STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İnteryer Dizaynda Minimalizim Nədir?

Dizayn

19.02.2026

267 baxışlar

İnteryer Dizaynda Minimalizim Nədir?

Minimalizm son illərin ən populyar dizayn trendlərindən biridir. Ancaq bu, sadəcə boş divarlar və ağ mebellər demək deyil. Minimalizm, əslində, "az amma məqsədli" fəlsəfəsini evimizə gətirmək, lazımsız əşyalardan qurtulmaq və nəticədə daha sakit, daha fərah bir yaşayış yeri yaratmaq deməkdir. Bəs evimizdə sakit və təmiz atmosferi necə yarada bilərik? Bu bloqda, minimalizmin interyer dizayndakı rolundan danışacayıq.

Minimalist Dizaynın Əsas Elementləri və Xüsusiyyətləri

Minimalist interyerin yaradılması rəng palitrasından mebel seçiminə qədər bir neçə əsas prinsipə əsaslanır. Minimalizm, ilk növbədə, neytral rənglərdən geniş istifadəni tələb edir. Ağ, krem, bej və bozun müxtəlif çalarları dominant olaraq istifadə edilir, çünki bu rənglər məkanı vizual olaraq genişləndirir və sakit bir fon yaradır. Bu neytral fonda isə təbii materialların (ağac, daş, metal) teksturası vurğulanır. Mebel seçimi minimalizmin funksional xarakterini tam əks etdirir. Burada əsas diqqət çoxfunksiyalılığa və sadə formaya verilir. Mebel təmiz, düz xətlərə və həndəsi formalara malik olmalı, hər hansı bir bəzəkdən və ya naxışdan uzaq olmalıdır. Yalnız funksional zərurət daşıyan parçalar saxlanılır. Məsələn, saxlama yeri olan divanlar və ya yığcamlaşdırıla bilən masalar bu stil üçün ideal həllərdir.

Minimalizmdə Dekorasiya və İşıqlandırmanın Rolu Nədir?

Minimalist dizaynda dekorasiya çox məhdud və diqqətlə seçilmiş olmalıdır. "Hər bir əşyanın öz yeri və məqsədi olmalıdır" prinsipi əsasdır. Bəs, minimalist məkanda dekorasiya üçün nələrə icazə verilir? Dekorativ əşyalar adətən sənət əsərləri, tək bir vaza və ya heykəl kimi, məkanın bütövlüyünü pozmayacaq, lakin diqqət mərkəzi yaradacaq parçalar olur. Əsas diqqət keyfiyyətə, formanın özünə yönəldilir. İşıqlandırma da minimalist interyerlərdə funksional və estetik rol oynayır. Təbii işıq maksimallaşdırılır, lakin süni işıqlandırma da funksional məqsədlərə xidmət edir.

Bəs hansı işıqlandırma həlləri bu stili tamamlayır? Sadə formalı, gizli və ya memarlıqla inteqrasiya olunmuş işıqlandırma həlləri (məsələn, spots və ya sadə lampalar) istifadə edilir. İşıqlandırma, məkanın təmiz xətlərini və təbii materiallarını vurğulamaq üçün istifadə olunur.
 

STEP IT Akademiyası olaraq biz tələbələrimizə 3D dizayn proqramlarını öyrədirik. Tədris proqramımızda siz minimalist dizaynın incəliklərini, interyer dizayn üslublarını, habelə Autodesk 3Ds Max, Autodesk AutoCAD və Unreal Engine 5 kimi alətlərlə düzgün şəkildə işləməyi mənimsəyəcəksiniz. Peşəkar interyer dizayner olmaq və mütəxəssis kimi formalaşmaq üçün bizə qoşula bilərsiniz.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti