STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Uşaqlar üçün yaradılmış 4 proqramlaşdırma dili

Cəmalə Zeynalova

Soft Skills

20.04.2022

2320 baxışlar

Digital bir dünyaya göz açan uşaqların-bu istiqamətdə inkişafları çox asan olacaq. Texnologiyayla iç-içə yaşayacağımlz günlərə doğru irəlilədikcə düzgün istiqamət seçmək çox əhəmiyyətlidir.

 

Onlar səy göstərərək proqramlaşma bacarıqlarına sahib olarlarsa, gələcəkdə bunu bacarmayanlardan daha üstün olacaqlar. 4 yaşından 12 yaşınadək kiçik yaşlı uşaqlar üçün bu proqramlaşma dillərini tövsiyyə edərdim:

 

Scratch.

 

 

Massaçusets Texnologiya Universitetinin “Lifelong Kindergarten Lab” tərəfindən yaradılan proqramlaşdırma dilidir. Uşaqlara proqramlaşmanı öyrətməyə başlamanın ən yaxşı dili məhz budur. Öyrənilməsi asan olması ilə yanaşı, valideynlər üçün də təlimat və vəsaitləri də mövcuddur. Scratch real animasiyaların hazırlanması, populyar personajlarla yanaşı yenilərinin də yüklənməsi mümkün olan oyunların yaradılması üçün istifadə edilir. Həmçinin Scratch internetsiz də istifadə oluna bilir. Uşaqlar hazırladıqları yaradıcılıqlarını Scratch onlayn portalında da paylaşa bilərlər.

 

Blockly.

 

 

Google tərəfindən hazırlanan proqramlaşma dilidir. Bu əsasən Scratch proqramının işlənmiş versiyası olaraq, eynitipli əlaqəli tikinti bloklarından istifadə edir, lakin JavaScript, Python və PHP kimi müxtəlif proqramlaşdırma dillərində kod yazıla bilər. Bu bir keçid mərhələsi ola bilər, Scratch’ı mənimsədikdən sonra uşaqlar digər dilləri öyrənə bilərlər. Blokları birləşdirdikləri zaman ekranın yan tərəfindəki kodu görə və əsas proqram dil sintaksisindəki fərqi görmək üçün dilləri dəyişə bilərlər.

 

Alice

 

 

C ++ kimi obyekt yönümlü proqramlaşdırma dilləri anlayışlarını öyrətmək üçün Karnegi Mellon Universiteti tərəfindən 3 ölçülü proqramlaşdırma vasitəsi olaraq hazırlanmış bir proqramlaşdırma dilidir. Uşaqlara tikinti blokları yanaşmasından istifadə etməklə kamera hərəkətlərini, 3D modelləri və səhnələri proqramlaşdıraraq oyun və ya animasiya yaratmağa imkan vermək üçün. Bu dil uşaqları 3D qrafika və robototexnika kimi kəşflərə yönəldəcəkdir.

 

Swift Playgrounds

 

 

Switf - Apple şirkəti tərəfindən İOS tətbiqlərinin qurulması üçün hazırlanmış bir proqramlaşdırma dilidir. Swift Playgrounds (oyun meydançası) uşaqlara Swift proqramında proqramlaşma etməyi öyrətmək üçün hazırlanmış bir İPad oyundur. Tətbiq 3D dünyasında Bayt adlı bir personajın hərəkəti üçün hazırlanmış müxtəlif əmrlər əsasında çoxsaylı təlimatlardan ibarətdir. Swift Playgrounds bir-biri ilə əlaqəli blok interfeysindən istifadə etmir, lakin uşaqlar Swift Playgrounds mərhələsini yaxşı mənimsədikdən sonra, proqramın mobil tətbiqinin inkişafına da başlaya bilərlər.

 

Uşaqlara erkən yaşlarından kod yazmağı öyrətməklə, onlara ali məktəbə daxil olarkən ehtiyacları olan hesablama düçüncəsi, problem həll etmə və kritik düçüncə bacarıqlarını inkişaf etdirmiş olursunuz. Hesablama düşüncəsi fikirləri rasional və ardıcıl şəkildə ifadə etmək bacarığıdır.Bu bacarığı erkən yaşlarda inkişaf etdirmək lazımdır, çünki, böyüdükdən sonra onlarda bu çətinliklə alına bilər. Bu bacarıq addım-addım inkişaf tələb edən bir prosesdir

 

Cəmalə Zeynalova



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti