STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

DevOps kimdir: peşənin təhlili

IT STEP

Kibertəhlükəsizlik

15.04.2023

2785 baxışlar

Bu məqalədə biz DevOps engineer-in işinin mahiyyətindən bəhs etməyə çalışmışıq. Material proqramlaşdırmağa yeni başlayanlar və bu peşə ilə maraqlananlar üçün yazılmışdır.

İnternetdə bu barədə ən müxtəlif fikirlər var. Mövzunu müxtəlif baxış bucaqlarından nəzərdən keçirək.

DevOps kimdir: fikirlər müxtəlifdir

Proqramçılar dünyasında DevOps-un nə və ya kim olduğuna dair 2 fikir var. Hər bir fikrin öz tərəfdarları və tənqidçiləri var.

DevOps bir fəlsəfədir. 10-15 il əvvəl tərtibatçılar proqramın işlək olmasına, administratorlar isə həmin proqramın server vasitəsilə istifadəçiyə çatmasına cavabdeh idilər.

Əvvəllər səhv düzəltmək üçün çox vaxt lazım olurdu. Sistem administratoru mesajı proqramçıya ötürürdü və ona problemi izah edirdi. Proqramçı isə yeniləmə buraxmaq və koda düzəliş vermək üçün vaxt itirirdi.

Hal-hazırda vəziyyət bir qədər fərqlidir. Şirkətlər hər gün 10-dan çox proqram üzərində işləyir. Yeniləmələr buraxmaq, səhvləri aşkarlamaq lazımdır. Smartfonunuza baxın və bu gün nə qədər tətbiqin yeniləndiyini görün. Onların sayı nə bir, nə də ikidir.

Hal-hazırda rəqabət aparmaq üçün digər şirkətlərdən daha sürətli və daha yaxşı işləmək lazımdır. Proqramçılar yalnız kod yazır, sistem administratorları isə yalnız proqramları serverə quraşdırıb onların işini izləyirsə, bunu necə etmək olar? Necə daha sürətli ünsiyyət qurmaq olar?

Bunun üçün İT şirkətləri DevOps prinsipini düşünüblər:

Bu, tərtibatçının və administratorun (məhsul optimizatoru) birgə iş qaydasıdır. Sisadminə hər hansı bir proqram yeniləməsi lazım olarsa, o, tərtibatçıya komanda çatında sorğu verir. Server üçün skripti isə sisadminin özü yaza bilər.

DevOps-dan Amazon, Microsoft, Etsy, Ebay kimi şirkətlər istifadə edir. İstehlakçının diqqətini cəlb etmək və rəqiblərini geridə qoymaq üçün onlar kodda bütün səhvləri düzəltməli və mümkün qədər çox yeniləmə buraxmalıdır.

Sadə dillə desək, DevOps bir şirkətdə tərtibatçı ilə administrator arasında yeni ünsiyyət qaydası və ya ünsiyyət üsuludur.

DevOps bir peşədir. Sistem administratorları dünyasında aysberqin təpəsi məhz belə adlanır. DevOps sisadminlərin və tərtibatçıların məhsul üzərində daha sürətli işləməsini təmin edir. Sadələşdirilmiş misallara baxaq:

DevOps həmkarlarına: "Microsoft Teams proqramında ünsiyyət qururuq. Tapşırıqları və icra prosesini orada qeydiyyatdan keçirin. Sualınız yaranarsa, mənə yazın". Tərtibatçı kodu və zəruri faylları sisadminə göndərir. Sisadmin kodu serverə köçürür. Quraşdırma mərhələsində administrator səhv aşkarlaya bilər. O, tərtibatçılara bununla bağlı heç nə yazmır, bir DevOps kimi problemi özü həll edir.

DevOps tərtibatçılar qrupu ilə sisadminlər qrupu arasındakı əlaqədir. O, koddakı toqquşmaları (конфликт) təhlil edir, sistem administratorları üçün yeniləmələr təşkil edir, tapşırıqları şöbələr arasında bölür. Onun bunları necə etməsi onun istifadə etdiyi vasitələrdən asılıdır.

DevOps-a proqramlaşdırma lazımdırmı?

İki msala baxaq. Birincisində sisadmin proqramlaşdırmanı bilmir, ikincisində isə bilir.

Bir sisadmin kodu tərtibatçıdan alır. Onun vəzifəsi kodu hazır serverə köçürməkdir. Onun işi bununla bitir. Əlavə proqramlar və ya yeniləmələr almaq üçün o, tərtibatçıya müraciət edir. Tərtibatçının skript yazması, sisadminin isə sonradan onları serverə quraşdırması xeyli vaxt aparır.

Başqa bir sisadmin isə skript olmadan proqrama heç bir yeniləmə quraşdıra bilməyəcəyini görür. Tərtibatçıya məktub yazmaq əvəzinə o, skripti özü yazır: sisadmin proqramlaşdırmanın əsaslarını bilir, Python proqramlaşdlırma dilində işləməyi bacarır və işin öhdəsindən gəlir. Tərtibatçı proqramın təkmilləşdirilməsi üzərində işləyir, sisadmin isə ona mane olmur. Bu, daha sürətli olur.

Şirkətlərdə DevOps proqramlaşdırma bacarığı olmadan işləyə bilməz. Bu, onun gördüyü işlərin natamam və sadələşdirilmiş siyahısıdır: serverləri sıfırdan quraşdırmaq, proqramlar üçün əməliyyat sistemi hazırlamaq, daxili şəbəkələrə qoşmaq, monitorinq aparmaq və ehtiyat nüsxə çıxarmaq.

Bütün bunları proqramlaşdırma bacarığı olmadan etmək mümkün deyil. Proqramlaşdırmanın əsaslarını bilən DevOps isə tərtibatçının nə ilə və necə işlədiyini anlayır.

Proqramlaşdırmanı bilməyən DevOps sadəcə sistem administratorudur. O, tərtibatçının yazdığı kodu oxuya bilmir və server üçün skript yazmağı bacarmır.

DevOps Python-dan necə yararlanır?

IT STEP Kompüter Akademiyasının «DevOps-инженер» təlim kursunda biz tələbələri DevOps üçün proqramlaşdırmanın əsasları ilə tanış edirik. Python proqramlaşdırma dilinin üstünlükləri, sistem administratorunun bilməli və bacarmalı olduğu şeylər və avtomatlaşdırma məsələlərinin 99%-nin bir proqramlaşdırma dili ilə necə idarə edilməli olduğundan bəhs edirik.

Gəlin DevOps mühəndisinin Python-dan istifadə etdiyi hallara baxaq.

"Boş resursların" təhlili vasitəsi. Mobil proqram tətbiqləri tərtib edən şirkətlər, mobil operatorlar buludlu anbarlardan  istifadə edirlər. Buludlu anbarı dəstəkləmək üçün şirkət ildə milyonlarla dollar xərcləyir. Python-da buludda istifadə olunmamış yerləri tapan və onları söndürən (отключить) bir bot yazmaq mümkündür. Orta hesabla, bir bot vasitəsilə işləməyən mənbələrin 40-50%-ni söndümək və həmin məbləğdə vəsaitə qənaət etmək olar.

Proqramda səhv axtaran skript. Server iri həcmli məlumat deməkdir. Bu qədər məlumatı əl ilə işləmək mümkün deyil. Bir skript yazmaqla səhvlərin monitorinq proqramını və tapşırıq sistemini birləşdirmək olar (Slack və ya Trello kimi). Proqram işə düşür, kodda bir səhv tapır, onu işləyir və avtomatik olaraq tapşırıq yaradır. Sisadmin səhv deyil, hazır tapşırıq görür: serverdəki problemi düzəltmək üçün nə etmək lazım olduğunu bilir.

Ansible və Kubernetes üçün Python lint testləri. Proqramı insanların görməsi üçün onu sınaqdan keçirmək və serverə quraşdırmaq tələb olunur. Kodu ya əllə və gözlə (proqrama daxil edərək, səhvləri aşkar edərək), ya da proqramla sınamaq olar. İkinci variantda Python-da avtomatik test proqramı yazılır. Bu, sisadminlərin gündə 10 Proqram və 100 yeniləmə buraxdığı zaman faydalıdır. Hər şeyi əl ilə yoxlamaq mümkün deyil.

Daha sadə vəziyyətlərə də rast gəlinir. Məsələn, onlayn bankçılıq üçün xüsusi bir skript yazırlar. Serveri yükləməmək üçün onlayn tətbiq hissələrə ayırır və yüzlərlə serverə quraşdırılır. Servisdə xəta yaranarsa, sisadminlər onu müəyyən bir serverdə tapacaqlar. Qeyd etdiyimiz kimi, həmin serverdə kodun yalnız bir hissəsi olur. Bu, bir serverin bazasındakı 10 000 kod sətrinin içərisində bir kod sətrini axtarmaqdan daha sürətlidir.

DevOps-un proqramlaşdırma ilə bağlı işləri çox olur. Bu, müxtəlif DevOps-ların maaşı arasındakı fərqin yaranmasının əsas səbəbidir. Sisadminlər isə proqramlaşdırma ilə məşğul olmur, onlar daha az iş görürlər. Work.ua saytının məlumatında sisadminin Ukraynada 21 000 qrivna, DevOps-un isə 70 000 qrivna maaş aldığı deyilir.

İstinad tezisləri

DevOps-un iki vəzifəsi var: tərtibatçı və sistem administratoru arasında ünsiyyət sazlamaq və şöbələr arasında fasiləsiz iş qurmaq. Məsələn: məhsul-server-yeniləmə-server-yeniləmə…

Tərtibatçıya mane olmamaq üçün DevOps proqramlaşdırmanı bilməlidir. Bu halda o, məhsulu özü sınayır, server üçün proqram yazır.

Sistem administratorunun işinin 99 faizini Python-la görmək olar.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti