STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Java proqramlaşdırmasını öyrənməyin 8 səbəbi

IT Step

Proqramlaşdırma

14.08.2023

1021 blog_count_views_1

Məqalədə biz sizə Java proqramçısı peşəsinin nə üçün dəbdə olduğunu və nə üçün dəbdə qalacağını izah edirik. Xüsusilə də proqramlaşdırmaya yeni gələnlər üçün.

Məqalədə StackOverflow, ən böyük Tech-jobs platforması olan Dice.com və Rabota.ua-nın məqalələri, eləcə də DOU və IT STEP Kompüter Akademiyasının mütəxəssislərinin fikirləri toplanmışdır.

Java veb proqramlaşdırması: C və C++ proqramlaşdırma dillərinin növbəti mərhələsi

Mütəxəssislər Java-nın insan nitqinə bənzədiyini söyləyir. O eyni dərəcədə sadədir və kompilyatorlar və ya interpretatorlar vasitəsilə digər dillərə keçirilir. Bu həmin dildə yazını və oxunu sadələşdirərək proqramların hazırlanmasını asanlaşdırır. Həm müəllif, həm də digər proqramçılar üçün.

Java proqramlaşdırma dilinin sintaksisi (qaydalar və strukturlar toplusu) C++ proqramlaşdırma dilinin sintaksisi ilə oxşardır. Ancaq o daha sadədir. C proqramlaşdırma dili inkişaf etdikcə proqramçılar ona istədiklərini əlavə ediblər. O bəzən hibrid adlanır. Məsələn, kodu Begin sətri ilə başlamaqla siz C++ mühitində, lakin Pascal adlı digər bir proqramlaşdırma dilində yazırsınız. Bu, oyunu yükləyib ona 200+ rejim quraşdırmaq deməkdir. Proqramlaşdırmaya yeni gələnlər üçün maraqlıdır, amma heç nə aydın deyil.

Java-nın sintaksisi Obyekt Yönümlü Proqramlaşdırmaya əsaslanır. O, bir köklü iyerarxiyaya malik səliqəli bir sistemdir. Valideynlərindəki qüsurlar olmadan (axı o, C və C++ dillərinin əsasında hazırlanmışdır).

Java proqramlaşdırma dili obyekt yönümlü proqramlaşdırmadan istifadə edir

Java proqramlaşdırma dilinin hər bir elementi bir obyektdir. Stəkan, kitab və ya cibinizdəki pul kimi.

OYP-də siz yalnız məlumat növünü və quruluşunu deyil, həm də obyektlə bağlı əməlləri təyin edirsiniz. Tutaq ki, sizin bir detalınız var. Bir mühəndis kimi siz onun üzərində aparacağınız işi təyin edirsiniz: cilalamalı, itiləməli, laklamalı, başqa bir obyektə əlavə etməli.

OYP-nin əksi funksional proqramlaşdırmadır. Bu prinsip dəyişənlərdən və funksiyalardan istifadə edərək təlimatlara riayət etdiyiniz riyazi düsturlar əsasında işləyir.

Nə üçün proqramlaşdırmaya yeni başlayanların funksional proqramlaşdırma deyil, obyekt yönümlü proqramlaşdırmadan istifadə etməsi daha məsləhətlidir:

  • Obyekt bir detaldır. Onu bir proqramdan digərinə asanlıqla köçürmək olar.
  • OYP bəzi kodlama obyektlərini gizlədərək təcrübəsiz proqramçıların səhvlərini aradan qaldırır. Bu, administrator hüququ olan Windows qovluqlarına bənzəyir. Tullantı səbətinə bir neçə qovluq atmaqla əməliyyat sistemini sıradan çıxarması üçün istifadəçinin sistem fayllarına daxil olması lazımdır. Bu isə mümkün deyil.
  • Kodun strukturlaşması. Lazım gələrsə, proqramçı siyahıdakı kodun bir hissəsini (elementi) tapa və təkmilləşdirə bilər. Funksional proqramlaşdırmada məlumatlar dəyişmir, təbəqə şəklində bir-birinin üzərinə yığılır. Çox yazmaq lazım olur.

Öz büdcəsindən, ştatdakı işçilərin və sistem administratorların sayından asılı olmayaraq, şirkətlər Java proqramlaşdırmasına meyl edirlər

Java proqramlaşdırmasından həm startaplar, həm də iri kosmik korporasiyalar istifadə edir:

  • Twitter, UberNetflix şirkətləri Java-dan rəqəmsal interfeyslər və məhsul strukturlarında istifadə edir.
  • NASA Java-dan kosmik avadanlıqların proqramlaşdırılmasında istifadə edir.
  • Android proqram tətbiqlərinin tərtib edilməsi üçün rəsmi pulsuz Android Studio proqramı Java üzərində qurulub.

 

Minecraft – Java-da hazırlanmış məşhur bir Microsoft oyunudur.

Korporativ proqram tətbiqləri Java-nın güclü tərəfidir. Hələ 90-cı illərdə bir çox şirkət qüsurlu C dilinə bənzəməyən və dəstəklənməsi ucuz olan sabit bir tərtibat vasitəsi axtarışında olub. Java proqramlaşdırma dili bir çox kitabxananı, yəni tikinti bloklarını dəstəkləyir. Proqramçılar onlardan kərpic kimi istifadə edərək şirkətlər üçün müxtəlif layihələr qurur. Bu dildə olan bütün qusurlar və xətalar 30 il ərzində demək olar ki, tam aradan qaldırılıb. Buyurub rahatca istifadə edə bilərsiniz.

Siz Pentaqon kimi qorunan bir kod yazırsınız

Müəllif və proqramçılar istisna olmaqla hər kəsin girişini bloklamaq üçün Java proqramlaşdırma dili daxili yaddaş və məlumat idarəetmə sistemlərindən istifadə edir. C və C++ dillərində yaddaşı tənzimləmək üçün göstəricilərin qiyməti (pointer values) istifadə olunur. Bu göstəricilər kodun sahibi haqqında məlumat tələb etmir. Hakerlər bu boşluqdan proqramı sındırmaq və məlumat əldə etmək üçün istifadə edir.

Java-nın çox səviyyəli qorunma sistemi onun rəqib proqramlaşdırma dilləri qarşısında üstünlüyüdür. Sizin layihələrinizə heç kim müdaxilə edə və onları heç kəs ələ keçirə bilməz, hətta çox çalışsa belə.

Kompilyatora (kod tərcüməçisi) daxil edilmiş səhv yoxlayıcısı Java-nın daha bir üstünlüyüdür. Kompilyator dəyişiklik təklif edir, Java proqramçısı isə həmin dəyişikliyi qəbul edib etmədiyini bildirir. Müəllifin icazəsi olmadan heç nəyi dəyişdirmək mümkün deyil: dəyişikliklərin qəbul edilməsi üçün müəllif onları təsdiqləməlidir.

Sizinlə birgə dünyada 10 milyon tərtibatçı təlim alır. Deməli, bilmədiyinizi onlardan da soruşa bilərsiniz

Problem və ya xəta ilə təkbətək qalmaq öyrənməkdə olan təcrübəsiz bir proqramçı üçün çox çətindir. Hansı səhvlərə yol vermək olmaz? Mən harada səhv edirəm?

Proqramçılar arasında populyarlığa görə Java ilk üçlükdədir. İnternetdə çoxlu sayda qəzəbli şərh yazılmağına baxmayaraq.

stackoverflow.com saytının 2018-ci ildə keçirdiyi bir sorğunun iştirakçılarının təxminən 45 faizi Java-dan istifadə edib. 2012-ci ildə bu proqramlaşdırma dili ilə 9 milyon insan maraqlanırdı. Təsəvvür edin, indi neçə nəfər Java mühitində işləyir?

Bu proqramlaşdırma dili, hətta 30 il mövcud olduqdan sonra da köhnəlməyib. 2016-cı ildə Java proqramlaşdırma dili digər proqramlaşdırma dillərindən daha çox bəyənilirdi. 2022-ci ildə isə populyarlıq baxımından üçüncü mövqe.

Java icması ilə siz heç zaman çətinliyin qarşısında aciz qalmazsınız. Eyni növlü kod da sizə darıxdırıcı görünməz. Sual verə, məsləhət ala, yeniliklər öyrənə biləcəyiniz, eləcə də öz layihənizi təqdim edəcəyiniz, onun üstünlüklərini, müsbət və mənfi cəhətlərini müzakirə edə biləcəyiniz forumlar çoxdur. Ünsiyyət qurun!

Java proqramlaşdırma dili proqramçının kompüterini pulsuz təmizləyir

Xəbər aldığımız, yenilik öyrəndiyimiz və məlumat qəbul etdiyimiz zaman beyin onu bütünlüklə yaddaşa yazır (əhəmiyyətli və əhəmiyyətsiz məqamları). Elə bu cür də kompüter yazdığınız və işdən sonra silmədiyiniz kod elementlərini sistemə yükləyir.

Beyin yaddaşına hər gün istənilən miqdarda məlumat daxil edilə bilər. Kompüterdə isə bu imkan yoxdur. Onun yaddaşı məhduddur. Proqramçı yeni kod yazır, köhnə elementlər isə yaddaşda qalır. Sonuncular kompüteri yükləyir və o, yaddaşın lazımsız kod elementləri (tullantı) ilə dolması səbəbindən donur.

Proqramçının yazdığı xüsusi bir kod tullantı səbəti rolunu oynayır. Java-da avtomatik yaddaş idarəetməsi (автоматическое управление памяти – AMM) funksiyası var. Tullantı toplayıcısı proqramınızın artıq istifadə etmədiyi obyektləri aşkarlaya və silə bilər.

Java sizin müəllif kodunuzun qoruyucusudur

Burada əsas rolu JIT kompilyatoru (Just in Time Compiler) oynayır. 10 il əvvəl Java proqramlaşdırma dilinin məşhur olmadığı zaman proqramçılar C, C++ proqramlaşdırma dillərindən istifadə edərkən kod yalnız bir əməliyyat sistemi üçün yaradılırdı. Məsələn, Windows.

Windows deyil, Linux üçün bir proqram yaratmaq üçün kompilyator (proqrama müdaxilə etmədən kodu bir əməliyyat sistemindən digərinə ötürən alət) yox idi. Windows proqramçısı mənbə kodunu Linux proqramçısına ötürürdü. Kodu qorumaq mümkün olmadığından, müəllif öz məhsulunun hüququnu əldən verirdi.

Mənbə kodunu ötürmək əvəzinə Java onu bayt koduna çevirir. O, müəllifin layihəsinin kompüter (sadələşdirilmiş) versiyasıdır. Müəllif öz ilkin kodunu qorudu, layihə isə istənilən platformaya köçürüldü.

Şirkətlər Java-da stajor axtarır

2022-ci ilin iyul ayında Dice platforması Trainee-dən tutmuş Senior-dək təxminən 7 min java proqramçısı vakansiyası təklif edib.

Təlim kursunu bitirdikdən sonra hansı işlərdə işləmək olar:

  • Sr/Jr Java tərtibatçısı
  • JAVA proqramçısı
  • Proqram təminatı tərtibatçısı
  • Full stack java developer
  • Veb layihələrinin tərtibatçısı
  • EJB layihələrinin proqramçısı
  • Veb layihələrinin proqramçısı

Siz həmçinin yaxşı maaş müqabilində ştatdankənar JAVA tərtibatçısı kimi də işləyə bilərsiniz. Və ya frilans sisteminə keçib Fiverr və ya Upwork-la işləyə bilərsiniz.

Ukrayna bazarı da stajor vakansiyaları təklif edir. Öyrənin və sınayın.

Java proqramlaşdırmasına necə başlamalı

Biz Sizi Java-da işləməyə məcbur etmirik. Android tərtibatları üçün Kotlin-dən, kriptovalyuta çatbotları kimi mürəkkəb sistemlər üçün Python-dan istifadə edə bilərsiniz.

IT STEP Kompüter Akademiyasında dünya üzrə 75000 tələbə kod yazmağı sıfırdan öyrənir. Onlardan bir qismi nəzəriyyəni sevir, digər bir qismi isə praktik məsələlər axtarır. Hər kəs özü üçün maraqlı olan, ona motivasiya verən və onu ruhlandıran istiqamətdə inkişaf edir.

Öyrənməyiniz üçün motivasiyanız yoxdur? Təhsil almaqla yanaşı, IT STEP-də siz Cisco Networking Academy (rabitə sistemlərinin tərtib edilməsi üzrə dünyanın ən iri şirkəti) və Microsoft şirkətlərinin sertifikatlarını əldə edirsiniz.

 



Müəllif::

IT STEP Academy

Ödənişlə bağlı məlumat - Expresspay

Hörmətli tələbələr və valideynlər! Nəzərinizə çatdırmaq istərdik ki, bu aydan etibarən təhsil haqqlarını yalnız Expresspay ödəniş sistemi vasitəsilə apara biləcəksiniz. Bu sistem vasitəsi ilə 3 üsul ilə ödəniş edə biləcəksiniz: terminaldan nağd mədaxil, elektron pul kisəsi bank kartı vasitəsi ilə. Qeyd edək ki, yalnız bank kartı ilə aparılmış ödənişlərdə sizdən komisiya tutulacaq, qalan ödəniş üsülları komisiyasızdır Diqqətinizə çatdırırıq ki, digər ödəniş sistemləri ilə əməkdaşlığımızı sentyabr ayı ərzində dayandıracayıq. Sentyabr ayı ərzində bu ödəniş sistemləri vasitəsi ilə qəbul edilmiş təhsil haqqların qeydində problemlərin yaşanmamasına görə, Sizdən onlardan istifadə etməməyinizi xahiş edirik. Expresspay ödəniş üsulları: 1. Expresspay aparatı (nağd ödəniş üç&u

ШАГ логотип

STEP IT Academy ilə rəqəmsal gələcəyə doğru start götürün: 2024-2025 tədris ili üçün qeydiyyat başladı

STEP IT Academy ilə İT dünyasına qoşulun! Texnologiyanın hər yerdə olduğu müasir dünyada İT bilikləri uğurun açarına çevrilir. İstər övladınıza İT sahəsində başlanğıc təhsil vermək, istərsə də karyeranızı dəyişmək istəsəniz, STEP IT Academy bu yolda sizə kömək etməyə hazırdır. STEP IT Academy ilə İT sahəsində uğura aparan yolunuz STEP IT Academy hər kəsin keyfiyyətli İT təhsili ala biləcəyi yerdir. Kurslarımız sizə sürətli texnoloji dünyada uğur qazanmağınıza kömək edəcək bacarıq və biliklər vermək üçün nəzərdə tutulub. Kiçik Kompüter Akademiyası - gələcək İT liderləri üçün başlanğıcdır 8-16 yaş arası gənc tələbələr üçün Kiçik Kompüter Akademiyasında proqramımız var. Biz hesab edirik ki, yaş İT öyrənməyə maneə deyil. Məqsədimiz gənc nəsli ru

ШАГ логотип

Dizayn

Arzu Bəxtiyarova: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır?

Dizayn müəllimi olmaqda Sizi nə ruhlandırır və sizi ən çox nə məmnun edir? Dizayn müəllimi olmaqda məni ən çox öyrənmək həvəsi, ruhlandırdı. Çünki öyrəndiyim bilikləri kiminlə isə bölüşmək istəyirdim. Bunun da ən yaxşı yolu müəllim olmaq idi. Ən çox məmnun olduğum hal isə tələbələrin çoxunun da bu məlumatları öyrənməyə həvəsinin olmağı idi. Tələbələrinizdə yaradıcılığı və dizayn tərzini necə inkişaf etdirməyə kömək edirsiniz? Dizayn tərzini inkişaf etdirmək üçün öz sahələrinə aid dizayn nümunələrinə baxmağı məsləhət görürəm. Yaradıcılığı inkişaf etdirmək üçün, öz tərzlərini yaratmaq üçün çox gəzməyi, araşdırmağı, öyrəndiklərini isə öz işlərinə tətbiq etməyi məsləhət görürəm. Səhv etməkdə

ШАГ логотип

Dizayn

Orxan Mahmudlu: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır?

Biz tez-tez tələbələrimizin və məzunlarımızın uğur hekayələrini sizinlə bölüşürük, lakin eyni zamanda bu uğurların arxasında sevimli müəllimlərimizin titanik əməyi olduğunu az qala unuduruq. Bu gün sizə Rəqəmsal Dizayn kafedrasının müəllimi Orxan Mahmudlu haqqında danışmaq və çoxlarını maraqlandıran suala cavab vermək istəyirik: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır? Dizayn müəllimi olmaqda Sizi nə ruhlandırır və sizi ən çox nə məmnun edir? Tələbələrlə işləməyi və zamanla onların uğurlu olduğunu, rəqəmsal sahəyə addım atıb bir məqsəd formalaşdırdıqlarını görmək məni bu sahədə müəllim/təlimçi olmağımın əsas səbəblərindən biridir deyə bilərəm. Xüsusəndə yeniyetmə və gənc tələbələrin bu sahəni öyrənib yerli xarici şirkətlərlə çalışması mənim üç

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti