STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Qrafik dizayner kimi karyera quranlar üçün ilkin əməllər siyahısı

IT Step

Dizayn

18.08.2023

4836 baxışlar

Nikolayla tanış olun. Onun 23 yaşı var. Səhər TikTok lentini vərəqləyir və müasir gənclər haqqında çəkilmiş seriyalar üçün dəli olur. Uzun müddət mobil telefon mağazasında satış məsləhətçisi kimi çalışıb. Amma artıq yorulub.

Nikolay bloknotunda və ya Photoshop-da rəsm çəkməyi sevir. O, boş vaxtlarında Photoshop-la məşğul olur, əsas alətləri və əmrləri istifadə edə bilir.

Hazırda Nikolay yeni bir işə başlamaq üçün ilham mənbəyi axtarır. Tanışlarından qrafik dizayner kimi işləyə biləcəyini eşidib. Bu haqda məlumat və təlim kursu axtarmağa qərar verib. O yalnız faydasız materialı öyrənməyə çox vaxt və pul sərf etməmək, eləcə də mürəkkəb işlərə rast gəlib ruhdan düşməmək haqqında düşünür.

Biz Nikolaya qrafik dizaynerin kim olduğunu və nə etdiyini söylədik. Və ən əsası, biz ona müəllimlərdən yalnız nəzəriyyəni və ev tapşırığının yerinə yetirilmə qaydasını öyrənməklə kifayətlənməməyin, müştərilərlə işləməyin nə qədər zəruri olduğunu izah etdik.

Qrafik dizayner yalnız qrafika üzərində işləmir

Nikolay dizayner peşəsi ilə bağlı uzun izahları dinləmək istəmədi. O, sadə dildə danışmağımızı üstün tutdu. Karyera quruculuğunun əməllər siyahısını istədi. Biz də bu siyahını tərtib etdik.

Qrafik dizaynerin vəzifəsi anlayışları, düşüncələri və duyğuları görüntü vasitəsilə ötürməkdir. Yazıçılar kitab personajlarını psixoloji xüsusiyyətlər, kəskin epitetlər və iti metaforalar vasitəsilə təsvir etdikləri kimi.

Başqa sözlə, qrafik dizaynerlər görüntü vasitəsilə ünsiyyət qururlar. Müştərilərin istəyi ilə onlar layihənin ideyalarını və dəyərlərini çatdıracaq, şirkətin nüfuzunu və ya malın və ya xidmətin özünəməxsusluğunu göstərməyə kömək edəcək istənilən görüntüdən istifadə edirlər.

Sizi dizaynerin gördüyü işlərin bir hissəsi ilə tanış etmək istəyirik: logo, reklam banneri, reklam vərəqi, brendbuk, plakat, broşur, sosial şəbəkələr üçün şəkil, korporativ kitab üçün üzlük.

İndi siz qrafik dizaynerin işinin yalnız rəsm çəkməkdən ibarət olmadığını başa düşürsünüz. O, rəssam deyil. Heç proqramçı da deyil. O həm usta, həm də menecerdir.

Həvəskarı peşəkardan yalnız 5 addım ayırır

Nikolay üçün qrafik dizayn yalnız bir hobbi kimi maraqlı deyil. O, pul qazanmaq istəyir. Biz bu yolda onu dəstəkləyirik.

Nikolayın karyerasının başlanğıcı üçün biz 5 bənd qeyd etdik. Onlar hər şeyi yerbəyer edir: bu peşə maraqlıdırmı, onu öyrənmək istəyirsinizmi və ona qiymətli vaxtınızı və pulunuzu sərf etməyinizə dəyərmi.

Səviyyə 1. Qrafik Dizayn prinsiplərini öyrənin

Dizaynın əsasını iyerarxiya təşkil edir. Onsuz yaxşı logo hazırlamaq olmaz, maket yaradarkən onsuz elementləri düzmək olmaz. O hökmən nəzərə alınmalıdır.

Siz qrafik redaktorlardakı düymələri sıxaraq peşəkar dizayner ola bilərsiniz. Lakin dizayn prinsiplərini işdə necə tətbiq edəcəyinizi bilmirsinizsə, yaxşı nəticə əldə edə bilməzsiniz. Siz həvəskar səviyyəsində qalarsınız.

Həvəskar dizayner iyerarxiya, kompozisiya, şriftlər, rənglər və digər parametrlərin nə olduğunun xırdalıqlarını bilmir. İşi özünün gördüyü kimi icra edir. Və ya başqalarının nümunəsindən istifadə edir ki, bu da bəzi hallarda doğru olmur.

Rəssamlıq bacarığı inkişaf etdirilir, lakin digər bacarıqlar axsayır. Bu dizayner heç bir layihəni sıfırdan sonadək müstəqil şəkildə işləyə bilməz. Müvafiq olaraq onun işləri on az qazanc gətirir.

Səviyyə 2. Qrafik proqramlarda işləyin

Qrafik dizayner kağız vərəqinin nə olduğunu artıq unudub. O, layihələri çertyoj qovluqlarında və ya kağız sənədlərində təhvil vermir. O, işdə kompüter proqramlarından, yəni qrafik, video, animasiya redaktorlardan istifadə edir.

Müəyyən bir proqramın digərlərindən üstün olub-olmadığını təyin etmək mümkün deyil. Onların hər birinin öz məqsədi, platforması, müsbət və mənfi cəhətləri var: foto və 2D qrafika üçün Photoshop, maketlər, bannerlər və reklam işləri üçün Figma, vektor qrafikası üçün Illustrator. MacBook-dan istifadə edirsinizsə, Sketch-də işləyə bilərsiniz.

Bəzi proqramların (Figma və Sketch) alət və parametrləri oxşardır. Bu çox yaxşıdır. Belə ki, hər bir proqramı ayrı-ayrılıqda öyrənməyə ehtiyac qalmır. Müştəri müəyyən bir proqramdan istifadə etmənizi və layihəni ona müəyyən bir formatda təhvil vermənizi istəsə, siz artıq nə edəcəyinizi bilirsiniz. İstənilən vəziyyətə uyğunlaşmağı bacaran bir əməkdaşın dəyəri digərlərinkindən əhəmiyyətli dərəcədə artıq olur.

Rəqəmsal Dizayn kursunda biz tələbələrə Adobe şirkətinin Photoshop və Illustrator proqramlarında işləməyi öyrədirik. Bu proqramların işini bilməklə siz həm Axure, həm də Figma proqramında işləməyi asanlıqla öyrənəcəksiniz.

Unutmayın ki, rəssam karandaşsız və ya fırçasız, qrafik dizayner isə proqramsız işləmir.

Səviyyə 3. Təcrübə toplayın

Nikolay yavaş-yavaş dizayn nəzəriyyəsini öyrənir, artıq Photoshop-da da işləyir. Lakin sadəcə öyrənməyin heç bir mənası yoxdur. Bilik əməllər, beyin düşüncələri və əl hərəkətləri dəstəklənməlidir.

Təcrübə toplamağa başlayın. Biz sizə loqotip-dən başlamağı məsləhət görürük. Çox sadə bir loqotip hazırladığınız zaman siz dizaynın iyerarxiya, şrift, rəng və ölçü kimi bütün əsas prinsipləri ilə tanış olursunuz.

Loqotiplərdən hər yerdə istifadə olunur. Məsələn, vizit kartlarında, internet saytlarında. Bir məqaləni oxuduğunuz sayta daxil olduğunuz zaman siz sol üst küncdə mavi STEP IT Academy nişanını görmüsünüz. O da bir loqotipdir.

Özünüz və ya ailə üzvləriniz üçün bir loqotip hazırlayın. Yeni biznesə başlayan dostlarınızdan və tanışlarınızdan onların unikal dizayn elementinə ehtiyacı olub-olmasını soruşun. Həqiqi dizayn layihələri daha sürətli təlim almağa və təcrübə qazanmağa imkan verir.

Səviyyə 4. Başqalarından öyrənin

Rəssam kimi, dizayner də öz ideyalarını fantaziyasından çox nadir hallarda götürür. Çox vaxt layihə mövcud modellərin parçalarından yaradılır: burgerin forması və ya avtobusun parlaq rəngləri. Bu səbəbdən də xırdalıqlara diqqət yetirməyiniz lazımdır.

Təcrübəli həmkarlarınızın işinə diqqət yetirin. Sadəcə baxmaqla kifayətlənməyin, zəruri suallar verin:

  • Layihənin xüsusiyyətləri nədir?
  • Onu gözəl və təsirli hala salan nədir?
  • Yalnız layihəyə tamaşa etmək deyil, həm də elementlərin necə istifadə olunduğunu, müştərini maraqlandıran məqamları anlamaq lazımdır.

 

Mükəmməl qrafik dizayn nümunələrinə nə qədər çox baxsanız, dizayn prinsiplərini bir o qədər yaxşı başa düşərsiniz. Bundan əlavə, dizayn nümunələrinə diqqətlə baxdıqca siz düşüncələrinizi qruplaşdırırsınız. Sonra öz üslubunuz meydana gəlir. Həmin üslub sizin də, müştərinizin də zövqünə uyğun olur.

Behance.net saytındakı işlərlə tanış olun, İnstagram dizaynerlərini izləyin. İnternetdəki dizayner icmalarına qoşulun.

Səviyyə 5. Portfolio tərtib edin

Nəzəriyyə, təcrübə və müşahidəniz var. Deməli, portfolio hazırlamaq vaxtıdır!

Qrafik dizaynerin portfoliosu onun ən yaxşı əsərlərinin toplusudur. Müştəri üçün sizin ortabab işi necə görməyiniz və ya harada səhv etməyiniz maraqlı deyil. Ona işləri mükəmməl olan bir mütəxəssis lazımdır. Sizin hər işiniz maraqlı və cəlbedici olmalıdır.

Xülasə

Hər kəsin səhvi olur. Ancaq hər kəsin işə yanaşması fərqlidir.

Çoxları motivasiyasını itirərək bu yolu sonadək keçməkdən imtina edir. Yorulmadan işləyənlər, lakin heç bir fayda götürməyən də olur. Bunun səbəbi onların heç bir məqsəd görməməsi və ilham mənbəyi tapmamasıdır. Bunu peşəkarlar deyil, məhz həvəskarlar edir.

IT STEP Kompüter Akademiyasının qrafik dizayn kursunda Nikolay qrafik dizayner peşəsinin yalnız ürəyə yatan bir iş deyil, həm də bir sənət olduğunu öyrənib. Onun üçün heç bir ilham mənbəyinə ehtiyac yoxdur. Əlinizdə bir layihə olur və siz onun üzərində işləyirsiniz. Siz bu prosesdən zövq alırsınız! Bunu həvəskarlar deyil, məhz peşəkarlar edir.

Durmadan hərəkət edin! Bu link vasitəsilə kursun proqramı ilə tanış olun. Qrafik dizaynla yanaşı sizi montaj, animasiya və 3D kursları şəklində bonuslar gözləyir.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Kibertəhlükəsizlik

IT kursları nədir və kimlər üçün uyğundur?

IT kursları nədir və kimlər üçün uyğundur? IT kursları texnologiya sahəsində peşəkar biliklər əldə etmək istəyən hər kəs üçün nəzərdə tutulur. Bu kurslar proqramlaşdırma, data analitika, şəbəkə texnologiyaları və digər vacib sahələri əhatə edir. IT kompüter kursları həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun seçimdir. Bəs Bakıda IT kursları hansı üstünlükləri təqdim edir? Bakıda IT kursları müasir tədris proqramları və praktiki yanaşma ilə seçilir.  Real layihələr üzərində işləmək, Təcrübəli təlimçilərdən öyrənmək, Karyera yönümlü biliklər qazanmaq əsas üstünlüklər sırasındadır.  Bu yanaşma tələbələrin iş həyatına daha tez adaptasiya olmasına kömək edir. IT kursların qiyməti se&

ШАГ логотип

Kibertəhlükəsizlik

Fişinq Hücumları | Phishing Nədir və Necə Qorunmaq Olar?

Bir kliklə tələ - phishing necə işləyir? Phishing, istifadəçiləri manipulyasiya edərək onların şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə yönəlmiş kiber hücum növüdür. Bu hücumlar zamanı istifadəçiyə bank, sosial şəbəkə və ya rəsmi qurum adı altında saxta e-poçtlar, SMS-lər və bildirişlər göndərilir. Mesajdakı linkə daxil olan şəxs real sayta bənzər saxta səhifəyə yönləndirilir və məlumatlarını könüllü şəkildə paylaşır. Fişinq hücumları əsasən diqqətsizlik və tələskənlikdən istifadə etdiyi üçün olduqca effektiv və təhlükəlidir. Fişinq Hücumlarını Necə Tanımaq Olar? Fişinq cəhdlərini müəyyən etmək hər zaman asan olmur, çünki bu hücumlar getdikcə daha peşəkar şəkildə hazırlanır.  Gəlin bu hücumların necə baş verə biləcəyinə baxaq:

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

2026-cı İldə IT Sahəsində Baş Verəcək Texnoloji Yeniliklər

Süni intellekt 2026-cı ildə IT sahəsini necə dəyişəcək? 2026-cı ildə süni intellekt artıq təkcə köməkçi texnologiya deyil, IT sistemlərinin əsas qərarverici mexanizminə çevriləcək. Proqram təminatlarının hazırlanması, data analizi, kiber təhlükəsizlik və müştəri təcrübəsi süni intellekt əsasında daha sürətli və dəqiq şəkildə idarə olunacaq. Süni intellekt texnologiyaları sayəsində sistemlər böyük həcmdə məlumatı real vaxtda analiz edəcək, riskləri əvvəlcədən proqnozlaşdıracaq və avtomatik qərarlar qəbul edəcək. Bu da IT mütəxəssislərindən yalnız texniki bilik deyil, eyni zamanda analitik və strateji düşünmə bacarığı tələb edəcək.   Süni intellekt texnologiyaları və ağıllı avtomatlaşdırmanın yüksəlişi 2026-cı ilə qədər süni intellekt texnologiyaları klassik avtomatlaşdırmanı geridə

ШАГ логотип

Proqramlaşdırma

Alqoritm nədir? Alqoritmik Dillər və Əsas Xassələrə Giriş

Alqoritm haqqında ümumi anlayış Alqoritm istənilən proqramlaşdırma və texnoloji sahənin təməlini təşkil edir. Alqoritm, müəyyən bir problemi həll etmək və ya nəticə əldə etmək üçün ardıcıl və məntiqli addımlar toplusudur. Gündəlik həyatda reseptlərdən tutmuş bank sistemlərinə qədər bir çox proses alqoritmlər əsasında işləyir. Bu anlayışı dərk etmək analitik düşüncəni gücləndirir və texniki problemlərə sistemli yanaşma formalaşdırır. Alqoritm nədir və alqoritmik dillər dedikdə nə başa düşülür? Alqoritm giriş məlumatlarını qəbul edib, müəyyən qaydalarla emal edərək çıxış nəticəsi verən addımlar ardıcıllığıdır. Alqoritmik dillər isə bu addımların yazılı və rəsmi şəkildə ifadə olunması üçün istifadə olunan dillərdir. Psevdokod, blok-sxemlər və proqramlaşdırma dilləri alqoritmləri

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti