STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

IT mütəxəssisin yolu: HelpDesk-dən DevOps-a qədər

IT Step

Kibertəhlükəsizlik

31.01.2022

9215 baxışlar

İnsanlar "IT mütəxəssisi" deyəndə nə düşünür? Adətən, Akademiyada öz aramızda zarafatlaşaraq deyirik ki, IT işçiləri mikrodalğalı sobaları təmir edir, proqramçılar isə Windows-u quraşdırır və Facebook-da parolları sındırırlar.  Amma təbii ki bu, belə deyil. Gəlin bunu biraz aydınlaşdıraq. IT mütəxəssisləri kimiir və hər keçdikləri mərhələlərdə hansı biliklərə yiyələnirlər? 

Help Desk

 

İstifadəçilərə ən yaxın olan basic səviyyəsindən başlayaq - Help Desk. Demək olar ki, hər kəsin kompüteri olduğundan və ofislərdə çoxlu sayda printerlər, routerlər, kameralar olduğundan, təbiidir ki, bütün bunlara nəzarət edilməlidir və əlbəttə ki, xidmət göstərilməlidir. Axı, çox vaxt heç bir istifadəçi texnologiyanı oxumaq və anlamaq istəmir. Onun işləməsini istəyir. Və bu an köməyə Help Desk mütəxəssis gəlir. Axı Help Desk çoxfunksiyalıdır və hər işi bacarır! Printeri qoşmaq lazımdır? -Buyur! İnternet işləmir? - İndi həll edərik.

Windows əməlliyat sistemində problemlər yaranıb və şəxsi məlumatlarınızı itirmisiz? - Biz sizə kömək etməyə çalışacağıq!


Bu mərhələ ən çətini olmasa da, heç də az əhəmiyyət kəsb etmir. Help Desk-siz digər işçilər və hətta rəhbərlik çətinliklərlə üzləşə bilər.  Sual yarana bilər ki, onlar bu işdən nə qədər qazanır? Ən maraqlısı məhz burada başlayır. Azərbaycanda helpdesk mütəxəssislərinin maaş aralığı çox böyükdür. Sizin maaş 300 AZN də ola bilər 700 də. Bəzən əlavə faiz də ala bilərsiz. Bəzi şirkətlərdə Help Desk mütəxəssisinə ayda 1000 AZN-dən yuxarı maaş verilir!

 

Sistem İnzibatçısı

Gəlin biraz istifadəçilərdən və Help Desk-dən ayrılaq. Bəzən istifadəçiləri idarə etmək, xidmətlərlə təmin etmək, bir-birinə və ya şəbəkəyə qoşulmağı təmin etmək lazımdır. Bu halda, 3 yeni və kifayət qədər bərabər ixtisasa ehtiyac yaranır: Linux İnzibatçısı, Windows İnzibatçısı və əlbəttə ki, Şəbəkə İnzibatçısı.

Windows administratoru kimdir? Düşünək ki, biz “Y” şirkətinin işçilərinə istənilən sayta daxil olmaq və ya hər hansı cihazı öz kompüterinə qoşmaq imkanı verə bilərikmi? Və ya daha da pisi, əməkdaşlar əməliyyat sistemi parametrlərini istədikləri kimi dəyişdirə bilərlərmi? Əlbəttə yox! Bir aydan sonra özünüzü xaos içində təsəvvür edin: kompüterlər işləmir, sistemdə viruslar doludur, şirkət məlumatları sızdırılır. Belə vəziyyətlərdə Windows administratoru köməyə gəlir! O, domeni idarə edir, eyni anda yüzlərlə kompüterdə sistemləri yenidən quraşdırır. Daxil olan yeniləmələri və bir çox əməliyyatları vaxtı-vaxtında həyata keçirir.

Növbəti qəhrəmanımız Linux Administratorudur. Windows və Linux administratorları arasındakı fərqin yalnız əməliyyat sisteminin özündə olduğunu desəniz, haqlı olarsınız. Əgər istifadəçilərə çatdırılmalı olan proqram təminatınız varsa və ya gücü əməlliyat sisteminin özünə deyil, ilk növbədə proqramlara yönləndirmək istəyirsiniz - Linux sizin üçündür. Linux Administratoru sistemi, yeniləmələri və əlaqələri idarə edir.

 

Şəbəkə inzibatçısı

Və nəhayət, şəbəkəsiz yuxarıda qeyd olunanın çoxu ya mənasız, ya da qeyri-mümkündür. İlk baxışdan cihazlarımızın qarşılıqlı əlaqəsi sadə görünür - qoşuldu və işləyir. Milyonlarla paket, minlərlə meqabayt məlumat məqsədə çatmalı, itməməli, sürəti azalmamalı və vaxtında çatmalıdır. Bundan əlavə, bu məlumatlar arasında prioritet seçmək lazımdır. Bəzi məlumatlar birinci gəlməlidir, digərləri isə gözləyə bilər. Bu halda sual yaranır: bütün bunları kim edəcək? Cavab isə -  Şəbəkə Administratoru. Onlar kabelləri birləşdirmirlər, minlərlə komandalarla avadanlığı konfiqurasiya edir və onların işinə nəzarət edirlər.

Bəs maaşlar necə? Ölkə üzrə sistem administratorların orta əmək haqqı 1000 manatdan başlayır. 3000 və daha çox maaş alan mütəxəssislər də tanıyıram. Ancaq bunun üçün səy göstərməlisən. Bir dəfə imtahandan keçib hər şeyi bir anda əldə edə bilməzsiniz. Bu səviyyəyə çatmaq mümkündürmü? Bəli. Çalışın, praktika edin və hər şey alınacaq.

 

Security mütəxəssisi. Penetration tester.

Növbəti mərhələdə biz yan-yana gedən və demək olar ki, bütün əvvəlki ixtisaslar üzrə bilik tələb edən iki ixtisası araşdıracağıq. Bu, Təhlükəsizlik mütəxəssisi, Penetration tester və DevOps mühəndisidir.

Təhlükəsizlik mütəxəssisi yalnız təhlükəsizliklə məşğul olan şəxsdir, çünki bizim bütün məlumatlarımızı, şirkətlərin və insanların məlumatları uzun müddətdir ki, serverlərdə saxlanılır. İndi təsəvvür edin ki, hansısa “pis oğlan” onlara giriş əldə etsə, nə baş verərdi? Bu məlumatlarla nə etmək olar? Hər şey: pul, kredit və hətta şəxsiyyət oğurluğu! Bu məlumatlar təhlükəsizlik mütəxəssisi tərəfindən qorunur. O, sistemlərə mümkün olan bütün hücumları bilməli və sınamalıdır, çünki yalnız bu yolla o, özünü onlardan qoruya bilər.

Penetration testerinin vəzifəsi böyük şirkətləri hack etməkdir. Bəli, bunun üçün onlar pul alırlar! Üstəlik, həm uğursuz, həm də uğurlu hücumlar üçün ödəniş olunur. Lakin uğurlu cəhdlərə görə daha çox pul verilir, çünki bir şirkət üçün  zəif tərəflərini bilmək və onları vaxtında qorumaq, yüzlərlə min dollar pul itirməkdən daha yaxşıdır. Burada maaş haqda danışmaq çətindir, xüsusən Penetration tester vəzifəsində, çünki şirkət və təhlükəsizlik boşluğu nə qədər böyükdürsə, məbləğ də bir o qədər çox olur.

DevOps 

Və, siyahıda sonuncu, lakin ən yüksək ödənişli peşələrdən biri DevOps mühəndisidir.

Bu gün bir çox servislər bulud sisteminə keçir, çünki icarəyə virtual avadanlıq götürmək və onun parametrlərini istədiyiniz kimi dəyişmək, onu daimi olaraq əldə etməkdən, onun üçün xüsusi təchiz olunmuş otaq ayırmaqdan daha sərfəlidir. Axı, serverlər və avadanlıqlar əlavə insanların girişi olmayan ayrı otaqlarda və çox aşağı temperatur şərayətində olmalıdır.

DevOps mühəndisi hər şeyi bacarmalıdır: Windows və Linux serverlərini bilməli, şəbəkələri idarə etməyi və proqramlaşdırma skriptlərini başa düşməli, təhlükəsizliyi başa düşməlidir. Onun vəzifəsi buluddaki xidmətlərimizi və tətbiqlərimizi daimi nəzarət altında saxlamaqdır. Bəli, bu iş kifayət qədər çətindir, lakin kifayət qədər yüksək maaş nəzərdə tutur.

Təbii ki, daha çox ixtisaslar var. Sizi hər zaman maraqlandıran sahəni tapa bilərsiniz. Əsas odur ki, seçdiyiniz peşə sizə zövq versin, çünki siz daim oxumalı olacaqsınız.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti