STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Bootcamp nədir?

27.05.2020

10540 baxışlar

Hərfi tərcüməsi “boot camp” -  yəni “çəkmə düşərgəsi” olan bu terminin kökü hərbiçilərin intensiv şəkildə tədris alma formatına dayanır. Bu format sayəsində hərbiçilər 3 ilə deyil 3 aya bütün məşqələlərdən keçərək tam hazır səviyyəyə çatırlar. Bu format daha sonra qərbdə biznes məktəblərində də istifadə olunmağa başlayır və effektiv olur. Nəhayətində bu praktika IT sahəsinə də gələrək, geniş yayılmağa başlayır.

 

IT bootcamplarda tələbələr intensiv şəkildə proqramlaşdırmanın ən vacib və aktual tərəflərini öyrənərək qısa zamanda hazır işçi dərəcəsinə çatırlar. Tələbələr tədris zamanı real layihələr üzərində işlədikləri üçün topladıqları biliklər də lazımlı və aktual olur. 2015-ci ildə ABŞ-ın eks-prezidenti Barak Obamanın qərarı ilə IT bootcampların yayılması proqramına start verilir və beləliklə cəmi bir ilə, yəni 2016 cı ildə Amerikada IT bootcamplar 17966 hazır kvalifikasiyalı kadr təqdim edir.

 

Bootcamplarda istənilən bilik dərəcəli insanlar iştirak edə bilər. Hətta IT barədə heçnə bilməsəniz belə bootcamplara qatılaraq qısa zamanda IT sahəsində bir peşəyə yiyələnə bilərsiniz. Innovatorlar, sahibkarlar, startapçılar, öz gəlirindən narazı olan şəxslər - Bir sözlə hər kəs Bootcamplara qatıla bilər. Maraqlı faktlardan biri də odur ki, ABŞ-da bootcampların 43%i-ni qadınlar təşkil edir odur ki bizim xanımlar da heç çəkinmədən özlərini IT sahədə sınaya bilərlər.

 

 

Bəs Azərbaycanda IT Bootcamp varmı? Varsa necə qoşula bilərəm deyirsinizsə, diqqtiniz bizdə olsun. Ölkənin aparıcı IT Akademiyası böyüklər üçün Bakıda yay bootcampları təşkil edir. Bootcamp 10 həftəlik intensiv hazırlığı əhatə edir və Pyton proqramlaşdırma, kompüterin əsasları (Helpdesk) və ya  dizayn (Adobe Photoshop və Adobe Illustrator) sahələrini əhatə edir. 14-25 yaş arası hər bir şəxs sadaladığımız 3 istiqamətdən birini seçməklə bu link vasitəsilə bootcampın proqramı, vaxtı ilə tanış ola və qeydiyyatdan keçə bilər.

 

Niyə bootcamp?

 

  1. İntensivlik və sürət

    Bootcamp sizin vaxtınızı dəyərləndirir. Illəri ayları həftələtə qısaldır və sizə yalnız ən aktual və lazımlı bilikləri öyrədir.
     
  2. Tam Diqqət

    İlk saniyədən siz bütünlüklə prosesə qarışırsınız və texniki insan kimi düşünməyə məcbur olduğunuz üçün fikriniz dağılmır.
     
  3. Komanda iş və ekspertlər ilə müzakirələr

    Bootcampdakı Kouçlar səhnə spikerləri deyillər. Onlar sahənin real iştirakçılarıdırlar və sizin vaxtınızı boş uğur hekayələri ilə almayacaqlar. Onlar sizinlə üzbəüz müzakirələr aparıb sizin  inkişafınız üçün çalışacaqlar.
     
  4. Praktiki iş

    Bootcampda boş nəzəriyyələrə yer yoxdur. Yalnız real layihələr və aktual tapşırıqlar olur.
     
  5. Disiplin

    Proqramın intensiv olması və komandaların dəstəyi sizə geri çəkilməyə imkan vermir. Əgər bu işə başlamısınızsa sona qədər gedəcəksiniz.

 

Əgər siz tələbə, şagird və universitet məzunusunuzsa, yay həftələrini daha dolğun və maraqlı keçirmək istəyirsinizsə, bu sizin üçün əla fürsət ola bilər. Bootcampımızda qeydiyyatdan keçmək üçün bura tıklayın.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti