STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İnformasiya təhlükəsizliyinin qorunması

09.11.2019

4265 baxışlar

Korporativ və dövlət təhlükəsizliyi məsələləri birbaşa olaraq informasiya təhlükəsizliyi, məlumatların qorunması və kompüter şəbəkələri və sistemi məsələləri ilə bağlıdır.

 

Kompüter sistemlərinin zəifliyi 2019 - ci ildə artacaq. Buna İnternet elementlərinin, zəif mühafizə olunan smartfonların geniş yayılması və informasiya təhlükəsizliyi məsələlərinə lazımi diqqətin olmaması təkan verəcək.

 

Kiber cinayətkarları kütləvidən nöqtəli şəxsi hücumuna çoxdan keçmişlər. Onlar casusluq, pul oğurluğu üçün istənilən imkanlardan istifadə edirlər və informasiyaların əldə olunması üçün fırıldaqla pullar ələ keçirirlər. Qanunsuz hərəkətlər üçün onların imkanları aşağıda qeyd olunanlara görə daha çox yaranır: zəif informasiya təhlükəsizliyi, qorunmayan İnternet elementləri və smartfonlar, təhlükəsizlik üçün ödəniş etmək marağının olmaması və ya ştatda İT – təhlükəsizliyi üzrə ekspert vəzifəsinin olmaması.

 

 

Kiber canilərin əsas məqsədi yalnız məlumatları ələ keçirmək deyil. Onlar tamahkar məqsədlər ilə misal üçün, şirkətin maliyyə məlumatlarının axınına nəzarət və ya növbəti hücumlar üçün istifadə edə biləcəkləri xüsusi kompüterlərə maraq göstərirlər. Hücumun nəticələrini məlumatları üçüncü şəxslərə və ya canilərə məlum olan korporasiyalar, siyasətçilər və ali dövlət məmurları, sadə sakinlər öz üzərilərində hiss edə bilərlər.

 

Ötən il kiber hücumların yarısından çoxu məqsədli idi. Onların əsas məqsədi – korporativ aktivlər idi. Proqram – şantajçıları geniş tətbiq olunur, maliyyə sahəsində dələduzluq və qanusuz yolla istifadəçilərin şəxsi məlumatlarının ələ keçirilməsi geniş yayılmışdır.

 

Böyük şirkətlərin bölmə rəhbərlərinı və korporasiya əməkdaşlarını çox zaman elektron poçt məktublarının köməyi ilə hücuma tuturlar. Elə bir istifadəçi yoxdur ki, spam axtarışına - ziyanverici proqramlara ssılkası olan axtarış nəticələrinə məruz qalmasın.

 

Ziyanverici proqramların quraşdırılması – bu yalnız narahatlıq deyildir. Bu çox təhlükəlidir. Ziyanverici  proqramlar kompüterdə olan müəyən məlumatları toplaya bilər və ya kompüterin daxili şəbəkəsinə hücum üçün əsas ola bilər.

 

Yalnız ziyanverici  reklamlar və saytlar deyil, eyni zamanda hesablar və müxtəlif bildirişləri olan poçt məktubları da təhlükəlidir.

 

Kompüterdə antivurusdan istifadə sözsüz ki, yaxşıdır. Əlavə olaraq proqram təminatını yeniləmək və İnternet səhifələrinə çox diqqətlə daxil olmaq lazımdır.

 

 

Çox zaman hücum qurbanları canilərin aktivliyini hiss etmirlər, canilər isə sistemdə qalma vaxtını artırırlar.

 

Son bir neçə il ərzində smartfonları da sındırmaq asandır. Mobil canilərin hücum mərkəzində - Android – smartfonlarıdır. Onlar zəifdir və bazarın böyük hissəsini tutur.

 

Korporasiyalar, istifadəçilər, siyasətçilər və məmurlar – heç kim artıq kiber canilər ilə üzləşməkdən  sığortalanmayıb. Bir çox hallar baş verə bilər: məxfi məlumatların riskə atılması, məlumatların və göstəricilərin sızması və ya axını, məlumatlara girişin bloklanması və məlumatların itməsi və s.

 

Beləliklə də, hücumlardan və onların nəticələrindən böyük şirkətlər və özəl istifadəçilər əziyyət çəkir. Hücumlar azalmağa başlayır, lakin daha dəqiq və daha effektiv olurlar. İndi artıq bir neçə il bundan əvvəl baş verən böyük xidmətlərin istifadəçi məlumatlarının itməsi və hücum faktları məlum olmuşdur.

 

Troyanlar, kriptoqraflar, İnternet elementləri – kiber canilər tərəfindən ziyanın vurulması üçün potensial imkanlardır.

 

İnformasiya təhlükəsizliyi sahəsində biliklər dəyərli aktivlərdir. Onlara aşağıdakılar aiddir: iş qaydası və onlayn təhlükəsizlik, məlumatlara girişə nəzarət və proqram təminatı, şəbəkə təhlükəsizliyi, məlumatların bərpası, kriptoqrafiya, ziyanverici  proqramlar, viruslar, troyanlar və onların kompüterlərə təsiri.

 

 

Step İT Akademiyasında “Şəbəkələr və kiber təhlükəsizlik” istiqaməti həm tələbələr, həm də işəgötürənlər arasında hər zaman məhşur olacaq. Təhlükəsizlik məsələsi inanılmaz dərəcədə tələb olunan və aktual məsələyə çevriləcək. Şirkətlər illər keçdikcə, istifadəçilərin daha çox şəxsi məlumatlarını əldə edir və onları qoruyacağını vəd edir.

 

Şəbəkələr və kiber təhlükəsizlik üzrə mütəxəssislər hər zaman məhşur olacaqlar. Nə qədər ki, kompüterlər var, məlumatlara giriş əldə etməyə cəhd edəcək canilər də olacaqdır.



Müəllif::

IT STEP Academy

Kibertəhlükəsizlik

Proqram Təminatının Yaradılması

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Proqramlaşdırma

Python Bootcamp nədir? Python dərsləri ilə IT karyerasına başlanğıc

Python bootcamp nədir? Python bootcamp qısa müddətdə intensiv və praktik şəkildə proqramlaşdırma bacarıqları qazandıran tədris proqramıdır. Bu format klassik uzunmüddətli kurslardan fərqli olaraq daha fokuslanmış, sürətli və nəticəyönümlü öyrənmə modelinə əsaslanır. Python proqramlaşdırma dili isə sadə sintaksisi və geniş istifadə sahəsi ilə IT sahəsinə başlamaq üçün ən uyğun dillərdən biri hesab olunur. Bu səbəbdən python bootcamp proqramları xüsusilə yeni başlayanlar üçün ideal seçim hesab edilir. Python Fundamentals Bootcamp nə vəd edir? Python Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçılar python proqramlaşdırma sahəsində baza biliklərini praktiki tapşırıqlar və layi

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Bootcamp Nədir? IT Bootcamp və Proqramlaşdırma Haqqında

Bootcamp nədir? Müasir dövrdə sürətli və praktik təhsil modelləri getdikcə daha çox tələb olunur. Bu modellərdən geniş yayılmışlarından biri də bootcamp formatıdır. Bootcamp qısa müddət ərzində intensiv və praktik yönümlü təhsil verən proqramdır. Əsas məqsəd iştirakçıların real layihələr üzərində işləyərək konkret peşə bacarıqları qazanmasıdır. Bootcamp proqramları klassik uzunmüddətli kurslardan fərqli olaraq daha fokuslanmış və nəticəyönümlü olur. Bu səbəbdən xüsusilə IT sahəsinə tez daxil olmaq istəyənlər üçün bootcamp modeli ideal seçim sayılır. IT Bootcamp necə keçirilir? IT bootcamp texnologiya sahəsində konkret ixtisas üzrə intensiv tədris proqramıdır. Bu proqramlar adətən bir neçə ay davam edir və iştirakçılar sıfırdan başlayaraq praktiki tapşırıqlar və layi

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

IT kursları nədir və kimlər üçün uyğundur?

IT kursları nədir və kimlər üçün uyğundur? IT kursları texnologiya sahəsində peşəkar biliklər əldə etmək istəyən hər kəs üçün nəzərdə tutulur. Bu kurslar proqramlaşdırma, data analitika, şəbəkə texnologiyaları və digər vacib sahələri əhatə edir. IT kompüter kursları həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun seçimdir. Bəs Bakıda IT kursları hansı üstünlükləri təqdim edir? Bakıda IT kursları müasir tədris proqramları və praktiki yanaşma ilə seçilir.  Real layihələr üzərində işləmək, Təcrübəli təlimçilərdən öyrənmək, Karyera yönümlü biliklər qazanmaq əsas üstünlüklər sırasındadır.  Bu yanaşma tələbələrin iş həyatına daha tez adaptasiya olmasına kömək edir. IT kursların qiyməti se&

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti