STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Güclü dizaynerin 2019-ci ildə ən mühüm 8 bacarığı

24.08.2019

2297 baxışlar

Veb-dizayna olan güclü tələbat dizayner peşəsini hər yerdə çox arzulanan və lazımlı etmişdir. Bu müasir və hər zaman inkişaf edən sahədə işləyərkən hətta başlanğıc mərhələdə belə yaxşı maliyyə qazancı əldə etmək olar. Güclü, lazımlı və arzulanan bir dizayner olmaq üçün hansı 8 əsas bacarığa malik olmaq lazımdır sualını cavablanırmağa çalışırıq.

1. Yaradıcı düşüncə və vizuallaşdırma.

 

 

Yaxşı dizayner sadəcə forma və rənglərlə oynayaraq əldə olan təsvirlərlərin işlənməsi ilə məşğul olmur. Öz müştərilərinin sifarişi ilə o, sonrakı təkrarsız işinin əsası olacaq qaralama (набросок) işlərini aparmağı bacarmalıdır. Öz düşüncələrini kağızda əks etdirmək bacarığı dizaynerin əsas müsbət cəhətidir! İşinin nəticəsini yalnız monitorun ekranında görmək mümkündürsə belə.

 

2. Tipoqrafika

 

 

Unutmayın ki, hətta müasir rəqəmsal texnologiya dövründə belə tipoqrafika dizaynerlər üçün öz aktuallıq və mühümlüyünü qoruyub saxlamaqdadır. İstənilən saytın ziyarətçiləri şriftlərin ölçüsünə, üslubuna və digər elementlərə qeyri-ixtiyari fikir verir. Şriftlərin saytdakı təsvirlərə və məzmuna uyğun olub-olmamasından asılı olaraq, onların verdiyi qiymət müsbət və mənfi ola bilər. Bu isə birbaşa saytdan istifadə ziyarətçilərin sayına təsir edir. Çap materialları üçün tipoqrafikanın əhəmiyyəti daha artıqdır. İstənilən halda peşəkar qrafik dizayner şriftlər, onların düzgün yerləşdirilməsi, şrift keqlinin  düzgün seçilməsi və digər elementlər haqqında müəyyən məlumatlara sahib olmalı və öz bilgilərini tətbiq etməyi bacarmalıdır.

 

3. Peşəkar proqram təminatı

 

 

Photoshop, Illustrator, InDesign – qrafik dizaynerin istifadə etdiyi proqramlardır. Dizaynerin işlətdiyi proqramların daimi yeniləndiyi və təkmilləşdiyindən, onların hamısını sayıb qurtarmaq mümkün deyil. Peşəkar dizayner ən azı bir neçə dizayn proqramı ilə işləməyi bacarmalı, eləcə də onların üstünlüklərini və çatışmazlıqlarını bilməlidir. Bundan əlavə o, bütün yeni dizayn proqramları haqqında vaxtında xəbər tutmadır.

 

4. Multimedia proqram təminatı.

 

 

Bəzən müştərilər öz saytlarında qrafik obyektlərindən daha artığını (kiçik animasiya çarxı, interaktiv infoqrafika) görmək istəyirlər. Belə sifarişləri həyata keçirmək və mürəkkəb iri layihələrlə işləmək üçün qrafik dizayner multimediya proqramlarında (Acrobat, Mayavə s.) işləməyi bacarmalıdır.

 

5. Rəng nəzəriyyəsi.

 

 

Rəng nəzəriyyəsi bilikləri yalnız rəssamlara gərək deyil. Rəngləri bir birinə qatmaq və uyğunlaşdırmaq bacarığı qiymətsizdir. Oxucu qeyri ixtiyari və ani olaraq saytdakı rəng seçimini qiymətləndirir. Rəng seçimi onun zövqüncə olmadığı halda o, öz axtarışını digər saytlarda davam etdirəcək. Həmçinin nəzəriyyəyə təkrarsız effektlərin yaradılmasına yol açan işıqlandırma və kölgənin salınması qaydaları da daxildir. 

 

6. Şablonun optimallaşdırılması.

 

 

Saytdakı bütün elementlər ziyarətçini saytın məqsədinə doğru aparacaq şəkildə yerləşdirilməlidir. Məsələn, yaratdığınız sayt internet-mağazadırsa, ziyarətçinin çox asan şəkildə sifariş verə bilməsi üçün şərait yaradılmalıdır. Bu zaman edilən təkliflər bezdirici olmamalıdır. Yaratdığınız saytda infoqrafika varsa, onu elə yerləşdirmək lazımdır ki, istifadəçidə ona ətraflı şəkildə baxmaq marağı oyansın. İstənilən görüntü ziyarətçi tərəfindən asanlıqla qavranmalı və saytda ahəngdar şəkildə yerləşməlidir.

 

7. HTML və CSS əsasları.

 

 

Peşəkar qrafik dizayner iş prosesində müstəqil sürətdə saytlardakı obyektlərin ölçüsünə düzəliş etməyi və onların yerini dəyişməyi bacarmalıdır. İnzibatçılıq etməsə belə, o, saytların idarə edilməsini bilməlidir. Bu biliklər ona qrafik elementlərin yaradılmasında və ümumi imkanların genişləndirilməsində köməklik edəcək

 

8. Poliqrafiya dizaynı.

 

 

Rəqəmsal texnologiya dövründə yaşadığımıza baxmayaraq, çap məhsullarına olan tələbat böyükdür. Hətta yalnız İnternet məkanında fəaliyyət göstərən şirkətlər belə əvvəl-axır çap məhsullarından istifadə edir. Elan vərəqləri, təqvimlər və bukletlər reklamda və müəyyən hadisələr haqqında məlumatın yayılmasında əvəzsizdir.

 

Step İT Akademiyasının "Kompüter qrafikası və dizayn" dərslərində siz tələbata uyğun və ən aktual biliklərə sahib olacaqsınız. Buradakı təcrübəli müəllimlər sizə dizayn dünyasının incəciklərini öyrədəcəklər.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti