STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Çap Üçün Dizayn Qaydaları: Ölçü, Rəng və Format

Dizayn

23.12.2025

413 baxışlar

Çap Üçün Qrafik Dizayn Necə Olmalıdır?

Qrafik dizayn sadəcə estetik görüntülər yaratmaq deyil, vizual elementlər vasitəsilə verilən mesajı hədəf kütləyə doğru çatdırmaq sənətidir. Tarixən qəzet, jurnal və afişalarla başlayan bu sahə, texnologiyanın inkişafı ilə rəqəmsal platformalara daşınsa da, çap dizaynı (print design) öz əhəmiyyətini heç vaxt itirməyib. Ancaq nəzərə almaq lazımdır ki, çap üçün dizayn hazırlayarkən rənglərin kağız üzərindəki davranışı, ölçü dəqiqliyi və material seçimi kimi amillər həlledici rol oynayır. Bu bloqda print üçün dizayn hazırlayarkən diqqət edilməli məqamlardan bəhs edəcəyik.

 

Print üçün Dizaynın Təməl Prinsipləri

Print dizaynı rəng modelləri (CMYK), yüksək keyfiyyətli (300 dpi) təsvirlər və çap kəsimi (bleed) kimi xüsusi texniki tələblərə əsaslanır. Bu təməl biliklər, dizaynerin karyerasının əsasını təşkil edir. Hətta rəqəmsal layihələr üzərində işləyərkən belə, düzgün kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi kimi printdən gələn üsullar dizaynın keyfiyyətini artırır.

Bu sahədə peşəkarlaşmaq istəyənlər üçün qrafik dizayn kursu və ya fərdi qrafik dizayn dərsləri almaq vacibdir. Bu təlimlər vasitəsilə siz, qrafik dizayn nedir sualının praktiki cavabını öyrənir, həm çap, həm də rəqəmsal layihələr üçün universal bacarıqlar əldə edirsiniz. Ən əsası, bu keçid dövründə köhnə və yeni üsulları birləşdirməyi öyrənmək, bazarda rəqabət qabiliyyətinizi artırır.

Photoshop və İllustrator Proqramları ilə Çap üçün dizayn hazırlamaq

Rəqəmsal dünyaya keçidin ən vacib hissəsi dizayn proqramları və onların funksionallığını dərindən mənimsəməkdir. Qrafik dizayn proqramları arasında lider mövqedə dayanan Adobe Photoshop və Adobe İllustrator həm print, həm də rəqəmsal dizayn üçün əvəzolunmazdır.

Adobe Photoshop əsasən rastr əsaslı şəkillərin redaktəsi, foto manipulyasiya və rəqəmsal rəsm üçün istifadə olunur. Printdə yüksək keyfiyyətli şəkillərin hazırlanması, rəqəmsalda isə veb bannerlər və sosial media qrafikaları üçün bu proqramın rolu əvəzsizdir. Photoshop dərsləri və ya photoshop kursu keçmək, bu proqramın bütün incəliklərini öyrənməyə imkan verir.

Digər tərəfdən, Adobe İllustrator vektor əsaslı qrafika, loqotiplər, ikonlar və çap üçün böyüdülə bilən illüstrasiyalar yaratmaq üçün ideal vasitədir. Vektor qrafikası keyfiyyət itirmədən istənilən ölçüyə miqyaslana bildiyi üçün, rəqəmsal keçiddə də loqo və brendinq elementlərinin hazırlanmasında əsas rol oynayır.

Uğurlu bir dizayner olmaq üçün bu iki proqramı paralel şəkildə öyrənmək və onların güclü tərəflərini birləşdirmək lazımdır. Photoshop dersleri ilə yanaşı, İllustrator üzrə də biliklərinizi artırmaq, sizi hər cür layihəyə hazır edəcək.
 

 



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti