STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Life is chocolate - Kiçik Kompüter Akademiyasının Tələbələrinin uğur hekayəsi

IT Step

Soft Skills

30.07.2020

2033 baxış

Bu dostluq, məqsədyönlük və əlbətdə bilik hekayəsidir. STEP Kiçik Kompüter Akademiyasının tələbələri Murad, Oleq, Məhəmməd və Nikolayın öz dilindən

 

 

“Hər şey 2019-cu ildə ilin final layihələrin təqdimatından başladı. Layihə mövzusu “Şirkətin yaradılması və təqdimatı” idi. Əsas şərt isə tədris ilində keçdiyimiz fənlərin elementlərinin təqdimatda istifadə edilməsi idi.

 

Gələcək şirkəti necə adlandıracağımızı və hansı istiqamətdə işləyəcəyini düşünürdük. "LIC" versiyasında razılaşdıq. "Life is chocolate" ifadəsinin qısaltması. "LIC"-nin ideyası şirniyyat və desertlər istehsal edən bir müəssisə idi.

 

Zamanla, STEP IT Academy-də final layihə işlərindən daha böyük bir şey etmək istədik. Qlobal dəyişikliklər istədik və bəlli oldu ki, üç nəfərlə Akademiyamızdan kənarda bu layihənin öhdəsindən gələ bilməyəcək. Buna görə də sayımızı artırdıq və bütün çətinliklərə hazırlaşdıq.

 

Şirkətin ideyası lap əvvəldən üzdə idi. Təhsilimiz zamanı öhdəsindən gəldiyimiz kiçik çətinlikləri xatırlayaraq İT sahəsində təzə başlayan insanlara kömək edə biləcəyimizi başa düşdük - https://www.lic-education.com/


Məhəmməd Lic Education-un veb saytını hazırlamağa başladı və nə qədər xərclədiyimizi və nə qədər geri götürəcəyimizi araşdıraraq maliyyəçimiz oldu. Oleq - Blender üzrə, Murad - Adobe İllustrator üzrə dərsliklərinin hazırlanması üzərində işləməyə, həmçinin Lic Education-un loqotipini və xidmətin bütün dizaynını hazırlamışdır. Nikolay sosial şəbəkələrdə təbliğat aparmağa və Kali Linux üzrə dərsliklərin hazırlanması üzərində işləməyə başladı.

 

 

Komandamız 3-cü kursu əla nəticələrlə başa vurdu, sinifdə birinci yeri tutdu və akademiyada təhsilimizin sonuna qədər bir yerdə qalacağımıza ümid edirik. 

 

Həmçinin STEP IT Academy sayəsində bir çox insana kömək edəcək qlobal Lic Education kimi layihəmiz ərsəyə gəldi.

 

Əvvəlcə "LIC" üzərində iş semestr üçün daha bir layihə kimi görünürdü, amma sonradan, hər biri öz işini mükəmməl yerinə yetirən çox məhsuldar bir komandaya çevrildik.

 

Məsələn mən,  LIC-in demək olar ki bütün 2D dizaynlı üzərində işləmişəm və bu mənim üçün həmişə xoşuma gəlib. Hazırda qrafik dizaynda ən populyar üslubun "flat" və ya "düz dizayn" olduğunu başa düşdük. Demək olar ki 3D istisna olmaqla, bütün dizaynımız: loqotiplər, təqdimatlar, bannerlər və s. bu üslubda hazırlanmışdır.

 

Dizayn sahəsində inkişaf etmək istərdim. Dizayn yaratmaq, həm də müxtəlif tətbiqlərin və hostinqlərin inkişafında kömək emək, ki bu da komandamız ilə etdiyimiz işdir.

 

Gələcəkdə IT sahəsində işləmək istəyirsinizsə, onda STEP IT Academy sizin üçün ən yaxşı yer olacaq. Akademiyadaki maraqlı dərslərdə ilk addımlarını atan IT mütəxəssisi, dizayner və ya proqramçı üçün lazım olan hər şey öyrədiləcəkdir.

 

 

İdeyanın özü birdən-birə yarandı və biz dərhal onu həyata keçirməyə başladıq.

 

Hər layihə üzərində yorulmadan çalışdıq və hər birimizizn öz rolu var idi. Əvvəlcə mən 2D qrafika ilə məşğul idim, lakin sonra bu fəaliyyət dostum Murad Bağırlıya verildi.

 

Lap əvvəldə mən daha çox LIC-in dizaynı və ideya təqdim etməklə məşğul idim. Bu il bir sıra dəyişikliklər oldu və onlardan biri LIC-də yeni üzv - Məhəmməd Babayevdir.

 

Hər birimizin öhdəlikləri var. Hal-hazırda mən Blender, ZBrush, Substance Painter, Quixel Mixer kimi 3D qrafik proqramlarını fəal şəkildə öyrənirəm. Bu yaxınlarda Unreal Engine oyun motorunu öyrənməyə başladım.

 

Akademiyanı çox sevirəm. Burada çoxlu dost və çox minnətdar olduğum müəllimlərlə tanış oldum. STEP IT Academy-yə daxil olmaq istəyən uşaqlar üçün bir şeyi deyim:

 

"Təəssüflənməyəcəksiniz! Akademiyada IT sahəsində inkişafınıza kömək edəcək çox şey öyrənəcəksiniz."

 

 

Artıq üç ildir STEP İT Akademiyasında oxuyuram. Hər gün STEP-də dərsləri gözləyirəm və onları qaçırmamağa çalışıram. Akademiyada ilk böyük uğurum Wix ilə gəldi. Atam üçün ayrı bir domen ilə bir sayt hazırlaşmışdım.

 

LIC-də veb saytımıza və tətbiqimizə cavabdehəm. LIC-də işləmək çox xoşuma gəlir. Hər gün şirkətin genişləndirilməsi və inkişafımızı müzakirə edirik. Komandamız çox yaxşı və məhsuldardır.

 

 

2019-cu ildə üç nəfər idi və bu ili mükəmməl başa vurduq. Akademiyada hər ilin sonu verilən layihə işlərində birinci yeri tudurduq. İndi dörd nəfərik var və əlimizdən gələni etməyə çalışırıq.

 

Komandamızdakı hər kəsə kömək etməyə çalışıram. Komandada fikir bildirəndə qulaq asıram. Komandamızda Kali Linux platforması üzrə ssenari müəllifi, animator və proqramçıyam.

 

Məncə, LIC komandasında hər şey əladır, hər gün əla fikirləri ilə təəccübləndirən uşaqlar ilə çox qürur duyuram.

 

İndi sosial mediada təbliğ ilə də məşğulam. Sosial şəbəkələrdə izləyici topladıqdan sonra üzərində işlədiyimiz növbəti qlobal layihəmiz var. Növbəti layihə ilə bağlı bütün kartları açıqlamayacağam, amma əmiəm ki bu layihə çoxlarına kömək edə bilər.

 

Biz Avropa ölkələrində inkişaf etmək istəyirik orada yaşayan yaradıcı insanlara ehtiyacımız var. Ukraynada, Çexiyada və ABŞ-da komanda yığmağı planlaşdırırıq.

 

3 ildir STEP IT Akademiyasındayam və buna heç vaxt peşman olmayacağam, çünki akademiya mənə fikrimi düzgün ifadə etməyi öyrətdi. Akademiyanın çox maraqlı təlim proqramı, çox mehriban uşaqlar, müasir avadanlığı və ən yaxşı müəllimləri var. Gələcəkdə İnformasiya Təhlükəsizliyi Mütəxəssisi olmaq niyyətindəyəm. "



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti