STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Orxan Mahmudlu: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır?

Dizayn

29.04.2024

889 baxışlar

Biz tez-tez tələbələrimizin və məzunlarımızın uğur hekayələrini sizinlə bölüşürük, lakin eyni zamanda bu uğurların arxasında sevimli müəllimlərimizin titanik əməyi olduğunu az qala unuduruq. Bu gün sizə Rəqəmsal Dizayn kafedrasının müəllimi Orxan Mahmudlu haqqında danışmaq və çoxlarını maraqlandıran suala cavab vermək istəyirik: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır?

Dizayn müəllimi olmaqda Sizi nə ruhlandırır və sizi ən çox nə məmnun edir?

Tələbələrlə işləməyi və zamanla onların uğurlu olduğunu, rəqəmsal sahəyə addım atıb bir məqsəd formalaşdırdıqlarını görmək məni bu sahədə müəllim/təlimçi olmağımın əsas səbəblərindən biridir deyə bilərəm. Xüsusəndə yeniyetmə və gənc tələbələrin bu sahəni öyrənib yerli xarici şirkətlərlə çalışması mənim üçün böyük stimuldur.

 

Tələbələrinizdə yaradıcılığı və dizayn tərzini necə inkişaf etdirməyə kömək edirsiniz?

Yaradıcılıq üçün faydalı olduğunu düşündüyüm kitab film animasiya/animelər  tövsiyyə edirəm. Əlavə olaraq uğurlu və yaradıcı dizaynerlərin portfoliolarını araştırmağı məsləhət görürəm

Niyə Adobe-dən sertifikat almağa qərar verdiniz və öyrənmə prosesində məqsədləriniz nə idi?

Düşünürəm ki, bu sahəni tələbələr öyrədib onları dizayn bazarına hazırlayarkən biz müəllimlər hər tərəfli olaraq yetkin və təcrübəli olmalıyıq . Və bunun üçün də daim inkişaf etməli və tələbələrə əmin əllərdə olduqlarını hiss etdirmək üçün çalışmalıyıq. Ona görə də hazırda bu sahədəki ən prestijli sertifikatlardan olan Adobe sertifikatını almaq həm tələbələrim üçün faydalı həm də mənim üçün maraqlı təcrübə olacağını düşündüm.

 

Tədris və peşəkar təcrübənizə əsaslanaraq yeni dizaynerlərə hansı məsləhətləri verirsiniz?

Dizaynı sadəcə bir gəlir mənbəyi olaraq yox davamlı olaraq maraqlı və yeni biliklər öyrənə biləcəkləri, inkişaf edib qlobal bazara açıla biləcəkləri bir sahə olaraq görüb əsas məqsədlərinin daimi bir rutinlə irəliləmək olmasını məsləhət görürəm.Və əmin ola bilərlər ki, əllərindən gələni edib daim inkişaf etsələr uğurlu və istedadlı dizayner olmaq qaçınılmaz olacaq.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti