STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Necə Freelancer Qrafik Dizayner Olmaq Olar?

Dizayn

25.12.2025

433 baxış

Qrafik Dizayner Olaraq Freelance İş İmkanları

Hər gün səhər tezdən durub ofisə qaçmaq, sıxıcı iş qrafiki və limitli maaş... Bu ssenari sizə tanışdır? Elə buna görə də freelance (sərbəst) iş rejimi son illərdə ən populyar seçimə çevrilib. Xüsusilə qrafik dizayn sahəsində sərbəst işləməklə yüksək gəlir qazanmaq şansı çoxdur.

Azərbaycanda rəqəmsal dizayn sahəsi böyüdükcə, şirkətlər ofisdə oturan işçidən çox, işini bilən frilanserlərə üstünlük verir. Bəs bu rəqabətli bazarda öz yerinizi necə tuta bilərsiniz? Gəlin, mürəkkəb terminləri kənara qoyub, bu işin sadə və dəqiq yol xəritəsinə baxaq.

Təməli Düzgün Qoyun: Nəzəriyyə və Proqramlar

Çox adam elə bilir ki, kompüterə proqram yükləyən kimi dizayner olur. Amma iş belə deyil. Qrafik dizayn sadəcə "qəşəng şəkil" çəkmək yox, qarşı tərəfə bir mesajı düzgün çatdırmaq sənətidir.

Əgər bu işdə peşəkar olmaq istəyirsinizsə, aşağıdakıları mütləq bilməlisiniz:

  • Dizayn Qaydaları: Rənglər bir-biri ilə necə danışır? Şriftləri (yazı tiplərini) necə seçmək lazımdır? Göz oxşayan kompozisiya nədir? Bu təməl biliklər olmadan işiniz həvəskar görünəcək.
  • Proqram Bilikləri: Müasir dizaynerin "əli-qolu" Adobe IllustratorAdobe Photoshop proqramlarıdır. Illustrator-da loqo və vektor çizimləri, Photoshop-da isə şəkil emalı və sosial media postları yığılır.
  • Təhsil: Özbaşına öyrənmək çətin gəlirsə, yaxşı bir qrafik dizayn kursu keçmək işinizi xeyli sürətləndirər.

Diplom Yox, Portfolio Danışır

Freelance dünyasında müştəri sizdən "Universiteti qırmızı diplomla bitirmisən?" deyə soruşmayacaq. Onu maraqlandıran tək şey var: "Sən nə bacarırsan?"

Bunun sübutu isə sizin Portfolionuzdur.

  • Müştərim yoxdur, nəyi göstərim? Bu bəhanəni unudun. Xəyali layihələr edin. Məsələn, tanınmış bir şirkətin loqosunu yenidən dizayn edin (rebrendinq) və ya olmayan bir kofe brendi üçün qablaşdırma hazırlayın.
  • Keyfiyyətə üstünlük verin: Portfoliona 50 dənə zəif iş qoymaqdansa, 5 dənə "bomba" iş qoymaq daha yaxşıdır.

Müştəri Sizi Necə Tapacaq? (Şəxsi Brendinq)

Dünyanın ən yaxşı dizayneri olsanız belə, heç kim sizi tanımasa, sifariş gəlməyəcək. Utanmağı bir kənara qoyub, özünüzü reklam etməlisiniz.

  • Qlobal Platformalar: İşlərinizi BehanceDribbble kimi saytlara yükləyin. Bura dizaynerlərin vitrinidir, xarici müştərilər sizi buradan tapa bilər.
  • Sosial Media: LinkedInInstagram hesablarınızı aktiv saxlayın. Yaptığınız işləri paylaşın, prosesləri göstərin. Qoy insanlar bilsin ki, siz bu işin peşəkarısınız.
  • Əlaqələr (Networking): Bakıda keçirilən startap görüşlərinə, tədbirlərə qatılın. Canlı ünsiyyət, bəzən ən yaxşı reklamdan daha çox iş gətirir.

Qrafik dizayner kimi freelance işləmək səbir və davamlılıq tələb edir. Təməl bilikləri öyrənin, güclü portfolio yığın və özünüzü tanıtmaqdan çəkinməyin. Bu bilikləri öyrənmək üçün isə Step IT Academy olaraq təqdim etdiyimiz peşəkar qrafik dizayn kursu ilə real layihələr üzərində işləyərək praktiki təcrübə qazana bilərsiniz.

 



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti