STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Korporativ İT iyerarxiyası: Junior, Middle və Senior kimlərdir?

IT Step

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Dizayn

11.07.2023

4781 blog_count_views_1

Hər peşədə mütəxəssisin səviyyəsini təyin edən vəzifələr var. IT mütəxəssisləri arasında peşəkarlığı müəyyənləşdirmək üçün Junior, Middle və Senior anlayışlarından istifadə olunur. Bu adlar kimlərə verilir və bu adları necə almaq olar? Gəlin bu məsələlərlə daha ətraflı tanış olaq.

Junior, Middle və Senior kimlərdir?

Proqramçılar arasında iyerarxiya bölgüsü çoxdan istifadə olunur, lakin əvvəllər proqramçılar sadəcə təcrübəsiz mütəxəssis və aparıcı proqramçı adlandırılırdı. Hal-hazırda bu anlayışlar daha konkret və dəqiqdir. Bu, xüsusilə HR menecerləri üçün çox rahatdır, çünki bu bölgü sayəsində onlar hər hansı bir namizədin şirkətdə hansı vəzifədə çalışa biləcəyini müəyyənləşdirirlər. Bəs Junior, Middle və Senior kimlərdir?

Junior (ingilis dilində “gənc”) demək olar ki, dünən Universitetini bitirib işdüzəlməyə gələn təcrübəsiz bir proqramçıdır. O çox zaman bildiyi bir proqramlaşdırma dilində sadə işləri görür. Çətin tapşırıqlar ona hələ verilmir. Bir çox hallarda şirkətdə təcrübə toplamağa gələn stajorlar da Junior adlanır.

Juniorun maaşı sahib olduğu bacarıqlardan və işlədiyi şirkətin fəaliyyət sahəsindən asılıdır. Məsələn, Ukraynada Python proqramlaşdırma dilində işləyən Junior proqramçı əvvəlcə 30000 qrivna, bir ildən sonra isə 50000 qrivna maaş alır. Junior-frontend proqramçısı 70000 qrivna qazana bilər.

Junior səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali və ya natamam ali təhsil (ali texniki təhsilə üstünlük verilir);
  • Proqramlaşdırmanın əsaslarını bilmək;
  • Səhvlər üzərində əzmlə çalışmaq bacarığı;
  • Bacarıqlarını artırmaq istəyi;
  • Tənqidlərə açıq olmaq və onlara adekvat reaksiya vermək.

Middle (ingilis dilində "orta") karyera nərdivanının ortasında yer almış bir proqramçıdır. O artıq gənc Junior deyil, lakin hələ yüksək səviyyəli peşəkar da hesab olunmur. Bu proqramçının peşə baxımından inkişafı dayanmazsa, onun karyerası sürətlə yüksələ bilər.

Middle proqramçısına "yuxarıdan" daha az nəzarət tələb olunur. O olduqca təcrübəli bir əməkdaşdır. Onun işinə artıq müstəqil layihələr və mürəkkəb tapşırıqlar daxildir. Onun tabeliyində hələ heç kim olmasa da, rəhbərlik artıq onun komanda və yeni gələnlər ilə münasibətinə diqqət yetirə bilər. Middle proqramçılar təcrübəsiz mütəxəssislərə tövsiyələr verə və onlarla master-klasslar keçirə bilər.

Middle proqramçılarının maaşı onların üzərinə qoyulan vəzifələrdən asılı olaraq 70000-100000 qrivna və ya daha yüksək olur.

HR menecerləri qeyd edir ki, middle səviyyəli bir proqramçının bir müddətdən sonrakı mərhələdə gördüyü işinin keyfiyyət göstəriciləri onun ilkin mərhələdə gördüyü işin keyfiyyət göstəricilərindən kəskin şəkildə fərqlənir. Peşə baxımından inkişaf və Middle proqramçısının Senior proqramçısına çevrilməsi növbəti mərhələ və daha çox məsuliyyət deməkdir.

Middle səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali təhsil (ali texniki təhsilə üstünlük verilir);
  • Proqram mühəndisliyi işini bilmək;
  • OS, SUBD və veb xidmətləri ilə işləyə bilmək;
  • Ünsiyyətli olmaq;
  • Mübahisəli vəziyyətləri həll edə bilmək.

Senior (ispan dilində "ağa") standart bir həll yolu olmayan mürəkkəb məsələləri həll edə bilən yüksək səviyyəli bir veb proqramçısıdır. Bir neçə layihənin icrasını düşünən, tabeliyində olan bütün əməkdaşları nəzarətdə saxlayan və komanda liderini əvəz etməklə iş prosesinə rəhbərlik edən senior proqramçı tez bir zamanda karyera nərdivanında daha yüksək səviyyəyə yüksələ bilər.

Bu mütəxəssisləri HR meneceri çox nadir hallarda kənardan işə götürür. Adətən onlar inkişaf edib bu səviyyəyə şirkətin daxilində çatır. Direktorlar onları itirmək istəmir, xüsusən də onların peşə keyfiyyətləri şəxsi keyfiyyətləri ilə sıx bağlı olduqda. Burada komanda işi böyük əhəmiyyət kəsb edir, çünki senior səviyyəli proqramçı şirkətin bütün əməkdaşları ilə işləməyi bacarmalıdır.

Bu qədər məsuliyyət senior proqramçının maaşını iri şirkətlərdə 100000-200000 qrivna səviyyəsinə qaldırır.

Senior proqramçısı həm geniş sahədə, həm də müəyyən bir ixtisas üzrə işləyə bilər. Bu, şirkətin ölçüsündən və hər bir mütəxəssisin görməli olduğu işin həcmindən asılıdır. Xüsusi sahə üzrə ixtisaslaşmış mütəxəssislər öz sahələrinin əsl peşəkarı olur. Öz işində hər cür çətinlik görmüş və yaxşı təcrübə toplamış senior proqramçı əvəzolunmaz və müstəqil olur, eləcə də ona həvalə edilmiş bütün işləri mükəmməlcə görür. Onların yüksək əmək haqqı alması tam təbiidir.

Senior səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali təhsil (ali texniki və bir neçə ali təhsilə üstünlük verilir);
  • İxtisasartırma kursları, vebinarlar və master-klasslarda iştirak;
  • İri bir şirkətdə ən azı 2-3 il iş təcrübəsi;
  • Bütün mövcud vasitələrdən istifadə etməklə layihələrin hazırlanmasında daimi iştirak;
  • Kommersiya korporativ layihələrdə iştirak;
  • Komanda işi və komandaya nəzarət;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə görə məsuliyyət, dedlaynlara nəzarət və şirkətin proqram təminatının keyfiyyətinin yoxlanması.

Bu bölgü nəyə lazımdır?

Çoxları proqramçıları bir cür iyerarxik sxemə bölməyin nəyə lazım olduğunu soruşur.

Birincisi, proqramçının maaşı birbaşa onun tutduğu mövqedən asılıdır.

İkincisi, təcrübəsiz proqramçıların hər biri Middle, sonra isə Senior olmaq üçün nə etməli olduğunu bilir. Onlar bir mərhələ ilə digər mərhələ arasındakı fərqi bilir və bu fərqi dəf etmək üçün necə işləməli olduğunu da aydın şəkildə başa düşür.

Üçüncüsü, proqramçıların arasındakı bu iyerarxiya onları öz kiçik dünyalarında ilişib qalmamağa və inkişaf edib yeni-yeni hədəflərə çatmağa təşviq edir.

Dördüncüsü, kənardan hər hansı bir işçinin işinin keyfiyyətinin qiymətləndirilməsində də bu sxemin üstünlükləri var. Middle proqramçısı işə düzəlməyə gələndə şirkətin rəhbəri işə təcrübəsiz bir proqramçı deyil, təcrübəli bir mütəxəssis götürdüyünü anlayır.

Hər bir təcrübəsiz IT işçisi zəhmət və əzm sayəsində hansı zirvələri fəth edə biləcəyini bilməlidir. Junior proqramçısından Senior proqramçısına aparan yoldakı bütün çətinlikləri dəf etməyə kömək edən amil motivasiya adlanır.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti