STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Kodlaşdırma istedadı olmayan şəxs qısa zamanda proqramçı olmaq üçün nə etməlidir

IT Step

Proqramlaşdırma

28.07.2023

1494 baxış

Proqramçılar deyir ki, hər kəs öz işini ömür boyu öyrənməlidir, bu yolda inkişaf etməlidir. Bu, istənilən peşə üçün bir həqiqətdir: hüquqşünas qanunlardakı dəyişiklikləri, marketoloq xarici təcrübəni və öz auditoriyasının maraq dairəsini, proqramçı isə yeni proqramlaşdırma dillərini öyrənir.

Məqalədə biz sizi uzun illər təcrübə yığmadan və yüzlərlə kitab oxumadan proqramçı olmağın üsulları ilə tanış edirik. İlk kodunuzu yazmaq üçün siz uzun müddət öyrənmək və universitetdə 5 il oxumaq məcburiyyətində qalmayacaqsınız.

Az oxuyun, çox işləyin

Proqramlaşdırmağı öyrənməyə yeni başlayanlar çox zaman minlərlə səhifəlik kitablar alır, mövzuya dair bloqlara abunə olur və proqramlaşdırma ilə bağlı forumlara üzv olurlar. Onlar biliyin heç zaman çox olmadığına inanırlar. Onlar düşünür ki, nə qədər çox məlumat alsalar, bir o qədər daha yaxşı proqramlaşdıra bilərlər. Lakin gəlin bir proqramçının nəzəriyyə deyil, təcrübə ilə mükəmməlləşdiyini unutmayaq.

Photoshop-a dair kitabın üzünü açmamısınızsa, qrafik dizaynı öyrənə bilməzsiniz. Çertyoj çəkməyi və onu oxumağı bilmirsinizsə, o zaman raket yığmağı bacarmazsınız. Kod yazmayanadək insan proqramlaşdırmanı öyrənə bilməz. Kitab oxumaq, təlim kursunda təhsil almaq, maarifləndirici videoya baxmaq təcrübə yığmaq demək deyil. Bütün bunlar məlumatın qavranmasıdır.

Orta oxu sürəti saatda 50 səhifə təşkil edir. 1000 səhifədən ibarət bir kitab 20 saat ərzində oxuna bilər. İnsanlardan oxuduqları kitablardan nəyi xatırladığını soruşsanız, insanların niyə kitablardan çox az öyrənməsinin və ya eyni kitabı niyə 10 dəfə oxumasının səbəbini bilərsiniz.

Daha uzun müddət öyrənmək istəyirsinizsə, oxumaqdan əlavə heç nə etməyin.

Diqqətinizi yalnız bir kitabda və ya kursda cəmləyin. Tutaq ki, C++ proqramlaşdırma dilini öyrənməyə qərar vermisiniz. Bu halda dəyişənlərə qədər oxuyub dərhal məşq edin. Kod redaktorunu açın (məsələn, Visual Studio Code) və öyrəndiyiniz mövzunu praktikada tətbiq edin.

Kitabdan bir misal götürüb onu redaktora köçürün. Qiymətləri dəyişin, onların mövqeyini dəyişin, işi sınayın. Yalnız belə siz özünüzün güclü və zəif tərəfini müəyyən edə, eləcə də növbəti fəsilə keçməzdən əvvəl nəyi təkrarlamalı olduğunuzu bilə bilərsiniz. Bu, emalatxanada işləməyə bənzəyir: illərlə dəzgahın necə işlədiyi haqqında oxuyar, lakin işə başladıqda heç nəyi bilmədiyinizi anlaya bilərsiniz.

Oxuduğunuzu işdə tətbiq edin. Yazdığınızı işə salıb, sınaqdan keçirin

İkinci problem kitabdakına bənzər bir kod yazıb daha onunla heç nə etməməkdir. Çoxları elə bilir ki, kodu dərslik üzrə və ya mütəxəssisin tövsiyəsi ilə yazıbsa, deməli, kodda hər şey düzdür.

Bir misala baxaq. Bir mühəndis günlərlə çertyojları araşdırır. O hər bir cizgini, hər bir xırda detalı öyrənir. Onu yuxudan oyadıb ondan mühərrikin necə işlədiyini soruşsaq, bütün elementləri sadalayar və onların funksiyasını izah edər. Ancaq işə gəldikdə, o heç nə bilmir. Mühəndis çertyojları öyrənməklə kifayətlənib. O, öz biliklərini heç yerdə sınamayıb, tətbiq etməyib. Bu, doğru yanaşma deyil.

Etibar et, amma yoxla. Riyazi proqram 5 və 2 dəyişənlərinin toplayıb 7 ədədini verirmi? Arxiv proqramına mətn faylları ilə birgə şəkil faylları da, yoxsa yalnız mətn faylları əlavə edilir? Kodun və onun elementlərinin necə işlədiyini anlasanız, kodu mükəmməlləşdirmək imkanınız da olar. Dərsliyi yenidən oxumağa, yeni təlim kursu almağa ehtiyac olmaz.

Kitablardan, kurslardan, Youtube videolarından öyrəndiyiniz hər bir xırda detalı sınaqdan keçirin. Başqa bir imkan kod şablonlarından istifadə etməkdir. Bu,məsləhət almaq üçün yanınızda heç kimin olmadığı zaman kömək edər. Kitablar inkişafdan geri qalır, kitablardan aktual misallar götürmək mümkün olmur.

Bəs şablonu necə əldə etmək olar? Şablonu siz aşağıdakı mənbələrdən əldə edə bilərsiniz:

·   Proqramlarla bağlı marketpleys (codester.com).

·   C++ və C# üçün Visual Studio layihə şablonları (pulsuz).

·   Android və iOS üçün 6000 min ödənişli şablon (codecanyon.net).

·   Forumlar, mövzu qrupları, həmkarlarınız.

Təlim kursuna yazılmaq olar. Maarifləndirici məlumatı təkrar-təkrar oxumaq əvəzinə siz dərhal düzgün istiqamətdə addımlar atırsınız. Səhviniz olarsa, onu biz Google-da axtarış və forum olmadan düzəldərik və səbəbini söyləyərik. IT STEP Akademiyasındakı təlim kursları haqqında daha çox məlumat əldə etmək üçün bu linkə daxil olun.

Öz səhvlərinizi düzəldərək öyrənin

Ən yaxşı hal problemi tapıb həll etməkdir. Bu zaman insan harada səhvə yol verilə bilmədiyini və necə düzgün edəcəyini başa düşür. Kodda səhv tapmaq üçün proqramçılar bir neçə üsuldan istifadə edir. Yeni başlayanlar üçün Debugger uyğun gəlir.

Fallout oyunu üçün kod yazdığınızı düşünün. İstifadəçi oyuna başlayır və səhvə rast gəlir.

Oyun işə düşmür, bu isə o deməkdir ki, proqramçı səhv edib. Öyrənməyə yeni başlayanlar forumlara müraciət edir və ya təcrübəli proqramçılardan cavab istəyir. Çox güman ki, lazımi cavabı alar və səhvini düzəldər. Bu variantda insana harada və niyə səhv etdiyi ilə bağlı izah verilmir. Bənzər bir problem meydana gəldikdə, həmin təcrübəsiz proqramçı cavab almaq üçün yenidən foruma müraciət edəcək.

Şparqalka sevənlər məktəbdə 2 qrupa bölünür. Birinci qrupa cavabları internetdən götürən və yoxlama işi zamanı onları köçürən şagirdlər daxildir.

İkinci qrup isə şparqalkaya cavab yazan və yazılanın belə olmasının səbəbini araşdıran şagirdlərdən ibarətdir. Qrupların davranışı aşağıdakı hallarda fərqlidir:

·   Şparqalkada səhv varsa, birinci qrupun şagirdləri onun köçürüb iki alır, ikinci qrupun şagirdləri isə səhvi evdə aşkar edib başqa və düzgün şparqalka yazır.

·   Yeni keçilən dərsdə ötən dərsdəki üsullardan, terminlərdən istifadə olunursa, birinci qrupun şagirdləri heç nə anlamaz, ikinci qrupun şagirdləri isə ötən dərsi və şparqalkadakı cavabları analiz edib, yeni ev tapşırığını yerinə yetirə və yoxlama işinə hazırlaşa bilər.

Materialları daha sürətli və səmərəli öyrənmək üçün ikinci qrupun şagirdləri kimi davranın. Sizin hazır kodunuz var. O, kitabdan və ya təlim kursundan götürülən bir misaldır. Bu halda o, bir şparqalka rolunu oynayır. Kodunuzda bilərəkdən səhvə yol verin. Sonra isə kodu debugger vasitəsilə düzəldin.

Bu, Visual Studio Code kod redaktoru misalında aşağıdakı kimi olur:

Debug rejimi F5 düyməsi ilə işə düşür

Debugger kodu sətirbəsətir oxuyur. Səhv aşkar edildikdə, sizə bir neçə yolla xəbər edilir:

1.   Qırmızı dalğalı xətt həmin mövqedəki səhvi düzəltməyinizin zəruri olduğunu bildirir.

2.   Yaşıl dalğalı xətt həmin mövqeyi araşdırmanızın zəruri olduğunu bildirir. Sətir və ya dəyişən kodun işinə mane olmursa, onu atlayıb işə davam etmək lazımdır.

3.   İstisna halları aşağıdakı şəkildəki kimi.

Bildirişdə kod sətrinin verilənləri oxumadığı göstərilir.

Təlimat Microsoft Visual Studio Code redaktorunun "Отладка" bölməsində yazılır. Nəzəriyyəni öyrənmisinizsə və səhvləri təhlil etməyə hazırsınızsa, o zaman təlimatı oxuyun və özünüzü Visual Studio Code redaktorunun səhv şablonunda sınayın. Təlimatla siz rus dilində də tanış ola bilərsiniz.

Xülasə

Az oxuyun, çox işləyin. Proqramlaşdırma dünyasını yalnız sınaq və səhv yolu ilə öyrənmək olar. Proqramlaşdırmanı təkbaşına öyrənirsinizsə, o zaman daha sürətli öyrənə və minlərlə kitab almaya bilərsiniz.

Təlimçidən dərs alsanız, institutun 5 ilini 2,5 ilədək endirə bilərsiniz. Həftədə 2 dəfə həmkarlarınızla birgə praktik işlər görür, proqramlaşdırmanı daha dərindən öyrənir və ilk həftələrdən portfolio üzərində işə başlayırsınız. Bu layihələr işə düzələrkən müsahibədə göstərilir. Alacağınız təcrübə təlimçi olub başqalarına kömək etmək üçün kifayət edəcək.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti