STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

UI və UX Arasında Hansı Fərqlər Var?

Dizayn

19.02.2026

213 baxışlar

UI və UX Arasında Hansı Fərqlər Var?

Rəqəmsal məhsul dünyasında ən çox qarşılaşdığımız terminlər UI (İstifadəçi İnterfeysi) və UX (İstifadəçi Təcrübəsi)-dir. Bu iki anlayış daim bir yerdə işlənsədə, onların mahiyyəti əslində fərqlidir. Bir çox insanlar bu fərqi tam ayırd edə bilmir və düşünür ki, gözəl görünən hər şey avtomatik olaraq yaxşı dizayndır. Lakin, effektiv bir tətbiq və ya veb dizaynı yaratmaq üçün həm gözəlliyə (UI), həm də rahatlığa (UX) diqqət yetirmək lazımdır. Bəs, UI və UX arasında hansı fərqlər var və bu iki sahə məhsulun keyfiyyətini təmin etmək üçün necə birlikdə çalışır? Gəlin bu suallara cavab tapaq və bir ui ux dizaynerinin işində bu elementlərin hansı rol oynadığını birlikdə öyrənək.

Dizayn Prosesində UI və UX-ın Rolu

Dizayn prosesində hər iki sahənin özünəməxsus rolları var. UX dizayneri prosesə daha erkən başlayır. O, istifadəçi tədqiqatı aparır, problemləri müəyyənləşdirir və məhsulun təməl strukturunu (wireframe-lər, informasiya arxitekturası) qurur. UX-in əsas məqsədi məhsulun məntiqli, istifadəyə asan və effektiv olmasını təmin etməkdir. UI dizayneri isə bu təməl üzərində işləyir, vizual elementləri, rəng palitrasını, tipoqrafiyanı və ikonları seçir, son maketləri (mockup) hazırlayır. UI dizaynının rolu məhsulun cazibədar görünüşünü təmin etməkdir. UX nəyin qurulacağını, UI isə onun necə görünüb hiss ediləcəyini müəyyənləşdirir.

Keyfiyyətli Məhsul Dizaynı Üçün UI və UX-i Necə Birlikdə İstifadə Etməli?

Uğurlu məhsulun sirri UI və UX-in mükəmməl şəkildə birləşməsindədir. Bu iki sahə bir-birini dəstəkləməlidir: əla UX (yəni, asan funksionallıq) zəif UI (xoşagəlməz görünüş) səbəbindən uğursuz ola bilər, eynilə çox gözəl UI (gözəl görünüş) zəif UX (çətin naviqasiya) səbəbindən işləməz. Uİ UX dizaynerlər bu birliyi təmin etmək üçün qarşılıqlı dizayn prosesini tətbiq edirlər: UX-in qurduğu wireframe-lər UI tərəfindən vizual şəkildə zənginləşdirilir və ardınca Figma kimi alətlərdə hazırlanan prototiplər istifadəçilər üzərində test edilir. Beləliklə, estetik görünüş (UI) və funksional rahatlıq (UX) eyni vaxtda optimallaşdırılır.

UX UI dizayn prosesinin incəliklərini, Figma kimi lazımi alətləri və vizual elementlərin tətbiqini öyrənmək istəyirsiniz? STEP IT Akademiyası olaraq biz sizə dizaynın dilini öyrədir, UX Uİ üçün lazım olan proqramlarla praktik bacarıqları aşılayırıq. Təlimlər və qəbul şərtləri haqqında daha ətraflı məlumat almaq üçün indi bizimlə əlaqə saxlayın!



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti