STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Təlimçimiz Şaiq Səmədov: "IT-yə böyük təsadüf nəticəsində gəlmişəm".

IT Step

Kibertəhlükəsizlik

04.06.2021

1761 blog_count_views_1

Salam, Şaiq! Özünüz haqqında bir az danışın.

 

Mən Saiq Səmədov 1985 ci ildə Bakı  şəhərində anadan olmuşam. Orta və ali təhsilimi Bakıda almışam. 

 

Əslində mən IT-yə böyük təsadüf nəticəsində gəlmişəm. Xarici Dillər Universitetində Aropaşunaslıq fakultəsində oxumuşam. Ümumiyyətlə ayrı ixtisas sahibi olmuşam və 2005 ci ildə təsadüf nəticəsində bir adamla tanış oldum.

 

Həmən zaman xəstələnmişdim və mənə sistem vurmaq lazım idi. Bir tibb bacısı var idi, oların evinə gedirdim ki mənə sistem vursun  və təsadüfən o  xanımın oğlu ilə tanış oldum. Xanımın oğlu həmin dövrdə IT Essentials-la  məşğul idi. Kompüterləri necə format etməyi, şəbəkənin necə işlədiyini  programların necə yazıldığını və s. öyrənirdi. Həmin oğlan dərsdən sonra gəlib onun yanında oturmağa və baxmağa dəvət elədi. Mən də razılaşdım. 2005-ci ildən bəri təhsil ala-ala eyni zamanda IT sahəsinə də maraq göstərməyə başladım və burdan mənim IT sahəsindəki yolum başladı. 

 

Mənim karyeram ən aşağı pillələrdən başlayıb. O zaman STEP IT Academy kimi akademiyalar yox idi və biz özümüz öyrənirdik, kitablar oxuyurduq, yanımızda olan daha təcrübəli adamlardan öyrənirdik, praktika edirdik. Bir qeyri hökümət təşkilatında Help Desk kimi işə başlamışam, daha sonra dövlət sektoruna İqtisadi İnkişaf Nazirliyinə keçdim. Bir müddət sonra dövlət qulluğuna imtahan verib Dövlət Sosial Müdafiə Fondunda şəbəkə mühəndisi vəzifəsində işə başladım.

 

Bir müddət dövlət sektorunda işləyənən sonra fikirləşdim ki daha çox inkişaf etməliyəm. Bunun uçün yeni bir iş, yeni mühit lazım idi. IT elə bir sahədir ki, bir yerdə addımlamamalısan. Dövlət sektorundan sonra özəl sektora keçdim: əvvəl neft şirkətindən, daha sonra isə tikinti şirkətlərində 2016-ci ilə qədər işlədim.

 

 

 

İş prosesinizi necə təşkil etdiyinizdən danışın

 

Mühəndis işləyərkən əsas məqsədim mümkün qədər çox müxtəlif vendorların sertifikatların almaq idi: həm işi çatdırmalı həm də imtahanlara hazırlaşmalı idim. Çətin olurdu, lakin çatdırmaq mümkündür. 

 

Mühəndislik dövründə özümü mühəndis kimi inkişaf elətdirirdim və çalışırdım ki əmək bazarında rəqabətli bir mütəxəsisə çevrilim, daha dəyərli peşəkar kimi özümü tanıda bilim.

 

İş prosesi ümümiyyətlə belə idi: iş saatları ərzində mümkün qədər şirkətin şəbəkəsinin işləməsini təmin edirdim, hər hansı bir problem çıxarsa onu həll edirdim. Əslində bu elə tədris prosesi idi. Akademiyada indi bunu öyrədirlər, amma biz işlədiyimiz yerdən öyrənirdik və nəzəriyəni də özümüz orda açıb oxuyurduq.


Akademiyamıza necə gəldiniz?

 

9 il ərzində müxtəlif sektorlarda mühəndis kimi çalışdıqdan sonra STEP IT Academy-yə gəldim çıxdım.

 

2016-cı ildə təsadüfən Akademiyanın direktoru Aleksey Sleptsovla LinkedIn üzərindən virtual tanış oldum. Məni müsahibəyə dəvət etdi və müsahibədən keçdikdən sonra Ukraynadaki  mütəxəsislərlə daha bir müsahibəm oldu. Bu günə kimi yadımdadır ki  ilk tədris günüm  2017-ci ilin mart ayının 3-ü idi.


Peşənizdə ən çox nəyi sevirsiniz?

 

Ümumiyyətlə IT sahəsində ən çox sevdiyim amil sahənin statik yox dinamik olmasıdır. Bu gün biz IT-də nə görürüksə, artıq 5 il sonra bu texnologiyalar olmayacaq,  və ya indi gördüklərimiz 5 il , 10 il qabaq heç yox idi. 

 

Mən başlayan zaman 2005 ci ildə olan çox texnologiya indi yoxdur. IT sahəsinin yaşı o qədər də çox deyil, bəşəriyyətin tarixi ilə müqaisədə çox  qısa bir müddətdir. Ona görə də dəyişikliklər dəhşət dinamikdir.   Mən özüm də dinamikanı sevən adamam, statik həyat tərzi mənə görə deyil.

 

IT sahəsi həm də insanın düşüncə tərzinə təsir edir: daha anatilk düşünməyə,  daha çox problemin həll edilmə istiqamətində düşünməyə vadar edir.

 

IT mühəndislərin çoxsunun qapalı olmasına baxmayaraq, belə həyat tərzi mənim xarakterimə uyğun deyildi. Elə ona görə də 2016-ci ildə dərs deməyə başlayanda mən həm də o sosiallığı yaratdım, təbələrlə təmasa qirməyə başladım.  Ümümiyyətlə öyrətmək prosesi mənim üçün yeni idi. O qədər xoşuma gəlmişdir ki, məzun olmuş tələbələrlə bu günə gədər əlaqəm var. 

 

Akademiyada tədris etməyə başlayanda paralel olaraq IT-nin başqa sahəsinə də qədəm qoydum. Bu informasiya texnologiyalarının bizness tərəfidir, daha dəqiq desək  IT distruyubutorlar.

 

Hal hazırda bir IT vendorla işdiyirəm.  Distribyutorlar IT avadanlıqların Azərbaycana gətirib satmaqda iştirak edən şirkətlərdir. İlk öncə mühəndis kimi işə başladım, bir müddət keçəndən sonra isə mühəndislikdən daha çox biznes inkişaf meneceri vəzifəsinə keçdim, və hal hazırda qlobal vendorlardan biri olan Fortinet kibertəhlükəsizlik şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan  üzrə regional satış meneceriyəm və bu iş mənim xoşuma gəlir.

 

 


 

Müəllimlik peşəsini sevirsinizmi? Hansı çətinliklərlə qarşılaşırsınız?

 

Dərs demək mənə çox maraqlı gəlir. İlk növbədə biliyini paylaşdığın insanın hər hansı bir nəticə, uğur əldə etdiyini görmək çox xoş bir hissdir. İkinci xoşuma gələn amil isə insanlarla əlaqədə olub bağlılıqlar yaratmaqdır.

 

Bunan qabaq tədrisdə təcrübəm yox idi, lakin mən bildiyim bir şey haqqda yaxşı və çox danışa bilərəm deyə, o qədər də çətinlik çəkmədim. Ünsiyyət qurmaq, bildiyimi çatdırmaq uşaqalara bacardığım gədər yardım etmək mənə zövq verir.


 

Azərbaycanda IT-nin gələcəyini necə görürsünüz?

 

İstənilən sahə zəncirvarı şəkildə başqa bir sahə ilə bağlıdır. IT sahəsi də iqtisadiyyata, biznesə bağlıdır. IT ayrı ayrılıqda mövcud ola bilməz. Mütləq ki bizneslə əl-ələ verməlidir. Biznes  inkişaf etdikcə, iqtisadiyyatın müxtəlif şaxələri inkişaf etdikcə, ölkədə IT  də mütləq inkişaf edəcək. Mən ümid edirəm ki Azərbaycan IT  sahəsinin bütün sahələri inkişaf edcək.            


 

Tələbələrimizə hansı tövsiyyələr verə bilərsiniz?

 

Tələbələrə birinci tövsiyyəm odu ki,  bu sahəni xoşlayıb xoşlamadıqlarını özləri üçün müəyyən etsinlər. Özləri üçün müəyyənləşdirsinlər ki bu sahə onlara maraqlıdırmı yoxsa yox?  

 

Əgər artıq IT-ni seçiblərsə bu sahədə baş verən daimi dəyişkliyə hazır olmalıdırlar. Daim yenilikləri izləyib, oxuyub, praktika etməlidirlər daim community də olmalısan daim ozlərini up to date saxlamalıdılar. 

 

Ümumi desək 

  • ilk olaraq müəyyən etməlidirlər ki IT sahəsi xoşlarına gəlir yoxsa yox

  • müəyyən olunubsa bu işə ciddi yanaşmalıdırlar

  • üçücu növbədə isə mənim özümə verilən məsləhəti vermək istiyirəm: ilk addımlardan pul dalıyca qaçmasınlar. Mütəxəssis olduğunuz andan etibarən iş özü gəlib sizləri tapacaq           


 

Gələcək planlarınızı bizimlə bölüşə bilərsinizmi?

 

Gələcəyə planım odur ki Azərbaycanda IT sahəsinin daha da çox inkişaf etməsinə töhfəmi verim. Hal hazirda daha çox kibertəhlükəsizlik sahəsindəyəm və qlobal vendorun  köməyliyi ilə Azərbaycanda kibertəhlükəszilik tədrisi ilə baglı işlər görmək istəyirəm.   



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

SDLC Nədir? Agile, Scrum və Backend-Frontend Rolu

SDLC Nədir? Proqram Təminatının İnkişaf Mərhələləri Proqram təminatının yaradılması sadə bir proses deyil. İstər kiçik bir mobil tətbiq, istərsə də böyük bir şirkət sisteminin inkişafı olsun, bütün bu layihələr müəyyən mərhələlərdən keçir. Burada SDLC (Software Development Life Cycle) əsas rol oynayır. SDLC peşəkar proqramçılar üçün ilk öyrənilməli konsepsiyalardan biridir. Bu bloq proqram təminatı (SDLC) və onun əhəmiyyəri haqqında sizlərə geniş məlumat təqdim edir. Proqram Təminatı Nədir və SDLC Nə Vaxt Lazım Olur? Proqram təminatı nədir? Sadə şəkildə desək, bunlar kompüter və mobil cihazlarda işləyən kodlar, tətbiqlər və sistemlərdir. E-ticarət saytlarından tutmuş bank tətbiqlərinə, oyunlardan sosial media platformalarına qədər hər şey proqram təminatının bir hissəsidir. SDLC isə bu proqram təminatının y

ШАГ логотип

Proqramlaşdırma

Mobil və Veb Tətbiqlərin Yaradılması

Mobil və Veb Tətbiqlərin Yaradılması Müasir rəqəmsal dünyada tətbiqlər bir çox biznesin fəaliyyətinin əsasını təşkil edir və keyfiyyətli proqram təminatının yaradılması bu sahədə uğurun açarıdır. Bu bloq, tətbiq hazırlama prosesinin əsas mərhələlərini, istifadə olunan texnologiyaları və bu sahədə karyera qurmaq üçün tələb olunan bilikləri əhatə edir. Tətbiq Hazırlanma Mərhələləri: SDLC-dən Çevik Metodologiyalara Hər hansı bir proqram təminatının mahiyyəti, onun hazırlanma prosesinin necə qurulmasından asılıdır. Ənənəvi SDLC çərçivəsi hələ də tətbiq olunsa da, sürətli bazar tələbləri Agile kimi çevik yanaşmaları ön plana çıxarmışdır. Agile, layihənin inkişafı zamanı dəyişikliklərə sürətli reaksiya verməyə və məhsulu davamlı olaraq təkmilləşdirməyə imkan yaradır. Agile prinsiplərini

ШАГ логотип

Proqramlaşdırma

Proqram Təminatında Təhlükəsizlik

Proqram Təminatında Təhlükəsizlik Niyə Vacibdir? Gəlin razılaşaq ki, bu gün həyatımızı mobil tətbiqlər və proqramlar olmadan təsəvvür etmək çətindir. Amma işin görünməyən tərəfində – yəni o proqramların yaradılması prosesində təhlükəsizlik məsələsi ən vacib amildir. Niyə? Çünki sistemdəki kiçik bir boşluq həm şirkətin büdcəsinə, həm də illərlə qazandığı nüfuza ciddi zərbə vura bilər. Buna görə də, müasir dövrdə təhlükəsizlik layihənin sonuna saxlanılan "əlavə iş" yox, elə ilk gündən işin təməl prinsipi olmalıdır. Proqram İnkişafı Prosesində (SDLC) Təhlükəsizlik Təhlükəsizliyi təmin etmək üçün işə lap əvvəldən, layihənin planlama mərhələsindən başlamaq lazımdır. İndi əksər komandalar çevik (Agile) sistemlə işləyir. Bu sistemin ürəyi olan Scrum &cced

ШАГ логотип

Proqramlaşdırma

Proqram Təminatında Sınaq Prosesi

Proqram Təminatında Sınaq Prosesi Nədir və Niyə Vacibdir? Rəqəmsal məhsul hazırlayarkən çoxlarının sorğuladığı şey: proqram təminatı nədir və niyə bu qədər test mərhələsindən keçir? sualıdır. Proqram təminatının yaradılması təkcə kod yazmaq deyil, həm də səhvləri vaxtında tapmaq, riskləri azaltmaq və istifadəçiyə stabil xidmət göstərmək deməkdir. Məhz bu məqalə sınaq mərhələsini və keyfiyyətə nəzarət (QA) əsaslarını və onun rolunu aydınlaşdırır. Proqram Təminatında Sınaq Mərhələsi Proqram təminatında test mərhələsi hazır məhsulu “sınamaq” yox, daha çox sistemli şəkildə riskləri idarə etməkdir. Məqsəd yalnız “bug” tapmaq deyil, real istifadəçi ssenarilərini yoxlamaq və biznes tələblərinə uyğunluğa əmin olmaqdır. Sınaq prosessinin əsas funksiyalarını belə yığcam şəkildə düşünə bilərik: Funksion

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti