine learning üçün, riyazi statistika və matrislərlə işləmək, oyun yaradılması üçün həndəsə və trigonometriyanın, məlumatlarla işləmək üçün isə ehtimal nəzəriyyəsi və riyazi analiz gərəklidir.

 

STEP IT Academy-də "Proqram Təminatının Yaradılmsı" və ya "Şəbəkələr və Kibertəhlükəsizlik" ixtisaslarında rahat təhsil almaq üçün məktəb proqramının 9-cu sinif səviyyəsində riyaziyyatı bilməlisiniz.

 

... STEP IT Academy-ə xoş gəldiniz!



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti