STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Bizimkiləri tanı! – IT-də 3 qız

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Dizayn

Soft Skills

14.05.2019

1801 blog_count_views_1

Bizimkiləri tanı! – IT-də 3 qız

 

Təqvimdə öz gününün olması çox xoşdur. Xüsusilə, əgər bu gün sənin böyüklüyünü göstərirsə.

Qadınlara IT-də yerin olmaması stereotipi ilə mübarizə aparmaq məqsədilə BMT-nin IKT sahəsində aparıcı təşkilatı olan Beynəlxalq Telekommunikasiya Birliyi (International Telecommunications Union - ITU) hər il aprel ayının dördüncü cümə axşamını IT sahəsində işləyən və təhsil alan qadınların günü kimi elan etmişdir.

Qadınların özləri də bu sahədə təhsil almaqla və heç də pis nəticələr göstərməməklə, bu stereotipə qarşı mübarizə aparırlar.

Dərslərində zərif cinsin nümayəndələrinin sayı çox olan Step IT Akademiyasını da buna xüsusi misal göstərmək olar.

Bu il IT sahəsində çalışan qadınların beynəlxalq günü aprel ayının 25-i qeyd olunur. Bununla əlaqədar olaraq biz sizləri Step IT Akademiyasının, hekayələri çoxlarınızı ilhamlandıracaq, üç füsunkar xanım tələbəsi ilə tanış etmək qərarına gəldik.

Kamilla Sərkarova – Data Scientist

24 yaşlı xanım MDU-nun mekanika riyaziyyatı fakültəsində bakalavr təhsilini bitirib və hal hazırda həmin universitetdə magistr təhsili almaqla yanaşı, Step IT Akademiyasının proqramlaşdırma fakültəsinin tələbəsidir. «Proqramlaşdırmaya gedən yol bakalavrın birinci kursundan başladı. Qrupun yarısı qızlardan ibarət olduğu üçün özümüzü sıxılırmış kimi hiss etmirdik», - Kamilla zarafatyana dedi.

Xanım bildirir ki, başlamaq o qədər də çətin deyildi, çünki, təhsil aldığı kollektivlərdə belə diskriminasiya alqışlanmırdı. Amma, Kamilla digər xanımlardan eşidirdi ki, bəzi kişilər onların biliklərinə bələd olana qədər bacarıqlarını sual altına qoyurdular.

«Amma, hətta indiki işimdə də IT-də işləməyən xanımlardan eşidirəm: «Xanım-proqramçı, bu haradan ağlına gəldi?» Gənclər avtoqraf götürmək barədə zarafat edirdilər. Amma, IT sahəsində işləyən uşaqlar üçün isə bu, adi haldır. Hal hazırda işlədiyim yerdə, demək olar ki, hamı ekspatdır», - proqramçı etiraf etdi.

Bu yola olan sevgisindən danışarkən, Kamilla bu sahəyə məsələnin «gözəl həlli» anlayışı olan riyaziyyatdan gəldiyini bildirir. Və ona həmişə məsələnin bir neçə üsulla həllini axtarmaq və onların arasından ən maraqlısını seçmək xoşuna gəlirdi.

«Proqramlaşdırma da buna oxşardır, qarşımda olan məsələ üçün gözəl həll tapanda bu, məni sevindirir. İş mənim çox xoşuma gəlir, biliklərinizi tətbiq etmək üçün çoxlu imkanlar və variantlar mövcuddur və nəticədə işlək məhsul əldə etmək mümkündür. Diqqətsizlik ucbatından buraxılmış səhvləri axtarmaq və məsələlərin tez-tez qeyri-dəqiq qoyulması xoşuma gəlmir», - o, əlavə edir.

 

Nərgiz Xəlilzadə - Web-dizayner

2008-ci ilin yayında, instituta qəbul olmazdan öncə, Nərgiz rəsmlə məşğul olmağa başladı. Daha dəqiq desək, o, həmişə şəkil çəkirdi, amma, bu, vacib qərar verməli andakı istəklə bir deyildi. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinə qəbul oldu, amma, o, bioloq olmaq istəmirdi. 2013-cü ildə bakalavr pilləsini qurtarandan sonra da, o, rəsmlə məşğul olmağa davam edir və sərgilərdə iştirak edərək sertifikatlar əldə edirdi.

«Şəkil çəkmək sənin üçün nəfəs almaq kimi vacib olanda, başa düşürsən ki, bu sənin həyatının işidir. Təhsilimi art-studiyada davam etdirirdim və öz işlərimi sataraq heç də pis pul qazanmırdım və hətta öz əl işlərimdən ibarət «Nargis Art Boutigue» mağazamı açdım. Nəhayət, 2016-cı ildə mən Step IT Akademiyasına qəbul oldum. Bununla da, mənim həyatımda tamamilə fərqli mərhələ başladı. Və mən bu akademiyanı tapdığıma görə çox şadam!», - deyə, xanım bildirir.

Nərgiz artıq web-dizaynerdir və paytaxtın bir neçə şirkətində çalışır.

«Mən burada təhsil almağı hamıya tövsiyyə edirəm. Xüsusilə də qadınlara, çünki, burada aldığınız təhsil evdə oturaraq pul qazanmağa imkan verir», - o, deyir.

Xanım qeyd edir ki, dizaynerin hansı işlə məşğul olmasının fərqi yoxdur: paltar tikmək, interfeys çəkmək və ya avtomobilin salonunu layihələndirmək – onun məqsədi hər şeyi maksimal dərəcədə estetik və funksional etməkdir. Və əlavə edir ki, onun yaratdığı personajların animasiyada canlandırılmasına tamaşa etməkdən böyük zövq alır.

 

Yevgeniya Frolova – IT-mütəxəssis

Yevgeniya Milli Aviasiya Akademiyasını informasiya texnologiyaları və sistemləri mühəndisliyini ixtisası üzrə bitirib. Bakalavr dərəcəsini əldə etdikdən sonra, o, magistraturaya qəbul olmağa qərar verdi, amma tezliklə başa düşdü ki, bu, onun yolu deyil.

Sonra, xanım Step IT Akademiyasına qəbul oldu və təhsilə yanaşma tərzi onun xoşuna gəldi.

«Mən «Şəbəkələr və kibertəhlükəsizlik» ixtisası üzrə təhsil alıram və deyim ki, akademiyadakı təhsildən çox məmnunam. Mən aviasiya sahəsi üzrə irəliləmək istəyirdim, amma başa düşdüm ki, IT gələcəkdir. Ona görə də bu istiqaməti seçdim. Hal-hazırda hər yerdə kompüter texnologiyaları mövcuddur və onlarla dostluq etmək lazımdır», - o, deyir

Yevgeniya qeyd edir ki, Azərbaycan kimi mentalitetə sahib olan ölkələrdə qadının IT sahəsində olmağı çətindir.

«Proqramçı xanımları artıq kifayət qədər ciddi qəbul edirlər. Amma, şəbəkəçi və serverçiləri o qədər də yox. Hər hansı bir obyektə gedən zaman hamı “siz aytişniksiz? Mən bu sahədə xanımları heç vaxt görməmişəm” sözləri ilə təəccüblə baxırlar. Mən bu vaxta qədər bu sahədə çalışan cəmi bir-iki xanımla rastlaşmışam. Düşünürəm ki, bəxtim onda gətirdi ki, mənim rəhbərim mənə inandı və iş təcrübəmin olmamasına baxmayaraq, işləmək üçün şans verdi. Amma mən işimi çox sevirəm, və işimi bitirdikdən sonra hər şey saat kimi işləyəndə, bundan zövq alıram», - xanım etiraf etdi.

Bizim təbriklərimizi qəbul edin!

 

Sofiya Frank



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti