STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Kompüter avadanlığı tarixindən bilgilər

IT Step

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Dizayn

Soft Skills

26.01.2021

5950 baxışlar

Hamımız fərdi kompüterlərdən istifadə edir və bunu gündəlik həyatımızın bir hissəsi hesab edirik. Kompüterlər həyatımıza yalnız bir neçə il bundan əvvəl daxil olublar. İlk kompüterlər indikilərdən xeyli böyük idi. İlk portativ kompüterlərin çəkisinin 25 kq, qiymətinin isə 20 000 ABŞ dolları olduğunu, ilk lazer printerinin otağın böyük hissəsini tutduğunu, ilk fərdi kompüterləri öz alıcıları tərifindən yığılmalı olduğunu bilirdinizmi? Bu məqalə sizə ilk kompüter avadanlıqları ilə tanış olmağa imkan yaradacaq. Bu məqalə sizi kompüter avadanlığının ilk nümunələri haqqında maraqlı faktlarla tanış edəcək.

 

İlk kompüter siçanı

İlk kompüter siçanı 1963-cü ildə Stendford tədqiqat institutunda Duqlas Enqelbart tərəfindən yaradılmışdır. Duqlas Enqelbart, həmçinin hipermətn ixtiraçılarından biridir. İlk kompüter siçanında iki ox üzrə hərəkətin izlənməsi üçün bir-birinə nəzərən 90-dərəcəli bucaq altında yerləşən iki təkərdən istifadə olunurdu. Bu konstruksiyanın bir çox çatışmazlığı olduğundan tezliklə iki təkər kürəciklə əvəz olundu. Kürəcik mexanizmi ilə hərəkət edən kompüter siçanı 1972-ci ildə ixtira edildi. Öz ixtirasına görə Duqlas Enqelbart heç bir qonorar ala bilmir, onun patentinin müddəti isə kompüter siçanlarının kompüter texnologiyası əsrində adi hal olmasından əvvəl bitir. 1980-cı illərdə ixtira edildiyinə baxmayaraq, optik kompüter siçanı öz populyarlığını xeyli müddətdən sonra qazanıb.

 

İlk trekbol

Trekbol kompüter siçanından 11 il əvvəl işlənib hazırlanmışdır. Bu, 1952-ci ildə Kanada donanmasının təşəbbüsü ilə Tom Krenston və Fred Lonqstaf tərəfindən DATAR avtomatik məlumat döyüş sisteminin bir hissəsi kimi edilmişdir. Cihazın konstruksiyasında standart 10 pinli (10-контактный) kürədən bir qədər kiçik ölçülü 5-pinli bouling kürəsi istifadə edilmişdir.

 

İlk portativ kompüter

Bu kompüterin daşınan olması nəzərdə tutulurdu. "İBM 5100 Portable Computer" adlanan bu  kompüter 1975-ci ildə yaradılmışdır. 25 kiloqram çəkisində və kiçik çamadan ölçüsündə olan bu kompüter xarici qida mənbəyindən qidalanırdı. Blokun tərkibində bütün zəruri hissələr var idi: prosessor, bir neçə yüz kB enerjidən asılı olmayan yaddaş (энергонезависимая память), 16-64 kB əməli (оперативная) yaddaşı, 5-düymlük EŞB displeyi (ЭЛТ дисплей), klaviatura və lentli daşıyıcı. Bu kompüterin istehsal edilməsi o dövrün inanılmaz qəhrəmanlığı idi. O, həmçinin BASİC və/və ya APL daxil edilmiş (встроенный) halda da istehsal edilirdi. Müxtəlif növ İBM 5100 kompüterləri 8975-19975 dollar qiymətində idi.

 

İlk noutbuk

Grid Kompass 1100 (Grid) adlanan ilk noutbuk 1979-cu ildə Böyük Britaniya sənaye dizayneri Bil Moqric tərəfindən layihələndirilmişdir. Kompüter 1982-ci ildə satışa çıxarıldı. O, 320 х 200 çözümlümü (разрешение) ekranı, 8086 prosessoru, 340 kB maqnit-elektron yaddaşı (hal-hazırda bu növ yaddaşdan heç yerdə istifadə edilmir) və 1,2 kBit-lik modemlə təchiz olunurdu. 5 kq çəkili bu noutbukun qiyməti 8000-10000 dollar təşkil edirdi. Grid noutbuku əsasən NASA və Amerika hərbi qüvvələri tərəfindən istifadə olunurdu.

 

İlk fərdi İBM kompüteri

İstismara 1981-ci ildə verilmiş ilk fərdi İBM kompüteri İBM 5150 adlanırdı. Bu platforma 1980-cı illərdə çox geniş yayıldığından,"fərdi kompüter" deyəndə "fərdi İBM kompüterini” nəzərdə tuturdular. İBM 5150 kompüterinin hazırlanma layihəsi "Şahmat layihəsi" adlanırdı. Onun üzərində Don Estric və Larri Potterin başçılığı altında 12 nəfər işləyirdi. İşin sürətlənməsi və xərclərin azaldılması məqsədilə İBM şirkəti həmişə etdiyi kimi yeni hissələrin yaradılmasını deyil, hazır hissələrdən istifadə etməyi seçdi. İlk İBM fərdi kompüteri İntel 8088 prosessoru, 64 kB əməli yaddaşı (256 kB-dək genişləndirilən), elastik (floppy) disk mühərriki (MS-DOS əməliyyat sisteminin yüklənmə mümkünlüyünü təmin edən) və CGA monoxrom videoadapteri ilə təchiz olunmuşdur. Kompüterin daimi yaddaş qurğusunda (ПЗУ) Microsoft BASIC quraşdırılmışdır. İlk İBM kompüterlərində əlavə olaraq 10 MB həcmli sərt disk də quraşdırıla bilərdi. Bu halda onun öz qida bloku daha güclüsü ilə əvəz edilməli idi.

 

İlk Apple kompüteri

İlk fərdi Apple kompüterləri Stiv Voznyak tərəfindən işlənib hazırlanıb əllə yığılırdı. Apple-1 kompüterləri 1976-cı ildə 666.66 dollar qiyməti ilə satışa çıxarılmışdır. Bu kompüterlərdən cəmi 200 ədəd istehsal olunmuşdur. Apple-1 kompüterində əsasən prosessorla birlikdə ana plata, 8 kB əməli yaddaşı, displey interfeysi və bəzi əlavə funksiyalar var idi. Kompüterin işləməsi üçün alıcı qida mənbəyi, klaviatura və displeyi əlavə edib, kompüteri yığmalı idi.

 

İlk əməli yaddaş

İlk sərbəst müraciətli yazılb-pozulan yaddaş (перезаписываемая память с произвольным доступом) yaddaş maqnit çəyirdək (сердечник) əsasında qurulmuşdur (onu, həmçinin ferrit yaddaşı da adlandırırlar). O, 1951-ci ildə Harvard Universitetinin Hesablama laboratoriyasının əməkdaşı An Vanın və Massaçusets Texnoloji Universitetinin əməkdaşı Cey Forresterin apardıqları işin nəticəsində ixtira olunmuşdur.

O zamanlar əməli yaddaşa tranzistorun xüsusiyyətlərini vermək üçün ondakı materialların maqnit xüsusiyyətlərindən istifadə edilirdi. Məlumatların saxlanması içərisindən naqillər keçən kiçik keramik maqnit halqalarının polyarlığı vasitəsilə həyata keçirilirdi. Müasir əməli yaddaşdan fərqli olaraq həmin əməli yaddaşlar məlumatları hətta qidalanmanın kəsildiyindən sonra da saxlayırdılar.

Bu standart 1970-ci illərdə silisium (кремний) inteqral mikrosxemlərinin yaranmasınadək istifadə olunurdu.

 

İlk sərt disk

1956-cı istehsal olunan və mühasibat uçotu üçün nəzərdə tululan IBM 305 RAMAC kompüterinin tərkibindəki IBM 350 Disk File tarixə ilk sərt disk kimi düşüb. Sərt diskdə ümumi həcmi 4,4 MB təşkil edən əlli ədəd 24-düymlük disk quraşdırılırdı. 350 Disk File sərt diskində fırlanma sürəti 1200 dövr/dəq, veilənlərin (данные) ötürülmə sürəti 8800 simvol/san, müraciət müddəti (время доступа) isə 1 san. təşkil edirdi.

 

İlk lazer printeri

Lazer printeri 1969-cu ildə Harri Starkviter tərəfindən XEROX şirkətində ixtira olunmuşdur. İlk nümunə dəyişikliklərə məruz qalmış surət qurğusu (копировальный аппарат) olmuşdur. Starkviter ondakı təsvirin formalaşma sistemini çıxarmış və 8 üzlü güzgülü baraban daxil etmişdir. İBM şirkəti özünün İBM 3800 lazer printerini 1976-cı ildə istehsal etməyənədək heç bir lazer printerinin istehsalı baş tutmadı. Bu printer otağın yarısından çoxunu böyük tutacaq qədər böyük idi.

 

İlk veb-serveri

İnternet şəbəkəsi müasir dünyanın ayrılmaz hissəsi olduğundan, ilk veb-serveri haqqında danışmamaq olmaz. Ilk veb-serveri “NeXT” iş stansiyası olmuşdur. Ondan Tim Berners Li "Avropa nüvə araşdırmaları təşkilatı"nda (CERN) "Ümumdünya hörümçək toru"nu ixtira edərkən istifadə etmişdir. Kompüterin üzərində iri hərflərlə "Bu maşın – serverdir. Söndürməyin!" sözləri yazılmışdır. Onu söndürməklə, bütün İnterneti kəsmək olardı. İlk veb-səhifəsi 1991-ci ilin avqustunda yaradılmışdır.

Görün bir neçə ildə kompüter sənayesində nə çox dəyişiklik baş verib. 30-40 ildən sonra nələrin baş verəcəyini təsəvvür edə bilərsinizmi?



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti