STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Paşa Rzayev - akademiyamızın ilk müəllimlərindən biri.

IT Step

Kibertəhlükəsizlik

23.04.2021

2134 baxış

Tələbələrimizin və məzunlarımızın uğur hekayələrini tez-tez sizinlə bölüşürük, ancaq onların uğurlarının arxasında sevimli müəllimlərimizin titanik əməyinin dayandığını demək olar ki, unuduruq. Akademiyamızın sevimli müəllimləri ilə sizə bir sıra müsahibə təqdim edirik. Akademiyanın ən ilk müəllimlərindən biri olan Paşa Rzayevlə müsahibəni diqqətinizə çatdırırıq. 

 

Salam, Paşa! Özünüz haqqında bir az danışın.

 

Salam. Mən Rzayev Paşa, 21 Mart 1991-ci ildə Bakı şəhərində sıravi bir ailədə anadan olmuşam. Uşaqlıqdan texnologiya, elektronika, elektriklə işləyən oyuncaqlara  həvəsim olub , sökürdüm, baxırdım, araşdırırdım. Əbədi mühəriikə qədər fikirləşirdim, çox marağımda idi. 

 

Bir ara radio həvəskarı idim, radio elektronikası ilə məşğul idim. Həmin vaxtlar bütün dünya və Azərbaycanda IT sahəsinin yeni inkişaf edən dövrünə təsadüf edirdi. Düzdü, o vaxt material da az idi, internetlə problem yaşayırdıq. İntenten çox zəif idi, nəsə öyənməyə maneələr yaradırdı. Hal hazırda vəziyyət qat-qat yaxşıdır, bundan əlavə fərqli forumlar, fərqli faydalı kurslar da mövcuddur.

 

Ümumilikdə, özüm bu sahə ilə həvəskar kimi məşğul olmağa başlamışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Texniki universitetinə maşın mühəndisliyi fakultəsinə daxil oldum. Universitetə daxil olandan sonra ingilis  dilimi inikişaf etdirməyə, həm də IT  ilə məşğul olmağa başladım. 

 

Bakalavr dərəcəsini bitirdikdən sonra Azərbaycan Dövlət Texiniki Universirtetinin  magistratura pilləsinə qəbul olundum və hərbi xidmətə getdim. 

Xidmətdən qayıdıb magistraturada oxuya-oxuya Risk Company-də işə başladım. 

 

2017 ci ilə qədər orada İnformasiya Texnoloqiyaları Mühəndisi kimi çalışdım. Daha sonra Dövlət İmtahan Mərkəzindən iş təklifin aldim  və Senior Sistem Adminstrator  kimi işə  başladım və hal hazırdada orada işləyirəm. Bu peşəkar karyeramın bir hissəsidir.

 

 

İkinci hissəsi isə pedaqogika sahəsinə aiddir. 2014-cü ildə  ikinci iş olaraq dərs deməyə başladım və dedikcə prosesin nə qədər xoşuma gəldiyini anladım.  


 

Akademiyamıza necə gəldiniz? 

 

STEP IT Academy-dən öncə hardasa 2 ilə yaxin müxtəlif kurslarda dərs demişəm.

2016 ci ildə Facebook-da elan gördüm STEP IT Academy yeni açılırdı, onda müraciyət etdim. İstəyim adi kurslarda deyil, peşəkar bir mühitdə dərs keçmək idi. 

 

 

Müəllimlik peşəsini sevirsinizmi? Hansı çətinliklərlə qarşılaşırsınız?

 

Heç vaxt çətinlik çəkməmişəm, əksinə dərs keçməydən  zövq alıram. 

 

Tədris etdikdə insan daim texnologiyalar mövzusunun içərisində olur, üstəgəl yeni insanlar taniyirsan və mənəvi cəhətdən rahatlıq tapirsan. Baxirsan ki dərs dediyin tələbələr, həm sənin dostlarına çevrilir, həm də IT bazarında müəyyən vəzifələr tuturlar. Onların uğurlarında cüzi əməyinin olduğunu hiss edəndə özünlə fəxr edirsən. 

 

 

Azərbaycanda IT-nin gələcəyini necə görürsünüz?

 

Azərbaycanda hal hazırda proqrammlaşdırma daha yaxşı inkişaf edir. Proqramçı olmaq üçün texniki avadanlığa ehtiyac yoxdur.  Proqramlaşdırmanın asan olduğunu demək istəmirəm. Bu peşənin də  öz  əziyyəti var. Lakin hətta orta səviyyəli IT mütəxəssisi olmaq üçün, sistem administratoru olmaq üçün  avadanlıqlar, istehsalat şəraiti və digər çoxsaylı elementlər lazımdır. Və əlbəttə ki mühitə aid  problemləri nə qədər nəzəri öyrənsən də  “production” mühiti fərqli olur. “Production” mühitləri də bir birindən fərqli olur: hər yerin öz tələbləri öz infrastrukturu mövcuddur. 

 

Tələbələrə nə arzulamaq və tövsiyə etmək istərdiniz?

 

Tələbələrə tövsiyyəm birinci növbədə ingilis dilini örgənməkldir. Ən azı mətni oxuyub başa düşmək qabiliyyəti çox vacibdir, çünki bütün qurğuların, bütün texnoloqiyaların manualı, kitabı ingilis dilindədir. 

 

Və əlbəttə ki hamiya ugurlar arzulayıram ! 



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti