STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Korporativ İT iyerarxiyası: Junior, Middle və Senior kimlərdir?

IT Step

Proqramlaşdırma

Kibertəhlükəsizlik

Dizayn

11.07.2023

4234 baxış

Hər peşədə mütəxəssisin səviyyəsini təyin edən vəzifələr var. IT mütəxəssisləri arasında peşəkarlığı müəyyənləşdirmək üçün Junior, Middle və Senior anlayışlarından istifadə olunur. Bu adlar kimlərə verilir və bu adları necə almaq olar? Gəlin bu məsələlərlə daha ətraflı tanış olaq.

Junior, Middle və Senior kimlərdir?

Proqramçılar arasında iyerarxiya bölgüsü çoxdan istifadə olunur, lakin əvvəllər proqramçılar sadəcə təcrübəsiz mütəxəssis və aparıcı proqramçı adlandırılırdı. Hal-hazırda bu anlayışlar daha konkret və dəqiqdir. Bu, xüsusilə HR menecerləri üçün çox rahatdır, çünki bu bölgü sayəsində onlar hər hansı bir namizədin şirkətdə hansı vəzifədə çalışa biləcəyini müəyyənləşdirirlər. Bəs Junior, Middle və Senior kimlərdir?

Junior (ingilis dilində “gənc”) demək olar ki, dünən Universitetini bitirib işdüzəlməyə gələn təcrübəsiz bir proqramçıdır. O çox zaman bildiyi bir proqramlaşdırma dilində sadə işləri görür. Çətin tapşırıqlar ona hələ verilmir. Bir çox hallarda şirkətdə təcrübə toplamağa gələn stajorlar da Junior adlanır.

Juniorun maaşı sahib olduğu bacarıqlardan və işlədiyi şirkətin fəaliyyət sahəsindən asılıdır. Məsələn, Ukraynada Python proqramlaşdırma dilində işləyən Junior proqramçı əvvəlcə 30000 qrivna, bir ildən sonra isə 50000 qrivna maaş alır. Junior-frontend proqramçısı 70000 qrivna qazana bilər.

Junior səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali və ya natamam ali təhsil (ali texniki təhsilə üstünlük verilir);
  • Proqramlaşdırmanın əsaslarını bilmək;
  • Səhvlər üzərində əzmlə çalışmaq bacarığı;
  • Bacarıqlarını artırmaq istəyi;
  • Tənqidlərə açıq olmaq və onlara adekvat reaksiya vermək.

Middle (ingilis dilində "orta") karyera nərdivanının ortasında yer almış bir proqramçıdır. O artıq gənc Junior deyil, lakin hələ yüksək səviyyəli peşəkar da hesab olunmur. Bu proqramçının peşə baxımından inkişafı dayanmazsa, onun karyerası sürətlə yüksələ bilər.

Middle proqramçısına "yuxarıdan" daha az nəzarət tələb olunur. O olduqca təcrübəli bir əməkdaşdır. Onun işinə artıq müstəqil layihələr və mürəkkəb tapşırıqlar daxildir. Onun tabeliyində hələ heç kim olmasa da, rəhbərlik artıq onun komanda və yeni gələnlər ilə münasibətinə diqqət yetirə bilər. Middle proqramçılar təcrübəsiz mütəxəssislərə tövsiyələr verə və onlarla master-klasslar keçirə bilər.

Middle proqramçılarının maaşı onların üzərinə qoyulan vəzifələrdən asılı olaraq 70000-100000 qrivna və ya daha yüksək olur.

HR menecerləri qeyd edir ki, middle səviyyəli bir proqramçının bir müddətdən sonrakı mərhələdə gördüyü işinin keyfiyyət göstəriciləri onun ilkin mərhələdə gördüyü işin keyfiyyət göstəricilərindən kəskin şəkildə fərqlənir. Peşə baxımından inkişaf və Middle proqramçısının Senior proqramçısına çevrilməsi növbəti mərhələ və daha çox məsuliyyət deməkdir.

Middle səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali təhsil (ali texniki təhsilə üstünlük verilir);
  • Proqram mühəndisliyi işini bilmək;
  • OS, SUBD və veb xidmətləri ilə işləyə bilmək;
  • Ünsiyyətli olmaq;
  • Mübahisəli vəziyyətləri həll edə bilmək.

Senior (ispan dilində "ağa") standart bir həll yolu olmayan mürəkkəb məsələləri həll edə bilən yüksək səviyyəli bir veb proqramçısıdır. Bir neçə layihənin icrasını düşünən, tabeliyində olan bütün əməkdaşları nəzarətdə saxlayan və komanda liderini əvəz etməklə iş prosesinə rəhbərlik edən senior proqramçı tez bir zamanda karyera nərdivanında daha yüksək səviyyəyə yüksələ bilər.

Bu mütəxəssisləri HR meneceri çox nadir hallarda kənardan işə götürür. Adətən onlar inkişaf edib bu səviyyəyə şirkətin daxilində çatır. Direktorlar onları itirmək istəmir, xüsusən də onların peşə keyfiyyətləri şəxsi keyfiyyətləri ilə sıx bağlı olduqda. Burada komanda işi böyük əhəmiyyət kəsb edir, çünki senior səviyyəli proqramçı şirkətin bütün əməkdaşları ilə işləməyi bacarmalıdır.

Bu qədər məsuliyyət senior proqramçının maaşını iri şirkətlərdə 100000-200000 qrivna səviyyəsinə qaldırır.

Senior proqramçısı həm geniş sahədə, həm də müəyyən bir ixtisas üzrə işləyə bilər. Bu, şirkətin ölçüsündən və hər bir mütəxəssisin görməli olduğu işin həcmindən asılıdır. Xüsusi sahə üzrə ixtisaslaşmış mütəxəssislər öz sahələrinin əsl peşəkarı olur. Öz işində hər cür çətinlik görmüş və yaxşı təcrübə toplamış senior proqramçı əvəzolunmaz və müstəqil olur, eləcə də ona həvalə edilmiş bütün işləri mükəmməlcə görür. Onların yüksək əmək haqqı alması tam təbiidir.

Senior səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali təhsil (ali texniki və bir neçə ali təhsilə üstünlük verilir);
  • İxtisasartırma kursları, vebinarlar və master-klasslarda iştirak;
  • İri bir şirkətdə ən azı 2-3 il iş təcrübəsi;
  • Bütün mövcud vasitələrdən istifadə etməklə layihələrin hazırlanmasında daimi iştirak;
  • Kommersiya korporativ layihələrdə iştirak;
  • Komanda işi və komandaya nəzarət;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə görə məsuliyyət, dedlaynlara nəzarət və şirkətin proqram təminatının keyfiyyətinin yoxlanması.

Bu bölgü nəyə lazımdır?

Çoxları proqramçıları bir cür iyerarxik sxemə bölməyin nəyə lazım olduğunu soruşur.

Birincisi, proqramçının maaşı birbaşa onun tutduğu mövqedən asılıdır.

İkincisi, təcrübəsiz proqramçıların hər biri Middle, sonra isə Senior olmaq üçün nə etməli olduğunu bilir. Onlar bir mərhələ ilə digər mərhələ arasındakı fərqi bilir və bu fərqi dəf etmək üçün necə işləməli olduğunu da aydın şəkildə başa düşür.

Üçüncüsü, proqramçıların arasındakı bu iyerarxiya onları öz kiçik dünyalarında ilişib qalmamağa və inkişaf edib yeni-yeni hədəflərə çatmağa təşviq edir.

Dördüncüsü, kənardan hər hansı bir işçinin işinin keyfiyyətinin qiymətləndirilməsində də bu sxemin üstünlükləri var. Middle proqramçısı işə düzəlməyə gələndə şirkətin rəhbəri işə təcrübəsiz bir proqramçı deyil, təcrübəli bir mütəxəssis götürdüyünü anlayır.

Hər bir təcrübəsiz IT işçisi zəhmət və əzm sayəsində hansı zirvələri fəth edə biləcəyini bilməlidir. Junior proqramçısından Senior proqramçısına aparan yoldakı bütün çətinlikləri dəf etməyə kömək edən amil motivasiya adlanır.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Kibertəhlükəsizlik

IT kursları nədir və kimlər üçün uyğundur?

IT kursları nədir və kimlər üçün uyğundur? IT kursları texnologiya sahəsində peşəkar biliklər əldə etmək istəyən hər kəs üçün nəzərdə tutulur. Bu kurslar proqramlaşdırma, data analitika, şəbəkə texnologiyaları və digər vacib sahələri əhatə edir. IT kompüter kursları həm yeni başlayanlar, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün uyğun seçimdir. Bəs Bakıda IT kursları hansı üstünlükləri təqdim edir? Bakıda IT kursları müasir tədris proqramları və praktiki yanaşma ilə seçilir.  Real layihələr üzərində işləmək, Təcrübəli təlimçilərdən öyrənmək, Karyera yönümlü biliklər qazanmaq əsas üstünlüklər sırasındadır.  Bu yanaşma tələbələrin iş həyatına daha tez adaptasiya olmasına kömək edir. IT kursların qiyməti se&

ШАГ логотип

Kibertəhlükəsizlik

Fişinq Hücumları | Phishing Nədir və Necə Qorunmaq Olar?

Bir kliklə tələ - phishing necə işləyir? Phishing, istifadəçiləri manipulyasiya edərək onların şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə yönəlmiş kiber hücum növüdür. Bu hücumlar zamanı istifadəçiyə bank, sosial şəbəkə və ya rəsmi qurum adı altında saxta e-poçtlar, SMS-lər və bildirişlər göndərilir. Mesajdakı linkə daxil olan şəxs real sayta bənzər saxta səhifəyə yönləndirilir və məlumatlarını könüllü şəkildə paylaşır. Fişinq hücumları əsasən diqqətsizlik və tələskənlikdən istifadə etdiyi üçün olduqca effektiv və təhlükəlidir. Fişinq Hücumlarını Necə Tanımaq Olar? Fişinq cəhdlərini müəyyən etmək hər zaman asan olmur, çünki bu hücumlar getdikcə daha peşəkar şəkildə hazırlanır.  Gəlin bu hücumların necə baş verə biləcəyinə baxaq:

ШАГ логотип

Proqramlaşdırma

Kibertəhlükəsizlik

2026-cı İldə IT Sahəsində Baş Verəcək Texnoloji Yeniliklər

Süni intellekt 2026-cı ildə IT sahəsini necə dəyişəcək? 2026-cı ildə süni intellekt artıq təkcə köməkçi texnologiya deyil, IT sistemlərinin əsas qərarverici mexanizminə çevriləcək. Proqram təminatlarının hazırlanması, data analizi, kiber təhlükəsizlik və müştəri təcrübəsi süni intellekt əsasında daha sürətli və dəqiq şəkildə idarə olunacaq. Süni intellekt texnologiyaları sayəsində sistemlər böyük həcmdə məlumatı real vaxtda analiz edəcək, riskləri əvvəlcədən proqnozlaşdıracaq və avtomatik qərarlar qəbul edəcək. Bu da IT mütəxəssislərindən yalnız texniki bilik deyil, eyni zamanda analitik və strateji düşünmə bacarığı tələb edəcək.   Süni intellekt texnologiyaları və ağıllı avtomatlaşdırmanın yüksəlişi 2026-cı ilə qədər süni intellekt texnologiyaları klassik avtomatlaşdırmanı geridə

ШАГ логотип

Proqramlaşdırma

Alqoritm nədir? Alqoritmik Dillər və Əsas Xassələrə Giriş

Alqoritm haqqında ümumi anlayış Alqoritm istənilən proqramlaşdırma və texnoloji sahənin təməlini təşkil edir. Alqoritm, müəyyən bir problemi həll etmək və ya nəticə əldə etmək üçün ardıcıl və məntiqli addımlar toplusudur. Gündəlik həyatda reseptlərdən tutmuş bank sistemlərinə qədər bir çox proses alqoritmlər əsasında işləyir. Bu anlayışı dərk etmək analitik düşüncəni gücləndirir və texniki problemlərə sistemli yanaşma formalaşdırır. Alqoritm nədir və alqoritmik dillər dedikdə nə başa düşülür? Alqoritm giriş məlumatlarını qəbul edib, müəyyən qaydalarla emal edərək çıxış nəticəsi verən addımlar ardıcıllığıdır. Alqoritmik dillər isə bu addımların yazılı və rəsmi şəkildə ifadə olunması üçün istifadə olunan dillərdir. Psevdokod, blok-sxemlər və proqramlaşdırma dilləri alqoritmləri

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti