STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Data Analitika Kursu. Gələcəyin Ən Çox Tələb Olunan Sahəsi

Proqramlaşdırma

13.11.2025

2322 baxış

Texnologiyanın inkişafı ilə birlikdə hər gün milyonlarla yeni məlumat (data) yaranır. Bu məlumatların düzgün təhlil edilməsi isə yalnız peşəkar data analitiklərinin işi ilə mümkündür. İstər bank, istərsə də hüquq və ya HR kimi bir çox sahələrdə dataya ehtiyac var. Buna görə də data analitika bu gün ən perspektivli və yüksək maaşlı peşələrdən biri hesab olunur.

Data Analitika nədir və niyə bu qədər vacibdir?

Data analitika şirkətlərdə toplanmış böyük həcmli məlumatların təhlil edilməsi, düzgün nəticələrin çıxarılması və qərarvermə prosesində istifadə olunmasıdır.

Məsələn:

  • Bank sektorunda müştərilərin kredit tarixçələrinin təhlili,

  • Marketinqdə müştəri davranışlarının izlənməsi,

  • HR sahəsində işçi performansının analizi,

  • Hüquq sahəsində sənədlərin və məhkəmə proseslərinin statistik təhlili.

Yəni data analitika yalnız texnologiya şirkətləri ilə məhdudlaşmır, istənilən sahədə data ilə işləmək vacibdir.

Tədris proqramımızın üstünlükləri

  1. Real datalar üzərində öyrənmə
    Bizim akademiyada tədris zamanı istifadə olunan bütün datalar real olur. Əsasən bank sektoru dataları üzərində işləyərək tələbələr praktiki bacarıqlara yiyələnirlər. Bu isə onlara məzun olduqdan sonra şirkətlərin real iş mühitinə daha tez uyğunlaşmaq imkanı yaradır.

  2. Praktika əsaslı dərslər
    Teoriyanın yanında ən böyük üstünlüyümüz praktika əsaslı yanaşmadır. Tələbələr dərhal gördükləri mövzunu tətbiq edərək öyrənirlər. Bu metod həm yadda qalmağı asanlaşdırır, həm də gələcək iş müsahibələrində tələbələrə real layihələr təqdim etmək imkanı verir.

  3. Geniş iş imkanları
    Bu gün təkcə Azərbaycanda hər ay 70-80 yeni vakansiya data sahəsində elan olunur. Dünyada isə bu rəqəm qat-qat çoxdur. Həmçinin, şirkətlər artıq işə qəbul zamanı yalnız “təcrübəsi olan” namizədlərə üstünlük verirlər. Bizim məzunlarımız isə kurs müddətində çoxsaylı praktiki tapşırıqları həll etdikləri üçün güclü portfolioya sahib olurlar.

  4. Beynəlxalq diplom
    Kursu uğurla bitirən tələbələr Beynəlxalq səviyyədə tanınan diplom əldə edirlər. Bu diplom onlara həm Azərbaycanda, həm də xarici şirkətlərdə karyera imkanlarını genişləndirmək imkanı verir.

Data analitikanın iş dünyasında rolu

Bank sahəsi
Banklar kredit risklərinin idarə olunması, müştəri davranışlarının təhlili və fırıldaqçılıq hallarının aşkarlanması üçün data analitikasına böyük tələb yaranır.

Hüquq sahəsi
Məhkəmə qərarlarının statistik təhlili, müqavilə risklərinin analizi və hüquqi sənədlərin optimallaşdırılması üçün data analitika vacibdir.

İnsan resursları (HR)
HR mütəxəssisləri işçi məmnuniyyəti, işçi axını və performans göstəricilərini data analitikası vasitəsilə izləyir və daha düzgün qərarlar verirlər.

Marketinq və satış
Müştəri davranışlarını anlamaq, effektiv kampaniyalar hazırlamaq və satış strategiyalarını düzgün qurmaq üçün data analitika əsas vasitədir.

Maliyyə sahəsi
Maliyyə analitikləri investisiya qərarlarını dəstəkləmək, portfel risklərini qiymətləndirmək və gəlirliliyi artırmaq üçün data analitikadan istifadə edirlər.

Hazırda Azərbaycanda data analitika kurslarına tələbat sürətlə artır. Şirkətlər hər ay onlarla data analitik vakansiyası elan edir və bu rəqəm getdikcə yüksəlir. İndi bu sahəyə başlamaq gələcəkdə rəqabətli və uğurlu karyera qurmaq deməkdir.

 

Step IT Academy-də Data Analitika tədrisi təcrübəli müəllimlərin rəhbərliyi ilə praktika əsaslı keçirilir. Tələbələr real datalar üzərində işləyir və sıfırdan başlayan qruplara qoşularaq peşəkar bacarıqlar qazanırlar.

Əgər siz də yüksək maaşlı və perspektivli karyera qurmaq istəyirsinizsə, bu gün Step IT-də Data Analitika sahəsinə başlamağın tam zamanıdır!



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti