STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

STEP Kiçik Kompüter Akademiyasının İstedadları

19.06.2019

5612 baxışlar

Səid Nəsibov

“Mən artıq 2 ildir ki, robototexnika üzrə olimpiadalarda iştirak edirəm. Keçən il Azərbaycanda robototexnika üzrə Dünya Çempionatının seçmə turunda 1-ci yeri tutdum və ölkəmizi Tailandda təmsil etdim. Bundan əlavə mən ardıcıl olaraq iki dəfə Azərbaycanda keçirilən "First Lego League"-də iştirak etmişəm.”

Səid həm də www.bakuwithkids.com saytını yaradıb. Səid bu layihəsi ilə STEP IT Academy tərəfindən dünya üzrə təşkil edilən Beynəlxalq “Qızıl Bayt” yarışmasında 2-ci yeri tutub. “Səid deyir ki, siz bu saytda uşaqlar üçün maraqlı ola biləcək məkanları tapa bilərsiniz. Akademiyada təhsil aldığım bir neçə il ərzində mən anladım ki, proqramlaşdırma sahəsində özümü inkişaf etdirmək istəyirəm.”

Adurzadə Lətif

Lətifin də məqsədi proqramçı olmaqdır. O, riyaziyyat sahəsindəki bilikləri ilə fərqlənir. “Mən bir çox olimpiadalarda iştirak etmişəm, lakin onlardan ən parlağı riyaziyyat üzrə keçirilən beynəlxalq “Kenquru” müsabiqəsindəki qələbəmdir. Azərbaycanın 9 sinfi arasında mən 1-ci yeri tutdum. Bundan əlavə bir ay öncə STEP IT Academy-dəki Step up klubunda keçirilən olimpiadada 3-cü yeri tutdum ki, bu da mənim gələcək inkişafım üçün gözəl motivasiya oldu, belə ki, buna qədər mənim özümə inamım az idi. Mənə elə gəlirdi ki, olimpiadalarda bütün həyatı boyu hazırlaşanlar qalib gəlir. Mən indi Golden Byte çempionatına hazırlaşıram – bu proqramlaşdırma üzrə ümumdünya olimpiadasıdır ki, ilk hədəfim Azərbaycanda keçiriləcək mərhələdə qalib olmaqdır.

Mən layihəmi Construct 2-də təqdim etmək istəyirəm, və hər gün şəkil çəkirəm. Həm rəsm çəkməyi, həm də öz oyunumu proqramlaşdırmağı öyrənirəm ki, çempionat zamanı mənim bacarıqlarım ən yüksək səviyyədə olsun. ”

Sübhan Seyfullayev

Akademiyanın qızıl medala sahib tələbələrindən biri də Sübhan Seyfullayevdir. O, robototexnika üzrə beynəlxalq olimpiadanın yerli seçmə turunda 1-ci yeri qazanıb və Azərbaycanı Tailandda təmsil edib.

“Erkən yaşlardan mən Lego yığmağı və proqramlaşdırmağı çox sevirdim. Valideynlərim bunu anlayır və dəstək olmaq üçün məni müxtəlif robototexnika kurslarına yazdırırdılar. Bu il Rumıniyada keçirilən Sumo-robotics ümumdünya olimpiadasında 2-ci yeri tutmaqla gümüş medal qazandım. Gələcəkdə robototexnika sahəsində müəllim olmaq istəyirəm. Mən təhsilimi xaricdə davam etdirib, ölkəmə faydalı mütəxəssis kimi geri dönmək istəyirəm.”

Davud Quliyev

Davud deyir ki, məhz Akademiyada o, anladı ki, proqramçı olmaq istəyir.

“Apreldə FLL( FIRST LEGO LEAGUE) layihəsində iştirak etmişəm. Bir dəfə uşaqlıqda robotların sərgisində olmuşdum və mənə maraqlı gəlirdi ki, onlar necə işləyir və həqiqətdə onlar nə bacarırlar. O vaxtdan proqramlaşdırma ilə maraqlanmağa başladım.

Bir çoxları hesab edir ki, əgər sən bir şeylə maraqlanırsansa, məktəb və dərsləri unutmalısan, lakin bu heç də həmişə doğru deyil, belə ki, mənim həm məktəbdə, həm də məktəb xaricindəki bir çox sahələrdə uğurlarım var.”    



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti