STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

STEP IT Academy distant təhsilə transformasiyanın öhdəsindən necə gəldi?

03.06.2020

2496 baxışlar

COVID-19 pandemiyası həyatın heç bir sahəsini diqqətsiz qoymadı. Dünyadakı vəziyyət, istisnasız olaraq bütün fəaliyyət növlərinin  rəqəmsal infrastrukturda tələbat səviyyəsini göstərdi. IT mütəxəssislərinə ehtiyac daha da kəskinləşdi.

 

STEP IT Academy Azərbaycanda IT sahəsində aparıcı tədarükçülərdən biri olaraq təhsil prosesində uzunmüddətli fasiləyə yol verə bilməzdi. Ən qısa müddətdə keyfiyyəti qorumaq şərti ilə, Akademiyadaki əyani dərsləri distant təhsilə transformasiya etmək qərarı verildi.

 

Onlayn transformasiyanın üç əsas elementi:

 

  1. Texnoloji həll

    Distant təhsilə ehtiyac bütün təhsil müəssisələrində yarandı. Onlarla müxtəlif vasitə tərəfimizdən nəzərdən keçirildi, lakin formatımıza uyğun gəlmədi. Məktəblər və universitetlər səs və görüntü ilə məhdudlaşs belə, bu STEP IT Academy-də təhsil almaq üçün kifayət deyil. Seçəcəyimiz resurs ev tapşırıqlarının verildiyi LMS (Learning Management System) ilə əlaqələndirilməli, həm müəllimlər, həm də tələbələr sistemdə öz qeydlərini aparmağı bacarmalı idilər.

    Köməyimizə STEP IT Academy-nin çoxdanki akademik partnyoru olan Microsoft, və onun "Microsoft Teams" adlı platforması gəldi.  Akademiyamızın hər bir tələbəsi qəbul olunduqda avtomatik olaraq Microsoft təhsil məhsullarına, habelə "Teams" platformasına giriş əldə edir.

    Distant təhsilə başlamazdan əvvəl müəllimlərimiz üçün "Teams" xidmətindən istifadə mövzusunda təlimlər keçirildi. Bundan sonra müəllimlər tələbələr üçün baza təlimlərini keçirdilər. Tələbələr uzun müddətdir elektron gündəliyimiz olan MyStat ilə işlədikləri üçün bu onlar üçün kifayət qədər asan idi. Hal hazırda Akademiyada dərslər bu iki texnoloji həllin tandemində aparılır.
     
  2. Təhsil keyfiyyətinə nəzarət

    Tələbələr üçün transformasiya ilə yanaşı, 3 il ərzində auditoriyada işləyən, tələbələr ilə əyani əlaqə saxlayan və canlı ünsiyyətin bir çox üstünlüklərindən istifadə edən müəllimlərin transformasiyası Akademiya üçün böyük bir sınaq oldu. Bunu etmək üçün, sinifi görmədən dərs demək, distant şəkildə qrupun nizam-intizamını qorumaq və qrupun diqqətini dərs boyu qoruyub saxlamağı bacarmaq üçün müəllimlərimizə bir sıra təlimlər keçirdik.

    Dərslərdə müəllimlərin özləri ilə yanaşı əlavə nəzarətə ehtiyac duyulurdu. Akademiyanın qalan işçilərini dərslərin idarə edilməsinə cəlb etmək qərarı verdik, hazırlanmış "check-list"-ə uyğun olaraq hər dərsi tam yoxlamağa başladıq.
     
  3. Valideynlərin köməyi və məsuliyyət.

    Tədris prosesində şagirdlərin və valideynlərin rolu əvəzsizdir. Keyfiyyətli təhsil əsas məqsədimizdir. Buna görə şagirdlərdən və valideynlərdən dərslər zamanı müəllimlərə kömək etmələrini xahiş etdik. Pandemiyanı bizdən əvvəl yaşadığı Akademiyanın xarici filiallarının təcrübəsindən istifadə edərək, tələbələr və valideynlər üçün distant təhsildən maksimum yararlanmaq üçün bir sıra tövsiyələr hazırladıq.

 

Təəssüf ki, akademiyanın bütün səylərinə baxmayaraq, tələbələrin təxminən 25% -i distant təhsilə başlaya bilmədi. Bu, ilk növbədə yüksək sürətli İnternet, müasir kompüter texnologiyası və ya sadəcə dərslərdə iştirak etmək üçün evdə təcrid olunmuş və sakit bir otağın olmaması ilə əlaqədardır.

 

 

Tələbələrimizdən istər müsbət, istərsə də mənfi tərəfləri gizlətmədən Akademiyada distant təhsil barədə fikirlərini bölüşmələrini xahiş etdik.

 

 

Əvvəlcə çətin olacağını düşünürdüm. Bu mənim təhsilə şəxsi yanaşmamın əsasında qurulan fikir idi.  Lakin bir neçə dərsdə iştirak etdikdən sonra başa düşdüm ki, bu tamamilə normaldır, hətta bunun da böyük üstünlükləri var, məsələn, tam öyrənməyincə dərslərin videosuna təkrar baxmaq. On minlərlə insanın fərdi şəkildə proqramlaşdırmanı onlayn öyrəndiklərini nəzərə alsaq, bunun real olduğunu başa düşürsən. Müəllimlər işlərinin ustadları olduqca, bu işi iki dəfə asanlaşdırır.

 

Distant təhsilinin müsbət tərəfi odur ki, dərslər yazılır və istədiyiniz qədər istədiyiniz vaxt izləyə bilərsiniz. Cox rahatdır. İşin mənfi tərəfi isə odur ki, dərs boyu tam diqqətli  olmaq mümkün olmur, zaman-zaman ikinci dərəcəli düşüncələrə qapılırsan.

 

 

Distant və əyani təhsil arasındakı əsas fərq, Akademiyanın özünəməxsus və xoş atmosferi var. Uşaqlarla ünsiyyət qurursunuz, səhvləri müzakirə edirsiniz, suallarınızı vermək və bütövlükdə diqqəti toplamaq daha asandır. Ev mühitində bütün bunları əldə etmək çətindir. Amma Akademiya öz işini mükəmməl etdi!

 

Düzünü deyim, hər kəs kimi, distant təhsilin nə olacağını düşünürdüm. Öyrənə biləcəm, yoxsa yox? Ancaq şəbəkələrdəki bir sıra mövzuları tamamladığımızdan, qrupla məsləhətləşdik və distant təhsilə başlamaq təklifini qəbul etdik. Artıq müəyyən biliklər toplamışdıq və CCNA-4 mövzusu xüsusi təcrübə tələb etmədiyinə görə razılaşmağa qərar verdik. Əks təqdirdə distant təhsildən imtina edəcəkdik.

 

Hər birimiz Bakının müxtəlif yerlərində yaşayırıq. Akademiyaya və evə gedərkən ən azı 2-3 saat sərf edirik. İndi evdə olarkən oxumağa daha çox vaxt sərf edə bilirik.

 

Ümumilikdə mənfi tərəf real avadanlıqlardan uzaqlaşmağımızdır. Digər sahələrin nümayəndələri, məsələn, proqramçılar üçün daha asan idi, çünki onların işi kompüterdə proqram yazmaqdır: evdə və ya akademiyada - elə də böyük fərq etmir. Amma hər 2-3 dərsdən bir biz  avadanlıq üzərində işləyirdik və çoxlu praktiki məşğələlər edirdik. İmtahana hazırlığımız əvvəlkindən daha zəif oldu, çünki adətən imtahandan bir həftə əvvəl uşaqlar ilə qruplarda və real avadanlıqlarla işləyirdik .

 

Əyani dərslər zamanı hər birimiz məsuliyyətli və fəal idik. Adi dərslərlə müqayisədə distant təhsildə fəallıq azalıb. Müəllimlərimiz istər əyani, istər distant təhsil olsun, işlərini mükəmməl şəkildə yerinə yetirdilər.

 

 

Əlbəttə ki, ilk zamanlaк təcili olaraq distant təhsilə keçid xəbəri məni dondurdu, çünki bu mənim ilk təcrübəm olacaqdır. Ancaq hər şey ritmə düşəndə mən hətta müəyyən üstünlükləri görməyə başladım. Əlbəttə ki, Akademiyanın divarları və ünsiyyət çatışmır, lakin yeni təcrübə qazanmaq həmişə xoşdur.

 

Mənim üçün üstünlük, ilk növbədə əlçatanlıq və yerindən asılı olmayaraq təhsil almaq imkanı, evdən çıxmadan təhsil almaq imkanı idi. Həmçinin, üstünlüklərdən biri, dərs zamanı nəyisə nəzərdən qaçırdıqda və ya fərdi iş zamanı hər hansı bir çətinlik çəkdikdə dərsi yenidən nəzərdən keçirmə imkanıdır.

 

Hər zaman yaxşı texniki avadanlıqlara ehtiyacımız var. Hərdən rabitə problemləri və ya kompüterlə bağlı problemlər olur. Bunun mənfi tərəf olaraq adlandırıla bilmirəm. Düşünürəm ki, tələbə ilə müəllim arasında, eləcə də tələbələr arasında üz-üzə ünsiyyətin olmaması distant və əyani təhsil arasındakı əsas fərqdir. Yenə də video-konfrans, həqiqi ünsiyyəti və akademiya daxilindəki vəziyyəti əvəz etməyəcək.

 

Akademiya distant təhsilə keçmək vəzifəsinin öhdəsindən gəldi. Dərslərin bərpası üçün çox sürətli şərait yaradıldı və onların yüksək səviyyədə keçirilməsi yolunda yaranan bütün əngəllər aradan qaldırıldı.

 

 

Keçidi yaxşı qəbul etdim. Çünki bu tədbir tələbələr arasında yoluxma ehtimalını endirir və distant təhsilin gələcək inkişafına təsir göstərir. Bu, ucqar ərazilərdə yaşayan tələbələrin akademiyaya gəlmədən evdə rahat təhsil alması üçün əla fürsətdir.

 

Düşünürəm ki, distant təhsilin mənfi tərəfi müəllimlə ünsiyyətin olmamasıdır. Ev tapşırıqları ilə problemi həll etmək üçün bəzən müəllimin köməyi tələb olunur, lakin qrupdakı tələbələrin sayı və dərsin vaxtı buna imkan vermir.

 

Əyani və distant təhsil arasındakı ən böyük fərq təhsil üçün motivasiyadır. Əyani təhsil zamanı tələbə yoldaşları ilə, müəllimlərlə ünsiyyət qura bilərsiniz, dərhal dostlardan kömək istəyə bilərsiniz. Ancaq buna baxmayaraq, distant təhsili xoşlayıram.

 

Düşünürəm ki, əvvəlcə Akademiyada distant təhsildə çətinliklər var idi. Lakin tədricən inkişaf görünməyə başladı. Düşünürəm ki, distant işləmək üçün öz tətbiqimiz olsaydı, daha maraqlı olardı.

 

Sonda valideyn və şagirdlərin sosial şəbəkələrdə distant təhsil haqqında yazdıqları  bir neçə rəyi bölüşmək istərdik.

 

                    

                    

                    



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Kibertəhlükəsizlik

IT kursları nədir və kimlər üçün uyğundur?

IT kursları nədir və kimlər üçün uyğundur? IT kursları texnologiya sahəsində peşəkar biliklər əldə etmək istəyən hər kəs üçün nəzərdə tutulur. Bu kurslar proqramlaşdırma, data analitika, şəbəkə texnologiyaları və digər vacib sahələri əhatə edir. IT kompüter kursları həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun seçimdir. Bəs Bakıda IT kursları hansı üstünlükləri təqdim edir? Bakıda IT kursları müasir tədris proqramları və praktiki yanaşma ilə seçilir.  Real layihələr üzərində işləmək, Təcrübəli təlimçilərdən öyrənmək, Karyera yönümlü biliklər qazanmaq əsas üstünlüklər sırasındadır.  Bu yanaşma tələbələrin iş həyatına daha tez adaptasiya olmasına kömək edir. IT kursların qiyməti se&

ШАГ логотип

Kibertəhlükəsizlik

Fişinq Hücumları | Phishing Nədir və Necə Qorunmaq Olar?

Bir kliklə tələ - phishing necə işləyir? Phishing, istifadəçiləri manipulyasiya edərək onların şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə yönəlmiş kiber hücum növüdür. Bu hücumlar zamanı istifadəçiyə bank, sosial şəbəkə və ya rəsmi qurum adı altında saxta e-poçtlar, SMS-lər və bildirişlər göndərilir. Mesajdakı linkə daxil olan şəxs real sayta bənzər saxta səhifəyə yönləndirilir və məlumatlarını könüllü şəkildə paylaşır. Fişinq hücumları əsasən diqqətsizlik və tələskənlikdən istifadə etdiyi üçün olduqca effektiv və təhlükəlidir. Fişinq Hücumlarını Necə Tanımaq Olar? Fişinq cəhdlərini müəyyən etmək hər zaman asan olmur, çünki bu hücumlar getdikcə daha peşəkar şəkildə hazırlanır.  Gəlin bu hücumların necə baş verə biləcəyinə baxaq:

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

2026-cı İldə IT Sahəsində Baş Verəcək Texnoloji Yeniliklər

Süni intellekt 2026-cı ildə IT sahəsini necə dəyişəcək? 2026-cı ildə süni intellekt artıq təkcə köməkçi texnologiya deyil, IT sistemlərinin əsas qərarverici mexanizminə çevriləcək. Proqram təminatlarının hazırlanması, data analizi, kiber təhlükəsizlik və müştəri təcrübəsi süni intellekt əsasında daha sürətli və dəqiq şəkildə idarə olunacaq. Süni intellekt texnologiyaları sayəsində sistemlər böyük həcmdə məlumatı real vaxtda analiz edəcək, riskləri əvvəlcədən proqnozlaşdıracaq və avtomatik qərarlar qəbul edəcək. Bu da IT mütəxəssislərindən yalnız texniki bilik deyil, eyni zamanda analitik və strateji düşünmə bacarığı tələb edəcək.   Süni intellekt texnologiyaları və ağıllı avtomatlaşdırmanın yüksəlişi 2026-cı ilə qədər süni intellekt texnologiyaları klassik avtomatlaşdırmanı geridə

ШАГ логотип

Proqramlaşdırma

Alqoritm nədir? Alqoritmik Dillər və Əsas Xassələrə Giriş

Alqoritm haqqında ümumi anlayış Alqoritm istənilən proqramlaşdırma və texnoloji sahənin təməlini təşkil edir. Alqoritm, müəyyən bir problemi həll etmək və ya nəticə əldə etmək üçün ardıcıl və məntiqli addımlar toplusudur. Gündəlik həyatda reseptlərdən tutmuş bank sistemlərinə qədər bir çox proses alqoritmlər əsasında işləyir. Bu anlayışı dərk etmək analitik düşüncəni gücləndirir və texniki problemlərə sistemli yanaşma formalaşdırır. Alqoritm nədir və alqoritmik dillər dedikdə nə başa düşülür? Alqoritm giriş məlumatlarını qəbul edib, müəyyən qaydalarla emal edərək çıxış nəticəsi verən addımlar ardıcıllığıdır. Alqoritmik dillər isə bu addımların yazılı və rəsmi şəkildə ifadə olunması üçün istifadə olunan dillərdir. Psevdokod, blok-sxemlər və proqramlaşdırma dilləri alqoritmləri

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti