STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İş və təhsillə birgə məşğul olmağa dair faydalı məsləhətlər

IT Step

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Dizayn

Soft Skills

19.07.2023

2354 baxış

Məqalədə biz iş və IT təlimi arasında tarazlığın necə qurulacağına dair tövsiyələrə baxırıq. Şirkətə yeni ideyalar gətirməklə və ya təliminizi uğurla başa vurub IT sahəsinə daxil olmaqla siz rəhbərliyin hörmətini qazana bilərsiniz.

Bu üsulları bir-bir istənilən ardıcıllıqla tətbiq edin. Təlim kursuna bir-iki saat vaxt ayırmağınız üçün hətta bir məsləhət də kifayətdir.

İş və təhsillə birgə məşğul olmağın çətinliyindən şikayətlənməyin

Birincisi və ən əsası dərsdən sonra işə getməyin, daha sonra isə işdən gəlib ev tapşırıqlarının yerinə yetirməyin sizin üçün nə qədər çətin olduğunu heç kimə söyləməməlisiniz. Siz kiminsə sizə yazığı gəlməsini istəyirsiniz, qarşıdakının isə öz problemləri var.

Bunun müqabilində sizin öz addımlarınızı tərifləməyiniz daha yaxşı olar: “Bu gün mən həmişəkindən 15 dəqiqə tez oyandım və dərsimi təkrarladım. Artıq rahatca işə gedə bilərəm. Afərin mənə”.

Hər səhər və hər axşam, eləcə də hər bir işin öhdəsindən gəldikdən sonra öz ürəyinizdə bunu və ya buna bənzər sözlər söyləyin. Səhərdən axşamadək, səhər yuxudan oyanandan gecə yatağa girənədək.

Öz təhsilinizlə az-az olsa da, hər gün məşğul olun

Tutaq ki, siz bazar ertəsindən cümə gününə qədər işləyirsiniz. 8 saatlıq standart iş gününüz var. Belə bir sıx cədvəldə dərs oxumağa vaxtınız qalmır. Siz çıxış yolu axtarırsınız: "Şənbə gəlir. Mən sakitcə oturub 3-4 saat ərzində bir neçə mövzunu öyrənəcəm. Ev tapşırıqlarını yerinə yetirəcəm və gələn həftəsonuna qədər sərbəst olacam". Bu, pis fikirdir. Səbəbini izah edirik.

İdman zalına ilk dəfə getməyinizi xatırlayın. Bədəninizin bütün əzələlərinin fayda alması üçün çoxlu məşq etdiniz. Növbəti məşqinizi səbirsizliklə gözlədiniz.

Növbəti günün səhəri belə başladı: "Bütün bədənim ağrıyır. Lifti gözləyir və heç yerə tərpənmirəm. Pilləkənlə çıxmaq bu gün mənlik deyil". Bir həftə belə ağır məşq etdikdən sonra əzələ ağrısı səbəbindən adam idman zalına ziyarəti bir qədər sonraya saxlayır. O, növbəti məşqi bir aydan sonra başlayır və ya ümumiyyətlə unudur.

Təhsildə də belədir.

Gündəlik təlimin qrafiki. Biliklərin mənimsənilməsi dərəcəsi kimi, irəliləyiş də qeyri-müntəzəmdir.

İstirahət günü ərzində bir neçə mövzunu öyrənirsiniz. Ancaq bununla kifayətlənmək olmaz, bilikləri praktika tətbiq etmək lazımdır. Materialı oxuyursunuz, ancaq beyin aşırı yüklənir. İdmançıların dili ilə desək, mikrotravma alır.

Luiziana Universitetinin alimləri də həftəlik materialı bir gün ərzində öyrənməyin səmərəsiz olduğunu təsdiqləyir. Onlar yeni materialın öyrənilməsinə gündə 50 dəqiqədən çox vaxt sərf edilməli olmadığını aşkar ediblər. 50 dəqiqədən sonra beyin yeni məlumat qəbul etmir.

Çıxış yolu hər gün təlimə 30-50 dəqiqə ayırmaqdır. Dərsinizlə hər gün az-az məşğul olun. Əgər hər gün bu qədər vaxt ayıra bilmirsinizsə, gündəlik işlərinizə bir az düzəliş verin: qida qəbuluna çox vaxt sərf etməyin, işə piyada deyil, avtobusla gedin, evdəki iti gəzintiyə qoy ailənin digər üzvləri çıxarsın.

Dərsinizlə hər gün bir neçə dəfə məşğul olun. Məsələn, səhər və axşam

Axşam vaxtında yuxuya getməyiniz, səhər təravətli və gümrah olmağınız deməkdir. Beyniniz hələ gündəlik işlərlə yüklənməyib, məlumat daha yaxşı qəbul edilir.

IT STEP Kompüter Akademiyasında dərs cədvəli seçdiyiniz proqramdan və təhsil formasından asılı olaraq, həftədə 3 dəfəyədək səhər və axşam təlim ala biləcəyiniz şəkildə qurulmuşdur.

Səhər-axşam parçalanması sizin üçün uyğun deyilsə, digər variantları sınayın: səhərlər və nahar zamanı, işdən sonra və yatmazdan əvvəl.

Həyatınızı planlayın

Vaxta nəzarət etməyəndə, boş vaxt tapmaq çətin olur:

1.       İtlə gəzintisi bir və ya iki saat çəkdi.

2.       Səhər yeməyinə təxminən 40 dəqiqə sərf olundu.

3.       İşdən sonra dostlarla birlikdə kafeyə getdik. Həftəsonu nə edəcəyimizi və ya Marvel filmlərindən hansının uğurlu olduğunun müzakirəsinə saat yarım-iki saat sərf etdik.

Hər gün belədir. Vəziyyətin dəyişməsi vaxt itkisinə səbəb olur. Siz isə həyatın necə keçdiyini hiss etmirsiniz. Hədəf təyin etmədən və gündəlik həyatınıza dair plan qurmadan.

Səhərə dair iş cədvəli qurun. Həmin cədvəldə aşağıdakılar olmamalıdır: İnstagram-da storisə baxış, elektron poçta giriş, facebook-dakı mesajların oxunması. Bu cədvəldə başqa vaxt görülə bilməyən vacib işlər yer alır.

Hər növbəti günün planını öz bloknotunuza yazın. Onu həmişə özünüzlə gəzdirin.

Telefondakı planlayıcı da yaxşı bir variantdır. Lakin unutmayın ki, gülməli itlər və şirin pişiklər üçün telefonla internetə girmək proqram tətbiqini açıb növbəti gün üçün cədvəl qurmaqdan daha asan və daha maraqlıdır. Növbəti günün planını qurmaq üçün telefonunuzu əlinizə alanda diqqətinizin yayınmasına imkan verməyin və telefonu əlinizə nə üçün aldığınızı unutmayın.

Dərsinizi öyrənərkən telefonunuzu kənara qoyun

RescueTime saytı məlumat verir ki, telefonda faydasız işlərə hər gün orta hesabla 3 saat 15 dəqiqə sərf olunur. İstifadəçilərin 20%-dən çoxu isə 4,5 saat sərf edir.

İndisə İnstagram-da nə qədər vaxt keçirdiyinizə baxın. Bu vaxtı 50% azaltsanız dərs öyrənməyə vaxtınız olarmı?

Dərs zamanı telefonunuzdan necə qurtulacağınıza dair bir neçə tövsiyə:

1.       Plan üzrə ayrılmış 30 dəqiqə ərzində mobil və interneti söndürün.

2.       Telefonunuzu başqa bir otağa qoyun. Kilidli bir şkaf varsa, onu şkafın içərisinə yerləşdirib şkafı kilidləyin.

3.       Açarı və ya telefonu başqa bir şəxsə verin. Əvvəlcə telefonda "səssiz" rejimini aktivləşdirin.

Telefonunuzun şarjı bitmək üzrə olarsa, dərsinizi öyrənib və ev tapşırığını yerinə yetirib bitirməyənədək telefonunuzu şarj etməyin.

IT kursunda bilik əldə etmək üçün özünüzü ruhlandırın

Rəhbərinizdən kursda bilik əldə etməniz biznes proseslərinə necə kömək edə biləcəyinizi soruşun. Artıq müəyyən biliyiniz varsa, ideya irəli sürməkdən çəkinməyin: hesabatların göndərilməsinin avtomatlaşdırmasını tövsiyə edin, şöbənin işi barədə məlumatları cədvələ daxil edən bir proqram yazın.

Öyrəndiyinizi praktikada tətbiq edin. Sizin dəyəriniz artar: həm özünüz üçün – daha çox bildiyiniz üçün işdən kənarda pul qazanmağa imkan var, həm də rəhbərliyin gözündə – daha çox iş görürsünüz, şirkətə yeni-yeni ideyalar gətirirsiniz, işə gəlməyən sysadminləri və IT mütəxəssislərini əvəz edirsiniz.

Kompüter qrafikası və dizayn kursunda oxuyarkən öz şirkətinizdə dizayner olmağa cəhd edin. Və ya “Proqram təminatının tərtib edilməsi kursunda oxuyarkən şirkətdəki rəhbərinizə iş proseslərinin avtomatlaşdırılması ideyalarından danışın. Şirkətiniz üçün Python”-da bir proqram yazıb, onun necə işlədiyinə, nəyin əlavə edilməli olduğuna və ya səhvin necə düzəldiləcəyinə diqqət yetirin. Siz həqiqi işlər dolu bir portfolio, təcrübə və yaxşı nəticələr əldə edəcəksiniz.

Kompüter Akademiyasının cədvəli ilə 75 000 tələbənin həm işləməyə, həm də oxumağa vaxtı var. Əminik, siz də onlar kimi ola bilərsiniz!



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti