STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Oturub gözləmək böyük israfçılıqdır

IT Step

03.06.2021

1624 baxış

Çox zaman biz nələrisə sonraya saxlayırıq. Prioritetlər qururuq və bizə elə gəlir ki, bütün həyatımız planlaşdırılmışdır və hər şey öz axarı ilə gedir, lakin biz hər şeyi təkrar sonraya saxlayırıq. Sonra.. bir az sonra. Təki heç nə etməyək. Bir çox bəhanələr tapırıq – vaxt yoxdur, pul çatmır, indi zaman belədir. Son illərin ən yaxşı bəhanəsi isə "indi zaman belədir" kimi səslənir. Eybi yoxdur, mən burada oturub dəyişikliklərin baş verməsini gözləyərəm. Həyat öz – özünə həll olunacaq və yaxşı dövr gələcək. Hələ ki, bir az da gözləyərəm.

 

“Bir çox insanlar 25 yaşında ölürlər, qəbirə isə ancaq 75 yaşında düşürlər”

Bencamin Franklin.

 

Bu sözsüz ki, kobud səslənir, lakin həqiqətdir. Anlamı ondan ibarətdir ki, bəzi insanlar həyata əsl həyat qarşısı məşq kimi yanaşırlar. Bax o həyat - olmayacaq. Sizin əsl həyatınız öz əlinizdədir və onu necə yaşayacağınız yalnız özünüzdən asılıdır. Taleyinizdən qisas almaq alınmayacaq və bunu hələ başlanğıcda ikən dərk etməyiniz vacibdir. İndi, bu gün yaşamaq lazımdır. Emosiyalar yaşamaq, səyahət etmək, yenilikləri dərk etmək, insanlarla tanış olmaq, sevimli iş ilə məşğul olmaq və pul qazanmaq lazımdır.

 

“Bədən ilə divan arasında dollar uçmayacaq”.

Bill Qeyts

 

Nə qədər qəribə də olsa Bill haqlıdır, axı pul geniş anlamda bizim qlobal bazara olan münasibətimizdə bizim adekvatlığımızın ölçüsüdür. Sadə dildə desək - əgər Siz bazar üçün vacib olan məhsulları və ya xidmətləri bazara çıxarsanız, bazar sizə pul ödəyəcək. Götürək, misal üçün, peşəkar bir proqrammisti – onun 35 yaşı var, stabil yüksək ödənişli işi və onlarla şəxsi layihələri vardır. Onlardan bəziləri real gəlir gətirir, bəziləri isə ziyana işləyir və ya heç bir gəlir gətirmir. Bəs fərq nədədir? Gəlirli və ziyanlı layihələr arasındakı fərq ondan ibarətdir ki, gəlirli olanlar insanlara lazımdır, mənfiyə işləyənlər isə - yox. Lakin nəyin işləyəcəyini, nəyin işləməyəcəyini anlamaq üçün, hansısa məhsulu istehsal etməyi və ya xidmət göstərməyi öyrənmək lazımdır.

 

“Qənaət etmək lazım deyil – daha çox qazanmaq lazımdır”

Müəllif naməlumdur.

 

Pulumuz çatışmayan zaman biz nə edirik – bir qayda olaraq, qənaət etməyə başlayırıq. Bu yanaşma kökündən yalnışdır və yalnız tənəzzülə yardım edir. Bəs necə edək? Qazanmağa necə başlamaq lazımdır? Sınamaqdan və təcrübələr aparmaqdan, dəyişikliklər etməkdən və şəxsi biznesinizi qurmaqdan qorxmayın. Proqres və inkişaf hərəkət olan zaman həmişə əl-ələ gedirlər. Hərəkətsizlik yalnız tənəzzülə, minimum olaraq durğunluğa səbəb ola bilər. Bir sözlə, hərəkət edin, sınayın, yaxşı alınan və gəlir gətirən hər bir şeyi isə ideal səviyyəyə çatdırın və yenə də hərəkət edin.

 

“Uğurlu insanlar hər zaman cəld hərəkət edirlər”

PetrOsipov

 

Heç olubmu ki, əldən çıxan gəlir anlayışı barədə düşünəsiniz? Misal üçün, 30-40 yaşında siz dərk etdiniz ki, həyatınızda nəyisə dəyişməyin zamanıdır və şəbəkə mühəndisi peşəsini mənimsəmək qərarına gəldiniz. İnternetdə videoya baxdınız, bir neçə kitab yüklədiniz, tam təhsil almaq istədiniz, lakin heç cür vaxt tapa bilmirsiniz. Bu fikrinizdən yayındınız və müntəzəm həyat yaşamağa və dəyişiklik gözləməyə davam etdiniz. İndi isə vəziyyətə digər tərəfdən baxaq – siz təhsil almaq qərarına gəldiniz və bunu etdiniz, STEP IT Academy-y' daxil oldunuz. 2,5 ilinizi və pulunuzu sərf etdiniz. Təhsil aldıqdan sonra bir il ərzində, uyğun iş tapdınız və ya şəxsi işinizi qurdunuz, təhsilə sərf etdiyiniz pul vəsaitini götürdünüz, Avropaya istirahətə getdiniz, yaxşı bir rayonda təmirli mənzili kirayə götürdünüz və yeni avtomobil üçün ilkin ödəniş etdiniz.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti