STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Zöhrab Salamzadə. Azad sənətkar və STEP IT Academy-nin müəllimi.

IT Step

05.03.2021

2197 baxışlar

Tələbələrimizin və məzunlarımızın uğur hekayələrini tez-tez sizinlə bölüşürük, ancaq onların uğurlarının arxasında sevimli müəllimlərimizin titanik əməyinin dayandığını demək olar ki, unuduruq. Bu gündən etibarən sizlərə Akademiyamızın sevimli müəllimləri ilə sizə bir sıra müsahibə təqdim edəcəyik. Ənənəni Akademiyanın ən parlaq və ən məşhur müəllimlərindən biri, rəssam Zöhrab Salamzadə ilə açıq elan edirik!

 

Salam, Zöhrab! Özünüz haqqında bir az danışın.


Salam. Mən 19 Noyabr, 1992-ci ildə Bakı şəhərində memar və dizayner ailəsində anadan olmuşam. Anam memar, atam mühəndis, bacım isə  dizaynerdi. Belə deyək ki, yaradıcı aləmdə böyümüşəm. Uşaqlıqda bütün uşaqlar kimi, rəsm çəkirdim. Bu prosesin özü çox xoşuma gəlirdi. Elə bir gün yadıma gəlmir ki, mən rəsm çəkmiyim. Elə bir gün olsa belə, çox nadir halda olardı. Oyun oynamaqdan çox, rəsm çəkməyə daha çox vaxt sərf edirdim.


Zöhrab, necə rəsssam oldunuz? İstedadınızı kim və nə vaxt gördü?


“Məhz bu an rəssam oldum” deyərək, insanların incəsənətə xüsusi bir şəkildə gəldiyini düşünmürəm. Rəsm çəkmək mənim üçün həmişə maraqlı olub və peşə seçimimdə çətinlik çəkmmişəm. Heç bu haqda fikirləşməmişəm. Artıq nə istədiyimi bilirdim. İstedadımın olduğuna birinci anam fərqinə vardı və hobbimə mümkün qədər az müdaxilə etməyə çalışırdı. Ümumiyyətlə müdaxilə uşaqları qorxudur və rəsm çəkməydən soyudur. O mənim nə edəcəyimlə, nə çəkəcəyimlə maraqlanırdı.  9-cu sinfi bitirdikdən sonra peşə məktəbinə daxil oldum. Orada maraqlı insanlarla, müəllimlərlə tanış oldum və bu günə gədər onlarla  yaxşı dosluğumuz var. Peşə məktəbini bitirdikdən sonra Dövlət Rəssamlıq Akademiyasına qəbul oldum.

 

 

Peşənizdə ən çox nəyi sevirsiniz?

 

Sərbəst sənətkar olduğumu. Mən hərəkətlərimdə azadam,zaman qıtlığım və ya mövzu məhdudiyyətim yoxdur. Tanıdığım bir çox heykəltəraş var ki, onlarla keramika ilə məşğul ola və rəsm çəkə bilərəm. Sevdiyim işi görürəm və heç bir şey məni çərçivəyə salmır.

 

Yazdığınız bədii istiqamətdən, daha dəqiq desəm, sizə xas olan üslubdan danışın?

 

Bu barədə heç nə deyə bilmərəm. Nə Sizə, nə də başqasına.  Bunu gizlətdiyimə görə və ya açıqlamaq istəmədiyimə görə yox, sadəcə ümumiyyətlə üslubumun nəcə adlandırıldığını bilmirəm.

Rəsm çəkdiyim üslub illüstraya aid edilə bilməz - illustrasiya üçün şəkillərim çox böyükdür, elementləri olmasına baxmayaraq qrafikaya da aid etmək olmur. Əslində bu rəsmdir, amma texnika fərqlidir, miniatüra elementləri var, amma yenə də - şəkillər çox böyükdür. Düşünürəm ki, bu sualı peşəkar sənətşünasa vermək lazımdır ki, onu analiz edib bir ad verə bilsin.


 

Hansı sərgilərdə iştirak etmisiniz?


 

2009-cu ildə İncəsənət məktəbinə qəbul oldum və artıq birinci kursdan sərgilərdə iştirak etməyə başladım. Bunlar Rəssamlar İttifaqında, daha sonra muzey mərkəzində, daha sonra ayrı-ayrı qalereyalarda keçirilən sərgilər idi. Müəyyən bir dövrdə sərgi bumu oldu: çox sayda sərgilər keçirilirdi və mən də hamısına əsərlər təqdim edirdim. O vaxt konkret bir üslubum yox idi və mən istənilən sərgiyə düşməyə çalışırdım. Üslubum formalaşandan sonra məni müxtəlif sərgilərə dəvət etməyə başladılar. Həmçinin bir neçə il “Yarat”-ın layihələrində də iştirak etmişəm. 

 

Hətta öz təşkilatımızı da yaratmışdıq, beynəlxalq festivallarda müasir konseptual sərgilər təşkil edirdik. İlk personal sərgim isə 2019-cu ildə baş tutdu. Bundan əvvəl 45-dən çox sərgidə iştirak etmişdim. Rəsmləri üsluba görə bölmək üçün sərginin təşkili çox vaxt apardı, çünki əsərlər çox idi.

 


 

Rəssamlar arasında kumiriniz varmı?


 

Xaricilərdən Alfons Muxanı və Anri de Tuluz-Lotreki qeyd edə bilərəm. Əslində çox fərqli sənətkarları sevirəm və hər bir rəssamın müəyyən əsərlərin bəyənirəm.

Azərbaycanlı rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Böyükağa Mirzəzadə və Mikayıl Abdullayevi çox bəyənirəm. Sənətçilərimizi çox sevirəm və müasir rəssamlarımız arasında da dost olduğum bir çox istedadlı insan var.

 

Akademiyamıza necə gəldiniz və müəllimliyi sevirsinizmi?


 

İş təklifini Aybəniz Alıyevadan aldım. Hal hazırda Akademiyada incəsənət tarixi üzrə  müəllimədir.  Akademiyanın təzə açıldığı dövrdə məni məsləhət bildi. Səmimi deyim ki, müəllimliyi sevirəm, tələbələrlə ünsiyyət qurmaq, biliklərimi onlarla bölüşmək çox gözəldir. Əlbəttə ki, bəzi çətin məqamlar olur: vaxtımız o gədər də çox deyil və mən fikrimi daha ətraflı izah edə bilmirəm. Onu da başa düşməliyik ki, bu bir incəsənət akademiyası deyil, Kompüter Qrafikası və Dizayn istiqaməti daxilində rəsm üzrə giriş kursudur. Ümumiyyətlə, uşaqlara gələcəkdə faydalı olacaq biliklər vermək xoşuma gəlir.

 


 

Müəllimlikdə hansı çətinliklərlə qarşılaşırsınız?


 

Mən həmişə rəsmin nə olduğunu və necə çəkiləcəyini başa düşürdüm. Ancaq sıfırdan başlayan tələbəyə bunu izah etmək çətin idi. Rəssamlıq Akademiyasına daxil olarkən bizdən müəyyən biliklər tələb olunurdu və  bu biliklər olmayanda, səni sadəcə kənarlaşdırırlar. 

STEP IT Academy-də isə heç vaxt əlinə fırça götürməmiş, heç vaxt rəsm çəkməmiş tələbələr gəlirlər və artıq sən onların dilində danışmağa, icad etməyə, bəzi detalları düşünməyə çalışırsan. Yalnız bu çətinliklərlə qarşılaşmışam.


 

Özünüzı rəqiblər yetişdirməkdən qorxmursunuz?

 

Xeyr, qorxmuram, hər bir rəqibə sevinərəm. Bu həmişə əyləncəlidir :))

 

Gələcək planlarınızı bizimlə bölüşə bilərsinizmi?

 

Bir milyard qazanmaq Akademiyanı atmaq və Havay adalarına uçmaq)) Ciddi danışsaq, arzum xaricdə sərgi təşkil etməkdir.  Hər sənətkarın arzusu məşhur olmaq və əsərlərinin daim tələb olunmasını təmin etməkdir. Ancaq bunun necə olacağını deyə bilmərəm. Hər şey fortunadan, talehin üzünə gülməsindən və əlbəttə ki, səylərindən asılıdır. Mən üzərimdə çox çalışıram, çox rəsm çəkirəm və növbəti səviyyəyə keçməyi planlaşdırıram. Əsas odur ki bir yerdə durmuyasan və daim öz üzərində çalışasan.


 

Zöhrab, maraqlı söhbət üçün Sizə təşəkkür edirəm. Şəxsi və yaradıcılıq həyatınızda uğurlar arzulayırıq.


 

Belə xoş bir müsahibə üçün çox sağ olun.



Müəllif::

IT STEP Academy

Kibertəhlükəsizlik

Proqram Təminatının Yaradılması

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Proqramlaşdırma

Python Bootcamp nədir? Python dərsləri ilə IT karyerasına başlanğıc

Python bootcamp nədir? Python bootcamp qısa müddətdə intensiv və praktik şəkildə proqramlaşdırma bacarıqları qazandıran tədris proqramıdır. Bu format klassik uzunmüddətli kurslardan fərqli olaraq daha fokuslanmış, sürətli və nəticəyönümlü öyrənmə modelinə əsaslanır. Python proqramlaşdırma dili isə sadə sintaksisi və geniş istifadə sahəsi ilə IT sahəsinə başlamaq üçün ən uyğun dillərdən biri hesab olunur. Bu səbəbdən python bootcamp proqramları xüsusilə yeni başlayanlar üçün ideal seçim hesab edilir. Python Fundamentals Bootcamp nə vəd edir? Python Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçılar python proqramlaşdırma sahəsində baza biliklərini praktiki tapşırıqlar və layi

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Bootcamp Nədir? IT Bootcamp və Proqramlaşdırma Haqqında

Bootcamp nədir? Müasir dövrdə sürətli və praktik təhsil modelləri getdikcə daha çox tələb olunur. Bu modellərdən geniş yayılmışlarından biri də bootcamp formatıdır. Bootcamp qısa müddət ərzində intensiv və praktik yönümlü təhsil verən proqramdır. Əsas məqsəd iştirakçıların real layihələr üzərində işləyərək konkret peşə bacarıqları qazanmasıdır. Bootcamp proqramları klassik uzunmüddətli kurslardan fərqli olaraq daha fokuslanmış və nəticəyönümlü olur. Bu səbəbdən xüsusilə IT sahəsinə tez daxil olmaq istəyənlər üçün bootcamp modeli ideal seçim sayılır. IT Bootcamp necə keçirilir? IT bootcamp texnologiya sahəsində konkret ixtisas üzrə intensiv tədris proqramıdır. Bu proqramlar adətən bir neçə ay davam edir və iştirakçılar sıfırdan başlayaraq praktiki tapşırıqlar və layi

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

IT kursları nədir və kimlər üçün uyğundur?

IT kursları nədir və kimlər üçün uyğundur? IT kursları texnologiya sahəsində peşəkar biliklər əldə etmək istəyən hər kəs üçün nəzərdə tutulur. Bu kurslar proqramlaşdırma, data analitika, şəbəkə texnologiyaları və digər vacib sahələri əhatə edir. IT kompüter kursları həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun seçimdir. Bəs Bakıda IT kursları hansı üstünlükləri təqdim edir? Bakıda IT kursları müasir tədris proqramları və praktiki yanaşma ilə seçilir.  Real layihələr üzərində işləmək, Təcrübəli təlimçilərdən öyrənmək, Karyera yönümlü biliklər qazanmaq əsas üstünlüklər sırasındadır.  Bu yanaşma tələbələrin iş həyatına daha tez adaptasiya olmasına kömək edir. IT kursların qiyməti se&

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti