STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

IT peşəsində pul qazanmağın 6 yolu

IT Step

10.08.2023

972 baxış

Məqalədə biz iş birjası və ya qonşulara və tanışlara Windows əməliyyat sisteminin quraşdırılması kimi üsulları nəzərdən keçirməmişik. Dünyada qazanc əldə etməyin üsulları kifayət qədər çoxdur. Siyahıda yer alanların birini və bir neçəsini sınaqdan keçirin. Bunu siz hətta proqramlaşdırma kursunun   birinci dərsindən əvvəl də edə bilərsiniz. Başlayın!

Telegram-da bir bloq yaradın və onda monetizasiyanı işə salın

Pul qazanmağın çətinliyi təcrübəsiz olmaqdadır. Hətta gələcəkdə proqramçı olub-olmayacağınız haqda hələ qərar verməmisinizsə belə, bloq yaratmaqdan çəkinməyin. Auditoriya başqasının keçdiyi yolu təhlil etməyi sevir: nə öyrənmisiniz, hansı istiqamətə getmişiniz və kursdan gözləntiniz nədir.

Telegram-da bilik, bacarıq və təcrübə ilə pul qazanmaq digər sosial şəbəkələrlə müqayisədə daha asandır. Messencerdə şəkillər çəkmək, profilin tərtib edilməsinə vaxt sərf etmək və axtarış sistemindən istifadə etmək vacib deyil. 1-2 dəqiqədən sonra kanalınız hazırdır və siz yazmağa başlaya bilərsiniz.

Telegram kanalının irəliləməsi üçün lazım olan ümumiləşdirilmiş əməllər siyahısı ilə tanış olun:

  • Necə təhsil aldığınız, kursda hansı layihələr yaratdığınız və həmkarlarınızla paylaşmaq istədiyiniz maraqlı şeylər haqqında yazdığınız bir kanal yaradın. Mövzu sizin istək və marağınızdan asılıdır.
  • İlk abunəçilərinizi yığın. Dostlardan, sinif yoldaşlarından abunə olmağı xahiş edin. Onların marağını faydalı məsləhətlər və həyat hekayələri ilə cəlb edin. Onları kanal haqqında dost-tanışlarına danışmağa təşviq edin.
  • Bu üsulla ilk yüz abunəçinizi yığın. Sonra oxşar kanallar axtarın və reklam təklif edin.
  • Digər kanallarda reklam alın və ya daha geniş auditoriya cəlb etmək üçün qonaq postları yazın.
  • Sonra kanalda istədiyiniz üsulla monetizasiyanı işə salın: reklam postları
    yazmaq, pullu məsləhətləşmələr aparmaq, abunəçilərə proqram və təlim kursları satmaq. Abunəçi bazası toplaya, kanalınızı sata və yenisini yarada bilərsiniz.

Bir reklam postunun qiyməti ən azı 100 dollardır. Deməli, bu işlək metoddan istifadə etmək lazımdır. 

Mətn yazmaq istəyi yoxdursa, video çəkib Youtube-də yerləşdirin.

 

Burada pul qazanmaq asandır. Kanalda proqramlaşdırma dərsləri keçməsəniz, proqramlaşdırma biliyi zəruri deyil. Video çəkilişi, montaj, qrafik redaktorlarda iş bacarığı lazımdır. Bunlar da heç də hər zaman lazım olmur.

Bu üsul ssenari yazmağı sevməyən və ya mətnlərin redaktəsini bacarmayanlara uyğundur. Siz sadəcə yaxşı danışır və proqramçı peşəsində maraqlı hallardan bəhs edə bilərsiniz.

Kanalla bağlı 4 ideya:

1.       IT-də həyat: tələbədən tutmuş proqramçıya qədər. Sizin IT sahəsini yeni öyrənənlərə bu sahə, karyera və proqramçı olmaq imkanlarından bəhs etdiyiniz yarımpeşəkar bloq.

2.       IT sahəsində problemləri necə həll etməli. Kod yazmağı və ya səhv düzəltməyi artıq bilirsinizsə, başqalarına öyrədin.

3.       Proqramlara baxış. Hər hansı bir proqram tətbiqi haqqında fikrinizi bölüşün: hansı hissəsi yaxşı alınıb, hansı hissəni isə bir az da işləmək lazımdır.

4.       Müsahibə. Məsələn, IT STEP Kompüter Akademiyasının müəllimləri ilə razılaşın. Siz bir mütəxəssis dəvət edirsiniz, ona müəyyən bir mövzu ilə bağlı suallar verirsiniz. Bir neçə saat montaj etdikdən sonra əlinizdə maraqlı bir video olar.

Üzünüzü göstərməyiniz zəruri deyil. Auditoriyanın marağını oyatmaq üçün çoxları yaratdığı kanalda özünün kim olduğunu gizlədir. İzləyicilərdə istər-istəməz maraq oyanır: "bəs maskanın altındakı kimdir?” Sınayın!

Kanaldan pul qazanmağın yolları düşündüyünüzdən daha çoxdur: sponsor proqramını və Youtube reklamlarını qoşun, videolara reklam inteqrasiyalarını satın və ya Patreon-da xüsusi kontent yerləşdirin və ödənişli premium abunə daxil edin.

Sizdən yalnız istək və video kontenti tələb olunur.

Proqram yazıb satın. Təcrübəsiz mütəxəssislərin məhsullarına maraq hər zaman olur.

Bu qazancın mürəkkəbliyi orta səviyyədədir. Proqram tətbiqlərini tərtib etmək üçün proqramlaşdırmanı bilmək lazımdır.

Öz həyatlarını asanlaşdırmaq üçün insanlar pul ödəyir. SEO mütəxəssisi üçün əsas sorğuların toplanmasının avtomatlaşdırılması, blogger üçünsə sosial şəbəkələrdə kontentin avtomatik dərc edilməsi proqramı uyğun gələr. Nəyə tələbat olduğunu təyin edin və variantlar axtarın.

Müştərilərin təcrübəsiz proqramçıların işlərini sevməsinin aşağıdakı səbəbləri var:

1.       Onlar ucuz olur. Öyrənməkdə olan bir proqramçı kifayət qədər tanınmadığı və təcrübə toplamadığı üçün müştəridən iri məbləğ tələb edə bilmir. Həmin proqramçının yaratdığı proqram isə işləyə və müştəriyə qazanc gətirə bilər.

2.       Proqramçının daimi iş yeri ilə təmin olunmasından əvvəl onu “ələ keçirmək”, yəni ona iş yeri təklif etmək imkanı. Yaxşı proqramlar hazırlayırsınızsa, diqqət çəkəcəyinizdən əmin olun. İşinizin istifadəçilərinə mesaj yazıb onlara öz xidmətlərinizi təklif edə bilərsiniz. Bəlkə də onlar sizinlə necə əlaqə quracaqlarını bilmir.

Proqram həm müəyyən sahənin mütəxəssisləri, həm də freelancerlərə lazım olur. Bundan əlavə, avtomatlaşma həm maliyyə əməliyyatları, həm də kriptovalyuta üçün tələb olunur. Bu tələbatdan treyderlər, agentliklər və investorlar geniş istifadə edir.

Təcrübəsiz proqramçılar adətən Python botlarında məşq edirlər. Botlar kriptovalyuta haqqında məlumat toplaya, qrafiklərdə sıçrayışlar barədə məlumat verə, yeni Token və NFT haqqında bildiriş göndərə bilər.

Müəyyən bir proqramı frilansdan istifadə etmədən satmağın yolları çoxdur. Siyahıya ilə tanış olun:

1. Proqram təklif edən saytın bir bloq və ya kontekstli reklam vasitəsilə irəliləməsini təmin edin.

2. Sosial şəbəkələrdə satın. Əvvəlcə məhsulun elanını verin, onu auditoriyaya postlarla və storislə təqdim edin: nə üçün nəzərdə tutulur, kim üçün faydalıdır, haradan almaq olar.

3. Github Market-də tərtibatçı olun. Orada proqramların pulsuz demo versiyaları yerləşdirilir. Tam versiya üçünsə müştəri əlavə pul ödəməlidir.

4. Ağızdan-ağıza. Proqramlarınıza ehtiyacı olan tanışlarınız varsa, onlar üçün proqram yazın. Tələsin!

5. Birbaşa satın. Kriptovalyuta botu misalında olduğu kimi, sosial şəbəkələrdə agentliklər və ya treyderlər tapıb onlarla əməkdaşlıq edin.

Vacib qeyd: sayta həm məhsulun ilkin kodunu, həm də xidmətə abunəliyi satmaq olar. Hansı üsulun sizə daha yaxşı uyğun olduğunu siz özünüz təyin edirsiniz. Sınayın!

100$-dan yuxarı əmək haqqı alan Baqhanter olun, yəni saytlarda səhv axtarın

Portfolionuza: "Aliexpress, Google və ABŞ Müdafiə Nazirliyi ilə işləmişəm" sözlərini əlavə edin. İnanın ki, bunu hətta kursu bitirib proqramçı diplomunu ələ almanızdan əvvəl də etmək mümkündür.

Bug Bounty Hunter bir proqramçı, sınaqçı və menecerdir. O şirkətin məhsullarının kodunu təhlil edir, səhvlər tapır və bir layihə üçün 100 dollardan artıq qazanc edir.

Pula qənaət etmək üçün şirkətlər proqramları sərbəst Baqhanterlər vasitəsilə sınaqdan keçirir. Üstəlik, məhsul üzərində çalışan insanların sayı nə qədər çox olarsa, səhvləri düzəltmək şansı bir o qədər çox olar. Ağıl ağıldan üstündür.

Sınaqçının iş axtarmasına ehtiyac yoxdur. Şirkətin rəsmi saytına və ya xüsusi bir platformaya daxil olduqdan sonra orada qeydiyyatdan keçib səhv axtarmağa başlayın.

Birinci variant HackerOne, HackenProof və ya Bugcrowd kimi saytlardan birinə daxil olmaqdır. Bunlar müxtəlif şirkətlərin Baghanter proqramlarının toplandığı platformalarıdır. Minimal mükafat 50 dollar təşkil edir.

İkinci variant şirkətin saytında təkliflər axtarmaqdır. Məsələn, Google Bug Hunting Community. Şirkət proqramlarında səhv tapırsınız, tərtibatçılara mesaj yazırsınız və pul qazanırsınız.

Üçüncü variant Github-da Bounty Bug Hunters proqramının iştirakçısı olmaqdır.

GitHub məhsullarının tarqet-list-indəki mükafatların mürəkkəbliyə görə bölgüsü aşağıdakı səviyyələrə uyğun aparılır: Low-Medium-High-Critical. Qeydiyyat üçün avtomatik razılığın alınması kimi əhəmiyyətsiz səhvlərin tapılmasına Low səviyyəsində ödənilən əmək haqqı 600 dollardan başlayır. Critical səviyyəsində isə istifadəçi məlumatları ilə bağlı səhvləri axtarmaq lazımdır. Məlumat sızıntısını tapdınız? Deməli, qazancınız 30.000 dollar təşkil edir.

Açığını desək, bu, o qədər də asan deyil. Şirkət dərhal əhəmiyyətli səhvləri özü tapır və düzəldir. Ancaq siz əhəmiyyəti bir qədər kiçik olanlar üzərində işləyib qazanc əldə bilərsiniz. Githab-ın tarqet-listində obyektlər çoxdur, hər kəsə kifayət edəcək qədər iş var.

Sponsor proqramlarında iştirak edin

Burada qazancın mürəkkəbliyi orta səviyyədən yüksəkdir. Kursda təhsil alarkən təqaüd proqramı ilə işləmək bəzən mümkün olmur.

Mentorluq, sponsorluq və təqaüd tədbirlərinin məqsədi birdir. Siz proqramda iştirak edirsiniz, bir layihə hazırlayırsınız və tələbə təqaüdü və ya onun bir hissəsini alırsınız (yarımçıq qalmış işə görə).

Ən geniş yayılmış təqaüd proqramlarının siyahısı. Proqramçı ixtisası üzrə pul qazanmaq üçün oxuyun və ruhlanın.

  • Google Summer of Code. Tələbə proqramçıları üçün hər il keçirilən bir proqram. Hər bir layihə üçün təqaüd məbləğı 1500 dollardan başlayır. Daha ətraflı linkdə.
  • European Space Agency: Summer of Code in Space. Kosmik sahəsi üçün layihələrin hazırlanması. Təqaüdlər 1000 avrodan başlayır, uğurla başa çatdıqdan sonra daha 3000 avro alırsınız. Məhsulu tərtib etmək üçün sizin 3 ay vaxtınız olur.
  • The X.Org Endless Vacation of Code. Bu proqram 2008-ci ildən fəaliyyət göstərir və hər kəsə çevik təqaüd sistemi təklif edir. Siz 3-4 ay ərzində kod yazıb komissiya təhvil verirsiniz. Təqaüd 500 dollardan başlayır. Planın bütün bəndlərini yerinə yetirdiyiniz təqdirdə komissiya sizə 5000 dollara-dək pul ödəyir.
  • Outreachy Program. Qadınlar və sosial azlıqlar üçün nəzərdə tutulmuş bir IT proqramı. Təqaüd məbləği bütün kurs üçün 7000 dollardır. Uzaq rejimdə (удаленный режим) 4 ay davam edir.

Mükafat almaq üçün digər proqramçılarla rəqabət aparın

Bu üsul dərhal qazanc vermir. Lakin sizi yeni tanışlıqlar, mümkün sifarişçilər ilə ünsiyyət və geniş təcrübə gözləyir.

Sizə müsabiqələrin siyahısını təqdim edirik:

  • Top Coder
  • Google Code Jam
  • Google Hash Code
  • Google Kick Start
  • ICFP Programming Contest
  • Microsoft Imagine Cup
  • Facebook Hacker Cup

Müsabiqələr yalnız tərtibatçılar üçün deyil, həm də işə götürənlər üçün faydalıdır. İşə götürənlər güclü proqramçı axtarır. Bu proqramçıları ayırd etməyin ən yaxşı yolu isə onların işinə baxmaqdır.

Diqqət çəkməniz üçün diplom aldıqdan sonra yox, karyeranızın başlanğıcında özünüzü təqdim edin. Axı güclü əlaqələr cibinizdəki pullardan daha əhəmiyyətlidir.

Hətta əgər təcrübəniz heç yoxdursa və proqramlaşdırma ilə bağlı heç nə bilmirsinizsə, müsabiqələrdə qeydiyyatdan keçib iştirak etməkdən çəkinməyin. Əgər o sizin yaşadığını şəhərdə keçirilirsə, gəlin və gələcək həmkarlarınızla ünsiyyət qurun, yeniliklər öyrənin. Müsabiqə uzaqdan internetlə keçirildikdə isə işlər daha asan olur. Qoşulun, müşahidə edin və təcrübə qazanın.

IT STEP Kompüter Akademiyasında siz həm öyrənir, həm də əlaqə və ünsiyyət qurursunuz. Kursun müxtəlif proqramları ilə işləyir və sertifikatlar əldə edirsiniz. Tədbirlərdə isə potensial işəgötürənlərə öz biliyinizi nümayiş etdirirsiniz.

Linkə daxil olub istədiyiniz kursu seçin. Biz isə sizə proqramçıların diplom almazdan əvvəl pul qazanmasını öyrədərik.

 

 



Müəllif::

IT STEP Academy

Ödənişlə bağlı məlumat - Expresspay

Hörmətli tələbələr və valideynlər! Nəzərinizə çatdırmaq istərdik ki, bu aydan etibarən təhsil haqqlarını yalnız Expresspay ödəniş sistemi vasitəsilə apara biləcəksiniz. Bu sistem vasitəsi ilə 3 üsul ilə ödəniş edə biləcəksiniz: terminaldan nağd mədaxil, elektron pul kisəsi bank kartı vasitəsi ilə. Qeyd edək ki, yalnız bank kartı ilə aparılmış ödənişlərdə sizdən komisiya tutulacaq, qalan ödəniş üsülları komisiyasızdır Diqqətinizə çatdırırıq ki, digər ödəniş sistemləri ilə əməkdaşlığımızı sentyabr ayı ərzində dayandıracayıq. Sentyabr ayı ərzində bu ödəniş sistemləri vasitəsi ilə qəbul edilmiş təhsil haqqların qeydində problemlərin yaşanmamasına görə, Sizdən onlardan istifadə etməməyinizi xahiş edirik. Expresspay ödəniş üsulları: 1. Expresspay aparatı (nağd ödəniş üç&u

ШАГ логотип

STEP IT Academy ilə rəqəmsal gələcəyə doğru start götürün: 2024-2025 tədris ili üçün qeydiyyat başladı

STEP IT Academy ilə İT dünyasına qoşulun! Texnologiyanın hər yerdə olduğu müasir dünyada İT bilikləri uğurun açarına çevrilir. İstər övladınıza İT sahəsində başlanğıc təhsil vermək, istərsə də karyeranızı dəyişmək istəsəniz, STEP IT Academy bu yolda sizə kömək etməyə hazırdır. STEP IT Academy ilə İT sahəsində uğura aparan yolunuz STEP IT Academy hər kəsin keyfiyyətli İT təhsili ala biləcəyi yerdir. Kurslarımız sizə sürətli texnoloji dünyada uğur qazanmağınıza kömək edəcək bacarıq və biliklər vermək üçün nəzərdə tutulub. Kiçik Kompüter Akademiyası - gələcək İT liderləri üçün başlanğıcdır 8-16 yaş arası gənc tələbələr üçün Kiçik Kompüter Akademiyasında proqramımız var. Biz hesab edirik ki, yaş İT öyrənməyə maneə deyil. Məqsədimiz gənc nəsli ru

ШАГ логотип

Dizayn

Arzu Bəxtiyarova: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır?

Dizayn müəllimi olmaqda Sizi nə ruhlandırır və sizi ən çox nə məmnun edir? Dizayn müəllimi olmaqda məni ən çox öyrənmək həvəsi, ruhlandırdı. Çünki öyrəndiyim bilikləri kiminlə isə bölüşmək istəyirdim. Bunun da ən yaxşı yolu müəllim olmaq idi. Ən çox məmnun olduğum hal isə tələbələrin çoxunun da bu məlumatları öyrənməyə həvəsinin olmağı idi. Tələbələrinizdə yaradıcılığı və dizayn tərzini necə inkişaf etdirməyə kömək edirsiniz? Dizayn tərzini inkişaf etdirmək üçün öz sahələrinə aid dizayn nümunələrinə baxmağı məsləhət görürəm. Yaradıcılığı inkişaf etdirmək üçün, öz tərzlərini yaratmaq üçün çox gəzməyi, araşdırmağı, öyrəndiklərini isə öz işlərinə tətbiq etməyi məsləhət görürəm. Səhv etməkdə

ШАГ логотип

Dizayn

Orxan Mahmudlu: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır?

Biz tez-tez tələbələrimizin və məzunlarımızın uğur hekayələrini sizinlə bölüşürük, lakin eyni zamanda bu uğurların arxasında sevimli müəllimlərimizin titanik əməyi olduğunu az qala unuduruq. Bu gün sizə Rəqəmsal Dizayn kafedrasının müəllimi Orxan Mahmudlu haqqında danışmaq və çoxlarını maraqlandıran suala cavab vermək istəyirik: dizaynerlər üçün Adobe sertifikatı nəyə lazımdır? Dizayn müəllimi olmaqda Sizi nə ruhlandırır və sizi ən çox nə məmnun edir? Tələbələrlə işləməyi və zamanla onların uğurlu olduğunu, rəqəmsal sahəyə addım atıb bir məqsəd formalaşdırdıqlarını görmək məni bu sahədə müəllim/təlimçi olmağımın əsas səbəblərindən biridir deyə bilərəm. Xüsusəndə yeniyetmə və gənc tələbələrin bu sahəni öyrənib yerli xarici şirkətlərlə çalışması mənim üç

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti