STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Blokçeyn texnologiyasından istifadə etməyin 10 ən maraqlı yolu

IT Step

Soft Skills

03.07.2023

3462 baxış

Blokçeyn buğunun texnologiyası deyil, o çoxdan icad edilib, ancaq yalnız 2008-ci ildə tanınıb və yalnız Bitkoin kriptovalyutası üçün.

Blokçeyn nədir? Sadə dillə desək, blokçeyn bir məlumat sistemidir. Bu sistem sənədlərin və digər obyektlərin uçotunun desentralizasiya edilməsi prinsipi ilə yaradılmışdır. O heç kimin və ya heç bir ölkənin və heç bir bankın səlahiyyətləri yurisdiksiyası altında deyil.

Blokçeyn necə işləyir? Blokçeyn bloklar zənciri şəklində qurulmuş bir verilənlər bazasından ibarət olduğundan, onu idarə etmək çox asandır. Hər bir blokun tərkibində əvvəlki və sonrakı blok haqqında məlumat var. Bu, sövdələşmələr, əməliyyatlar, köçürmələr, ödəmələr və digər əməllərlə bağlı qeydlərdir. İstənilən istifadəçi mayninq vasitəsilə bu zəncirə yeni blok əlavə edə bilər. Yeni blok əlavə edərkən digər şəbəkə iştirakçıları əməliyyatı təsdiqləyir. Bitkoinin köçürmə, ödəmə və ya alqı-satqı əməliyyatlarını vasitəçi olmadan hər kəs görə bilər. Desentralizasiyanın mahiyyəti məhz budur. Maraqlıdır ki, bu blokları dəyişdirmək mümkün deyil, siz yalnız blokçeyni mümkün qədər şəffaf və korrupsiyasız hala salan yeni bir blok əlavə edə bilərsiniz.

Ancaq blokçeyn yalnız Bitkoinə aid deyil. Blokçeyn texnologiyaları müxtəlif şəkildə istifadə edilə bilər. Desentralizasiya edilmiş bir şəbəkənin funksionallığı bu gün kriptovalyuta ilə məhdudlaşmır, blokçeynin istifadəsinə digər fəaliyyət sahələrində də tələbat var. Məsələn, zooparkdakı heyvanlar haqqında məlumatları desentralizasiya etmək olar, blokçeyn texnologiyasından qəhvə mağazası və digər qida müəssisələrində istifadə etmək olar.

21-ci əsrin bu möcüzəsi tətbiq edilə biləcək daha hansı sahələr var?

Back to Earth oyunu

Virtual reallığa əsaslanan maraqlı bir oyun. O, mobildən tutmuş stasionaradək ən müxtəlif platformalarda istifadə olunur.

Oyunun mahiyyəti zombi heyvanları şəklində apokalipsisə məruz qalmış bəşəriyyətin sağ qalmış hissəsinin xilasıdır. Həyatını itirməyən hər kəs özünü ən müxtəlif yollarla xilas etməyə çalışır.

Storitelling aləti və blokçeyn texnologiyası StarCredits tokeni ilə oyuna başlamağa, funksiyalar əldə etməyə və oyunun gedişatını təyin etməyə imkan verir. Oyun bir çox təcrübəli oyunçular və oyun sahəsində yeni addımlayanlar arasında çox populyardır. Hər kəs blokçeyn istifadəsinin asanlığını qeyd edir.

Bitnation şirkətinin virtual dünyası

Pangea blokçeyn texnologiyası Bitnation şirkəti tərəfindən 2014-cü ildən bəri istifadə olunur.

Müharibəsiz və cinayətsiz bir dünyanın mövcud olduğunu göstərmək üçün bu şirkət planetimizdə yeni bir virtual dünya yaradıb. Bitnation-da məskunlaşmaq, vətəndaş kimi qeydiyyata düşmək və hətta evlənmək və valideyn olmaq olar.

Bitnation elektron dünyası ölkənizi qurmanıza və ya millətinizi yaratmanıza imkan verir. Bu desentralizə edilmiş sistemdə hal-hazırda 500 milləti təmsil edən 20000-dən çox insan “yaşayır”.

CannabisCoin – tibbi kannabisin alış sistemidir

ABŞ-da marixuananı tokenlə ala biləcəyiniz apteklər var. Bu sadəcə kriptovalyutanın fiziki yolla möhkəmləndirilməsi deməkdir.

Çox yaxşı sazlanmış CannabisCoin sistemi qazancını tibbi kannabisin alışından götürür. Bir tokenlə bu dərmanın bir qramını almaq olar. Bu təxminən 20 ABŞ dolları deməkdir.

Ehtimal ki, gələcəkdə bir tokenin dəyəri bir qram kannabisin dəyərinə uyğun dəyişəcək.

Evan Coin valyutası

Öz şəxsi valyutandan daha qeyri-adi nə ola bilər? Bu, Evan Coin ilə mümkün olub. Evan Prodrom adlı məşhur bir ixtiraçı və maliyyəçi blokçeyn platformasında desentralizə edilmiş valyuta əməliyyatları sxemini qurub.

Yarandığı gündən bəri bir Evan Coin 45 ABŞ dollarıdır, lakin Evan Coin-in sahibi öz valyutasının dəyərini özü təyin edə bilər. İşlədiyi vaxtı satmaq istəyən proqramçının iş saatı hazırda 1-2 Evan Coin təşkil edir.

Blokçeyn texnologiyası ilə siz öz vaxtınızı asanlıqla rəqəmsal hala gətirə bilərsiniz.

MonaCoin Asiya valyutası

MonaCoin anime valyutasına Şərqi Asiyada tələbat böyükdür. Yaponiya banklarında və mağazalarında bu valyuta ilə onlayn və oflayn kredit kartı vasitəsilə ödəniş aparıla bilər.

Telefondakı xüsusi proqram tətbiqləri bu valyutanı öz üzərinizdə həmişə “gəzdirməyə” imkan verir, eləcə də istifadə keyfiyyətini yaxşılaşdırır və valyutanı icad edənlərə yeni hədəf auditoriyası verir.

Xidmət sahələri və bir çox iaşə müəssisəsi çoxdan MonaCoin valyutasına keçib. Onlar müştərilərdən blokçeyn texnologiyasına əsaslanan bu rəqəmsal valyutada köçürmələri qəbul edir.

Qtum əsaslı Halal layihəsi

Halal (halal) müsəlmanlar arasında populyardır. Bu, hər hansı bir məhsulun istehlakçıya gedən yolunu təyin edən sistemdir.

Halal sözü haram (günah) sözünün əksidir. O, "icazə verilən, günah olmayan" deməkdir. O, ivrit dilindəki "koşer", yəni “imkan verilən” sözünə bənzəyir.

İslamda icazə verilən qida və kosmetika məhsullarının istehlakı əbədi bir problemdir. Bu məsələni həll etmək üçün məhsulun üzərində mənşə və digər dini detallar göstərilir. Qtum əsaslı Halal layihəsi, hətta məhsulların tərkibindəki maddələri belə istehsalçıdan birbaşa alıcıya ötürməyə imkan verir. Bütün bunlar blokçeyn platformasında hazırlanmışdır.

MyEtherWallet-də Jesus Coin

İndulgensiyaların onlayn satılması sistemi olduqca maraqlı bir sistemdir. Bu ideyanı irəli sürənlər kilsələrlə onların inanclı insanlara idulgensiyaları onlayn satması ilə bağlı danışıqlar aparır.

MyEtherWallet-də Jesus Coin valyutasına sərmayə qoymaq bir qədər satirik olsa da, olduqca yaxşı inkişaf edən bir əməldir. Jesus Coin-in valyuta bazarında nə müddət qala biləcəyi məlum deyil, ancaq qeyd edək ki o, blokçeyndə olduqca yaxşı hazırlanmışdır.

Nucleus. Vision bonus sistemi

Nə istədiyinizi bilmirsinizsə və ya seçim etməyə vaxtınız yoxdursa, deməli siz Nucleus. Vision şirkətinin müştərisisiniz. Bu şirkət qərar qəbul etmək üçün xüsusi bir "köməkçi" hazırlayıb. Nucleus. Vision şirkətinə bağlantısı olan hər bir şəxs desentralizə olunmuş şəbəkənin üzvünə çevrilir. Bu, bir kafe və ya bir idman malları mağazası ola bilər. ION identifikatoru vasitəsilə proqram potensial müştəri haqqında bütün sosial şəbəkə hesablarından və mövcud olan digər qeyri-məxfi mənbələrdən məlumat toplayır və həmin müştəriyə onun "ehtiyac duyduğu" məhsulu təklif edir. Çox vaxt həmin müştəri bu məhsulu əldə edir, çünki həmin məhsul onun nə vaxtsa internetdə ifadə etdiyi ehtiyacları ödəyir.

Təklif olunan məhsulu əldə etdikdə müştəri növbəti dəfə bu müəssisədə və ya Nucleus. Vision sisteminin digər müəssisələrində ödəmə vasitəsi kimi istifadə edə biləcəyi NCASH bonuslarını qazanır.

Bu, həm müştərilərə, həm də müəssisədəki satış səviyyəsini artırmaqdan daha çox istehlakçının ehtiyaclarını anlayan mağaza sahiblərinə yaxşı kömək edir.

18+ klublarındakı valyuta. The Legends Room

Las-Veqasdakı The Legends Room adlı məşhur striptiz klubu öz açılışından əvvəl adı klubun adından ilhamlanan Lgd valyutasını dövrəyə buraxıb. 1 Lgd-nin qiyməti 0,3 ABŞ dolları təşkil edir. Bu valyuta ilə private striptiz, iki nəfərlik və ya daha böyük bir otaq, eləcə də digər xidmətlər sifariş etmək olar. Qiyməti 5000 Lgd olan VIP xidmətləri də var.

Bu valyutanın əsas prinsipi gizlilik və anonimliyin qorunmasıdır. Axı, vəsaitlər adi bir bank kartından deyil, heç kimin bilmədiyi bir Lgd hesabından silinir.

Odem təhsil sistemi

Blokçeyn layihələrin daxili tokenləri daim ixtisasını artıran və tədris bacarıqlarını inkişaf etdirən müəllimlərə Odem platformasında öz təhsil haqqını birbaşa ödəməyə imkan verir.

Odem platformasındakı bu təhsil sisteminin hədəfi tədris prosesini daha əlçatan və şəffaf hala gətirməkdir. Qeyd edək ki, bu sistemin yaradıcı heyəti artıq öz istəyinə nail olub.

Gələcək blokçeynindir

İndulgensiyaların onlayn əldə edilməsi və istehlakçıya lazım olan malların təyin edilməsi son deyil. Blokçeyn texnologiyası əsasında yeni proqramlar yaradılır və belə də davam edəcək. Proseslərin desentralizasiyası adi bank valyutasının imkan vermədiyi əməliyyatları icra etməyə imkan verən rahat və sadə bir proses olduğundan, adi internet istifadəçiləri arasında blokçeyn obyektlərinə tələbat günbəgün artır.



Müəllif::

IT STEP Academy

Dizayn

Sosial Media üçün Vizual Dizayn Trendləri | 2026

Sosial Media üçün 2026-cı il Vizual Dizayn Trendləri Rəqəmsal marketinqin ayrılmaz hissəsi olan sosial media platformaları daim dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq brendlər üçün həlledici əhəmiyyət daşıyır. İstifadəçilərin diqqətini cəlb etmək və mesajı effektiv şəkildə çatdırmaq üçün qrafik dizayn ən güclü vasitələrdən biridir. Bəs, 2026-cı ildə sosial media üçün hansı vizual dizayn trendlər aktual olacaq? Bu bloqda, 2026-cı il trendlərini detallı şəkildə analiz edəcəyik. Süni İntellektin Dizaynlara Təsiri 2026-cı ildə sosial media vizuallarına ən böyük təsir edən məqamlardan biridə son illərdə olduğu kimi Süni İntellekt olacaq. AI-ın gücü ilə dizaynerlər daha sürətli və fərdiləşdirilmiş kontent yarada biləcəklər. Sürətli Kontent İstehsalı: AI alətləri (m�

ШАГ логотип

Dizayn

Çap Üçün Dizayn Qaydaları: Ölçü, Rəng və Format

Çap Üçün Qrafik Dizayn Necə Olmalıdır? Qrafik dizayn sadəcə estetik görüntülər yaratmaq deyil, vizual elementlər vasitəsilə verilən mesajı hədəf kütləyə doğru çatdırmaq sənətidir. Tarixən qəzet, jurnal və afişalarla başlayan bu sahə, texnologiyanın inkişafı ilə rəqəmsal platformalara daşınsa da, çap dizaynı (print design) öz əhəmiyyətini heç vaxt itirməyib. Ancaq nəzərə almaq lazımdır ki, çap üçün dizayn hazırlayarkən rənglərin kağız üzərindəki davranışı, ölçü dəqiqliyi və material seçimi kimi amillər həlledici rol oynayır. Bu bloqda print üçün dizayn hazırlayarkən diqqət edilməli məqamlardan bəhs edəcəyik.   Print üçün Dizaynın Təməl Prinsipləri Print dizaynı rəng modelləri (CMYK), yüksək keyfiyyətli (300 dpi) təsvirlər və çap

ШАГ логотип

Dizayn

Azərbaycanda Loqo Dizaynı

Loqo Dizayn Edən zaman Nələrə Diqqət Edilməli? Rəqəmsal dövrdə brendinq hər zamankından daha vacibdir və loqo bu prosesin mərkəzində dayanır. Azərbaycanda da rəqəmsal transformasiya sürətləndikcə, keyfiyyətli loqo dizaynına olan tələbat artır. Bu bloqda loqo dizaynının əsaslarını, ən yaxşı praktikalarını və istifadə olunan proqram təminatlarını nəzərdən keçirəcəyik. Loqo hazırlamamışdan əvvəl nələri bilmək vacibdir? Loqo dizaynına başlamazdan əvvəl, qrafik dizayn nədir sualına cavab vermək lazımdır. Qrafik dizayn, vizual elementlər vasitəsilə effektiv kommunikasiya qurmaq sənətidir. Loqo isə bu kommunikasiyanın ən sıxlaşdırılmış formasıdır, yəni o, brendin dəyərlərini, missiyasını və kimliyini bir simvolda cəmləşdirir. Bu sahədə peşəkarlaşmaq istəyənlər üçün qrafik dizayn nedir sualının cavabı, sadəcə texniki bacarıqlardan ibarət deyil,

ШАГ логотип

Dizayn

Adobe Photoshop-un Qrafik Dizayndakı Yeri və Önəmi

Rəqəmsal texnologiyaların inkişafı ilə qrafik dizayn ixtisası əmək bazarında ən aktual və tələb olunan sahələrdən birinə çevrilmişdir. Bu sahədə karyera qurmaq istəyənlər üçün ilk və ən vacib addım, düzgün rəqəmsal dizayn proqramları ilə tanış olmaq və peşəkar təhsilə başlamaqdır. Bu məqalədə Adobe Photoshop proqramı ilə dizayn dünyasına necə daxil olacağınızı, istifadə olunan əsas alətləri və öyrənmə metodlarını ətraflı nəzərdən keçirəcəyik. Qrafik Dizayn Nədir? İlk növbədə, qrafik dizayn nədir sualına aydınlıq gətirmək lazımdır. Qrafik dizayn, vizual elementlərdən şəkillər, mətnlər və rənglərdən istifadə edərək müəyyən bir məlumatı və ya mesajı hədəf kütləyə çatdırma sənətidir. Effektiv vizual kommunikasiya müasir marketinqin əsasını təşkil edir. İnternetdə tez-tez rast gəlinən qrafik diz

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti