STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Dizayn sahəsində 6 mühim vakansiya.

IT Step

Dizayn

16.03.2021

3899 baxışlar

Necə düşünürsünüz, dizaynerlər sizcə kimlərdir? Nəyə görə onlara dünyada bu qədər tələbat var və nəyə görə bizim ölkəmizdə insanlar bu peşəni buklet və banerlərlə bağlayırlar. Halbuki,  dizaynerlərin fəaliyyət sahəsi artıq çoxdan genişlənib.   Dizaynerlər, bu məqaləni oxuduğumuz telefon və kompüterin formasından başlayaraq ev, maşın və oyun personajlarının mürəkkəb üçölçülü modellərinə kimi  ətrafdakı bütün müasir dünyanı yaradan insanlardır.  Biz sizin üçün ümumuyyətlə dizayna qarşı düşüncənizi dəyişəcək 6 aktual dizayner vakansiyasını təqdim etmək qərara aldıq. Ən əsası odur ki, bu açıq vakansiyalar və iş yerləri bizdən elə də uzaq deyil. Biz xüsusi olaraq MDB ölkələrindən sizin üçün vakansiyaları seçmişik ki, gələcəyin çox yaxın olduğunu sizə göstərə bilək.

 

 

Vakansiya - 2D Artist (marketing)

Şirkət - Playrix

Şərtlər - uzaqdan (istənilən şəhər) və ya ofis 

Namizədə tələblər:

  • Photosop proqramını dərindən yiyələnmiş olmalı, Illustrator, Corel Draw, Flash  proqramlarını bilməsi də müsbət qarşılanır;
  • Kompozisiya prinsiplərini, tipoqrafiyanı, qrafik üslubları və onları tətbiq etmək qabiliyyətlərini bilmək;
  • Rəng, məkan və kompozisiya hissinin olması;
  • Qarfik planşetdə işləmə bacarığı;
  • İstifadə rahatlığı anlamaq;
  • Dizayn, veb-dizayn və ya oyunların hazırlanması sahəsi üzrə portfolio;
  • Cizgi film üslubunda işləmə arzusu.

Əmək haqqı – göstərilməyib.  

 

 

Vakansiyaikonlar üzrə 2D rəssam / dizayner

ŞirkətMagicCraft
Şərtlər - göstərilməyib

Namizədə tələblər:


• Photoshop yüksək səviyyədə

• İnterfeys və ikonlarla iş üzrə təcrübə

• Oyun sahəsinə maraq göstərmək

• Sürətli və keyfiyyətli işləmək bacarığı

• Portfolionun olması

• Test tapşırıq hazırlamağa hazır olsun.

Üstünlükləri olacaq

• UNITY-də iş təcrübəsi

• UI/UX Dizaynda təcrübə

Əmək haqqı  – 900 dollara –qədər

 

 

Vakansita - 3D Animator & Rigger
Şirkət –
Playrix
Şərtlər – Dünyanın istənilən yerindən sizə uyğun qrafiklə uzaqdan işləmə imkanı;
Namizədə tələblər:

  • Oyun və animasiya layihələrində animator və rigger kimi iş təcrübəsi;
  • Maya –nı yüksək səviyyədə bilmə;
  • Animasiyanın əsas prinsiplərini mükəmməl anlama;
  • Öz işinə həvəsli, oyun və cizgi filmlərinə maraqlı olması;
  • 3d modelləşdirmə təcrübəsi və anatomiya biliyinin olması da bir üstünlükdür;
  • Rəssamlıq üzrə təhsilin olması da xoş qarşılanır;
  • Portfolionun olması mütləqdir.

Əmək haqqı – göstərilməyib

 

 

Vakansiya - Motion Designer / Kompozer
Şirkət –
Lions Media
Şərtlər – Ofis işi
Namizədə tələblər:

  • Adobe AfterEffects, Adobe Photoshop, Adobe Illustrator bilikləri
  • 3D paketində (Maya, Cinema4D) iş təcrübəsi
  • Televiziyada/prodakşnda iş təcrübəsi / ixtisas üzrə ən azı 2 illik təcrübə
  • Portfoloi MÜTLƏQDİR (məktuba əlavədə link qoyulsun).

Əmək haqqı2 250$ - 2600$

 

 

Vakansiya - 3D-modeller / animator
Şirkət
Indium Games
ŞərtlərOfis işi
Namizədə tələblər:

  • Portfolionun olması
  • Maya/3D-Max –da işləmə bacarığı
  • Zbrush –da işləmə bacarığı
  • Substance, Unity 3d.-də iş təcrübəsi böyük üstünlükdür
  • Oyunlara olan sevgi və onları hazırlamaq arzusu.
  • 3D Studio Max
  • 3D Modelləşdirmə
  • ZBrush
  • Autodesk Maya

Əmək haqqı  – 850$

 

 

Vakansiya - 3D-dizayner
Şirkət
RAVAK
ŞərtlərOfisdə iş
Namizədə tələblər:

Qrafik proqramları üzrə biliklər (3d max, Corel, Photoshop, InDesign)

  • Keyfiyyətli layihələr yaratmaq və onlarla işləmə arzusu

  • Kreativlik

  • Müəyyən edilmiş müddətdə işi yerinə yetirmək

  • Portfolionun olması – MÜTLƏQDİR

Əmək haqqı1200$

 

Düşünürük ki, kompüter qrafikası və dizayn ixtisasının nə dərəcə əhəmiyyətli və yüksək maaşlı olduğunu  anlamaq üçün bu 6 vakansiya tamamilə kifayət edir. Siz zamanın nəbzini tutmaq, maraqlı və yüksək əmək haqqı ilə işə sahib olmaq istəyirsinizsə o zaman yuxarıda sadalanan tələbatların əksəriyyətinə nail olacağınız Kompüter Qrafikası və Dizayn üzrə  peşəkar təlim kursuna yazılmağa tələsin. Uğurlar!



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti