STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Daim inkişaf edin: Javascript biliklərinizi artıran 6 freymvork və kitabxana

IT Step

Proqramlaşdırma

17.07.2023

1621 blog_count_views_1

Freymvork nədir

Məktəbdə ev tapşırığını başqalarından köçürürdünüzmü? Cəbr və ya həndəsə məsələlərini? Əla!

Özünü savadlı hesab edənlər məsələləri sıfırdan həll edirdi. Buna çox vaxt sərf edir, düstur tapır və alternativ həll yolları axtarırdılar (belələri də olurdu). Eynilə proqramçının sıfırdan JS kodu yazdığı kimi.

Bəziləri dostları ilə gəzmək və ya kompüter oyunları oynamaq istəyirdi, lakin vaxtları çatmırdı, bəzən (və ya tez-tez) məsələni həll etmiş bir sinif yoldaşından ideya alırdı, cavaba baxırdı və məsələni oxşar yolla həll edirdi.

Bu qayda freymvorklar üçün də keçərlidir. O, proqramlaşdırma üçün nəzərdə tutulmuş kitabxanalar və şablonlar toplusudur. Tərtibatçı onları layihənin (internet saytı, mobil proqram tətbiqi, Uİ elementi) içərisinə yığır (Lego kimi).

Freymvorklardan nə üçün istifadə olunur? Səbəbi onların milyonlar dəfə sınanmış, tam təhlükəsiz (əlaçı şagird səhvə yol verməz) və vaxt baxımından çox əlverişli olmasıdır.

Freymvork əvəzində yalnız kitabxanadan istifadə etmək yalnız bir müəllifin kitablarını oxumaq deməkdir. Marağı var, lakin başqaları ilə ünsiyyət üçün kifayət deyil. Buna görə də freymvorklardan istifadə edilir. Onlar yeni funksiyalar və maketlər əlavə edir. Bu funksiyalardan müxtəlif kombinasiyalar düzəldib, layihələrdə istifadə edirlər.

Vue

Vue.js adaptiv proqram tətbiqləri üçün nəzərdə tutulmuş açıq mənbə kodlu pulsuz bir Javascript platformasıdır.

Kodun açıq olması həm layihə, həm də icma üçün faydalıdır. Qapalı bir layihənin üzərində yalnız proqramçılar işləyir. Burada isə işə bütöv bir icma qoşulur: səhvlər tapılır, kod yaxşılaşdırılır. Məhsul daha sürətli inkişaf edir.

Vue freymvorku təqdimat təbəqəsi üçün nəzərdə tutulmuş əsas kitabxanadan və bir səhifəlik saytları optimallaşdırmaq üçün nəzərdə tutulmuş köməkçi kitabxanalardan ibarətdir.

Vue freymvorkunda yaradılmış sifariş formasının kodu.

VUE freymorkundan Landing Page üçün istifadə olunur. Freymvorkun kiçik ölçüdə (20 kb-dan çox deyil) olması sayəsində proqram tətbiqinin sürəti və çevikliyi qorunub saxlanılır. Angular üçün minimum ölçü 55 KB, React üçün isə minimum ölçü 100 KB təşkil edir. Bunun sayəsində VUE freymvorku bir qədər daha sürətlidir.

Vue.js freymvorku API və dizayn baxımından daha sadədir. Bunun sayəsində saytın tərtibatçısı daha sürətli işləyə bilir. Belə ki, link və animasiyası olmayan sadə bir səhifəli sayt bir günə yığılır.

Tam təlimat

React

React.js Facebook tərtibatçılarının bir JavaScript kitabxanasıdır. Onun da mənbə kodu açıqdır.

React kitabxanası tez-tez freymork adlandırılır. Bu yanaşma yanlışdır. Səbəbi isə çox sadə.

Öz işində React kitabxanası kitabxanalar bazasından deyil (freymvorklarda olduğu kimi), komponent və vəziyyətlərdən (состояние) istifadə edir. Komponent bir konstruktor elementidir. Onların hər birinin öz məntiqi və strukturu var. Onlar koda bir neçə dəfə əlavə olunur (elementlər təkrarlandıqda). Vəziyyət isə proqram tətbiqin dəyişənlərinin saxlandığı yerdir. Məsələn, "arıqlamaq üçün nə etməli" sorğusunun cavabı fitnes məşqçisinin veb saytında yerləşir.

Komponentlər (bloklar) və vəziyyətlər (saxlanc) vasitəsilə tərtibatçı proqram interfeysinin elementlərini qurur. Məsələn, əks rabitə formasını və ya onlayn mağazada məhsul sifariş pəncərəsini.

Facebook qismən React-da hazırlanmışdır.

Blokların özü freymvorkda işlədikləri kimi işləmir. Onlar Typescript, Redux və ya Jest kimi köməkçi alətə köçürür.

Bu kitabxanaya dair təlimat

Angular

Məqalələrin birində Angular tərkibində digər freymvorkların olduğu bir freymvork adlandırılır. Tamamilə yanlış bır yanaşma! Fremvorkun tərkibində hər hansı bir sistemin mövcud olması mümkün deyil. JS kitabxanalarında yazılan bir proqram freymvork adlanır.

Angular form-based prinsipi ilə işləyir. Forma istifadəçinin məlumat daxil edib verilənlər bazasına (Back-end) göndərdiyi bir quruluşdur. Məsələn, bir tikinti şirkətinin veb saytında telefon zəngi sifarişi forması.

To-Do List tətbiqləri üçün Angular arxitekturası nümunəsi. Proqram tətbiqi sıfırdan hazırlanırsa, Angular freymvokuna Mean.io, node.js, Angular, MongoDB, Express kimi full-stack imkanları əlavə olunur.

Angular fremvorku proqramçıya forma üçün bir sıra şablonlar verir. Proqramçıya onları layihələrə uyğunlaşdırmaq qalır.

Həmçinin, Uİ (istifadəçi interfeysi) üçün Angular tez-tez Bootstrap (HTML və CSS şablonları kitabxanası) ilə birlikdə istifadə olunur. Freymvorkda bir maket yaradılır, Bootstrap isə elementlərə rəng və forma verir.

Freymvorkun sənədləri arasında yalnız tərtibata dair tövsiyələr deyil, həm də stilizasiyaya dair təlimat var.

Angular material

 

Mobile Angular User Interface (UI) interfeysinin komponentləri siyahısı.

Angular freymvorku proqramçılar arasında çox populyardır. İcma üzvləri ona Material kimi yeni kitabxanalar əlavə edir. Bu veb saytlar və proqram tətbiqləri üçün şablonlardır. Komponentlərin özəlliyi ondadır ki, Angular-ın əsas kitabxanasını tamamlayır. Proqram tətbiqləri kompüter və mobil ekran çözümündə eyni görünür.

Angular material freymvorkuna dair təlimat

Ionic

Bu freymvork mobil proqram tətbiqləri üçün mükəmməldir. Onun Bootstrapa bənzər daxili kitabxanası var: düymələr, giriş xanaları və digər elementlər. Elementlər iOS, Android və proqramçının istəyinə uyğunlaşdırılır.

Ionic freymvorkunda yazılmış təqvimin kodu və təqvimin özü.

Proqramçıların qeyd etdiyi əsas məqam layihənin hazırlanma sürətidir. Proqramçı kompüterin brauzerində kod yazır, onun versiyalarını bütün telefonlara uyğunlaşdırır, hazır UI komponentləri və plaginlərindən istifadə edir. Sınayın!

Ionic freymvorkuna dair təlimat

Protractor

Bu freymvork layihəni istifadəçiyə təqdim etməzdən əvvəl onu sınamaq üçün nəzərdə tutulur. Hərtərəfli test proqram tətbiqinin istifadəçinin gözləntilərinə cavab verib-verməməsini aşkar edir: saytın sürüşməsi işləyirmi, tab-lar açılırmı, düymələr fəaliyyət göstərirmi.

Protractor-un içindəki alətlər koda heç cür təsir etmir, layihənin Google Chrome, Mozilla və digər brauzerlərdə davranışını imitasiya edir.

IT STEP Kompüter Akademiyasında tələbələr kursun 15-20 faizini əsas dillərə sərf edir. Qalanı Angular, React və digər Javascript alətlərinin öyrənilməsidir.

Bu yanaşma ilə veb tərtibatçısı məhsulun zəif tərəflərini, hansı freymvorkdan istifadə edəcəyini, müştərinin tələblərinə necə yerinə yetirəcəyini və biliklərini pul müqabilində necə tətbiq edəcəyini bilir.

"Front-End " kursunun səhifəsinə daxil olub təlim proqramı ilə tanış olun.



Müəllif::

IT STEP Academy

Kibertəhlükəsizlik

Proqram Təminatının Yaradılması

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Proqramlaşdırma

Python Bootcamp nədir? Python dərsləri ilə IT karyerasına başlanğıc

Python bootcamp nədir? Python bootcamp qısa müddətdə intensiv və praktik şəkildə proqramlaşdırma bacarıqları qazandıran tədris proqramıdır. Bu format klassik uzunmüddətli kurslardan fərqli olaraq daha fokuslanmış, sürətli və nəticəyönümlü öyrənmə modelinə əsaslanır. Python proqramlaşdırma dili isə sadə sintaksisi və geniş istifadə sahəsi ilə IT sahəsinə başlamaq üçün ən uyğun dillərdən biri hesab olunur. Bu səbəbdən python bootcamp proqramları xüsusilə yeni başlayanlar üçün ideal seçim hesab edilir. Python Fundamentals Bootcamp nə vəd edir? Python Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçılar python proqramlaşdırma sahəsində baza biliklərini praktiki tapşırıqlar və layi

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Bootcamp Nədir? IT Bootcamp və Proqramlaşdırma Haqqında

Bootcamp nədir? Müasir dövrdə sürətli və praktik təhsil modelləri getdikcə daha çox tələb olunur. Bu modellərdən geniş yayılmışlarından biri də bootcamp formatıdır. Bootcamp qısa müddət ərzində intensiv və praktik yönümlü təhsil verən proqramdır. Əsas məqsəd iştirakçıların real layihələr üzərində işləyərək konkret peşə bacarıqları qazanmasıdır. Bootcamp proqramları klassik uzunmüddətli kurslardan fərqli olaraq daha fokuslanmış və nəticəyönümlü olur. Bu səbəbdən xüsusilə IT sahəsinə tez daxil olmaq istəyənlər üçün bootcamp modeli ideal seçim sayılır. IT Bootcamp necə keçirilir? IT bootcamp texnologiya sahəsində konkret ixtisas üzrə intensiv tədris proqramıdır. Bu proqramlar adətən bir neçə ay davam edir və iştirakçılar sıfırdan başlayaraq praktiki tapşırıqlar və layi

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

IT kursları nədir və kimlər üçün uyğundur?

IT kursları nədir və kimlər üçün uyğundur? IT kursları texnologiya sahəsində peşəkar biliklər əldə etmək istəyən hər kəs üçün nəzərdə tutulur. Bu kurslar proqramlaşdırma, data analitika, şəbəkə texnologiyaları və digər vacib sahələri əhatə edir. IT kompüter kursları həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun seçimdir. Bəs Bakıda IT kursları hansı üstünlükləri təqdim edir? Bakıda IT kursları müasir tədris proqramları və praktiki yanaşma ilə seçilir.  Real layihələr üzərində işləmək, Təcrübəli təlimçilərdən öyrənmək, Karyera yönümlü biliklər qazanmaq əsas üstünlüklər sırasındadır.  Bu yanaşma tələbələrin iş həyatına daha tez adaptasiya olmasına kömək edir. IT kursların qiyməti se&

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti