STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Visual Studio-nun 10 ən yaxşı genişlənməsi və faydalı plaqini

IT Step

Proqramlaşdırma

13.07.2023

5953 baxış

Visual Studio Code bir çox məşhur əməliyyat sistemlərində işləyən kod redaktorudur. O, frontend tərtibatçıları üçün ən yaxşı seçim hesab olunur. Rahat funksiyalar və asanlıqla qavranılan interfeys vs code genişlənmələri vasitəsilə hər kəsə işi sürətləndirməyə imkan verir.

Bu məqalədə biz sizə 10 ən yaxşı VS Code plaqinini təqdim edirik.

VS code Icons

Bu plaginin istifadəsi, tərtibatçının kod yazdığı proqramlaşdırma dilindən asılı olmayaraq, faydalı ola bilər. O hər bir fayl üçün nişan kodu yazır. Bunun sayəsində heç bir qovluq itmir və nəyin nəyə aid olduğu hər zaman aydın olur.

Əslində, bu plagin tərtibatçının və ya dizaynerin işlədiyi materialları vizuallaşdırır. Oxşar bir genişlənmə Material Icon Theme adlanır. Hər bir qovluq kateqoriyası üçün yaraşıqlı şəkillərin təyin edilməsi fayllarla işi asanlaşdırır.

Prettier

Kodla işləməkdə avtomatiklik az olduqda köməyə Prettier plagini gəlir. Girintilər, abzas boşluqları, böyük hərflər və digər formatlaşdırma elementləri bu funksiya sayəsində kodda avtomatik olaraq yerləşdirilir.

Heç də bütün visual studio plaginlərində avtomatlaşdırma imkanı yoxdur. Prettier genişlənməsi sayəsində isə kod kompüterin yaddaşında saxlanandan sonra doğru qalır (hətta proqramçının nəsə unutduğu zaman belə).

Ondan necə istifadə etmək olar:

  • Plagini quraşdırmalı;
  • Parametrləri JSON kod formatında açmalı;
  • “editor.formatOnSave” sətrini və “true” qiymətini əlavə etməli;
  • Proqramı yenidən işə salmalı.

Live Server

Bu genişlənmə şəxsi bir server yaratmağa imkan verir. Əlavə alətlərdən istifadə etmədən yalnız bir genişlənmə quraşdıraraq siz öz layihəniz üçün bir server işə sala bilərsiniz.

Faylın kodunda "Open with Live Server" yazmaq və bütün tərkibi ilə lokal serverdə saxlamaq lazımdır. Avtomatik restart genişlənmənin yaddaşda saxlanan faylları saxlamasına mane olmur.

Bracket Pair Colorizer

Bu plagin çox rahatdır. Onun əsas funksiyası fiqurlu mötərizələrin işıqlandırılmasıdır. Proqramçının bir-biri ilə əlaqəli iki mötərizəni diqqətində saxlaya bilməsi üçün müxtəlif mötərizələrin müxtəlif rəngə boyanması çox rahat və faydalıdır.

Bu plagin Python istisna olmaqla, demək olar ki, bütün proqramlaşdırma dillərində işləyir. Amma Python-da heç mötərizə də yoxdur.

Indent Rainbow

VS Code redaktorunun bu və bundan əvvəlki genişlənməsi proqramlaşdırmanı daha parlaq və maraqlı hala gətirir. Bu genişlənmənin adından (göy qurşağı) çox şey aydın olur.

Bu genişlənmə bizə nə verir? O, koddakı abzas boşluqlarını ayrıca bir rəngə boyayır. Bu rəng dizaynı heç bir sətirdə qarışıqlığın yaranmasına imkan verməz.

GitLens

VS Code redaktorunun bəzi genişlənmələrinin monitorinq funksiyası da var. Məsələn, GitLens genişlənməsi Git-də kodun korrektə edilməsi zamanı şərhlərə və repozitori tarixçəsinə baxış üçün nəzərdə tutulur.

Başqa sözlə, bu bir kod dəyişikliklərinin vizuallaşdırılmasıdır. Onu siz axtarış etmədən və əlavə iş görmədən gözlə görə bilərsiniz. Proqramçı üçün iş rahatlığı.

Peacock

Elm adamları sübut edib ki, bir insan bir işi bəyənirsə, həmin işi görmək onun üçün heç bir çətinlik törətmir. İş yerinin rəng tərtibatı bəzən hətta iş ab-havasına münasibəti müəyyənləşdirir.

Peacock kimi bəzi visual studio plaginləri bənzər bir iş görür. Onun vəzifəsi proqramçının işinə müxtəliflik əlavə etməkdir. O, bunu rəng əlavə etməklə əldə edir. Bunun sayəsində iş yerinin fonunu və yan panelini dəyişmək olar.

Faker

Visual studio code redaktorunun plaqinləri yalnız rəngləri və digər vizual effektləri dəyişmir. Onlar həm də kodun testdən keçirilməsi üçün adlar və ya digər dəyişənlər yarada bilər.

Əlbəttə ki, bunu hər kəs edə bilər, amma işi çox olan bir şəxs dəyərli vaxtını kodun testi üçün ünvan və ya saxta ad düşünməyə sərf etmək istəmir.

Həmin şəxsin əvəzinə bu işi kompüter, yəni Faker plagini görə bilər.

Lorem ipsum

Doldurma mətni yaratmaq lazım olduqda köməyə məhz bu plaqin gəlir. O, dominodakı "balıq" üsulu ilə mövzunu bağlayacaq müvafiq mətn "yaradır". Məhz buna görə bu plaqin "balıq" da adlanır.

Mürəkkəb mətnlər yazmağa vaxtınız yoxdursa, bu plaqin çox əlverişlidir. O, bu işin öhdəsindən asanlıqla gəlir.

Better Comments

Koddakı şərhlər ayrıca bir mövzudur. Onları bəzən görmək olmur. Şərhləri ayırmaq üçün artıq məlum rəng sxemindən istifadə olunur. Onları mövzu meyarlarına və ya oxunma tezliyinə görə ayırd etmək olar. İstənilən halda, bu çox rahat və parlaqdır.

Bunları harada öyrənmək olar?

STEP Kompüter Akademiyasındakı Front End təlim kursunda biz sizə IT sahəsində uğurlu karyera başlanğıcı üçün faydalı ola biləcək hər şeyi öyrədəcəyik. Html kodu üçün VS Code genişlənmələri və plaqinləri sizin yaxşı bir mütəxəssis olmanıza və vaxtınıza qənaət etməyə kömək edəcək.

Vs code plaginlərinin təklif etdiyi rahatlığı hiss etmək üçün onlarla işi öyrənmək lazımdır.

Linkə daxil olub məsləhətləşmə təyin edin. Yüksək maaşlı və güclü bir proqramçı olmağa kömək edəcək zəruri bilik və bacarıqlara Siz yalnız bizdə yiyələnə bilərsiniz.



Müəllif::

IT STEP Academy

Proqramlaşdırma

Sıfırdan Python Proqramlaşdırma: Addım-addım Yol Xəritəsi

Python proqramlaşdırma yeni başlayanlar üçün ən əlçatan və praktik istiqamətlərdən biridir. Sadə sintaksisi, geniş istifadə sahələri və real layihələrdə tətbiq imkanları onu IT sahəsinə başlamaq istəyənlər üçün güclü seçimə çevirir. Bu dil veb tətbiqlərdən data analitikaya, avtomatlaşdırmadan süni intellektə qədər müxtəlif sahələrdə istifadə olunur. Buna görə də düzgün qurulmuş öyrənmə planı ilə sıfırdan başlayaraq mərhələli şəkildə real bacarıqlar qazanmaq mümkündür. Əsas məqsəd sadəcə kod yazmağı öyrənmək deyil, həm də problemi analiz etmək, alqoritmik düşünmək və işlək həllər yaratmaqdır. Bu yol xəritəsi Python kursu seçməzdən əvvəl hansı mərhələlərdən keçməli olduğunuzu daha aydın görməyə kömək edəcək. Sıfırdan Python Proqramlaşdırma

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika Portfoliosu Necə Qurulur? Yeni Başlayanlar üçün Praktik Bələdçi

Data analitika sahəsinə başlamaq istəyənlər üçün portfolio bilikləri real nəticəyə çevirən ən vacib göstəricilərdən biridir. CV-də “SQL bilirəm” və ya “Python ilə işləyə bilirəm” yazmaq kifayət deyil. İşəgötürənlər namizədin məlumatı necə topladığını, təmizlədiyini, analiz etdiyini və nəticəni necə təqdim etdiyini görmək istəyirlər. Buna görə düzgün qurulmuş portfolio yeni başlayan analitik üçün həm öyrənmə aləti, həm də karyera fürsətlərinə açılan praktik sübut rolunu oynayır. Portfolio layihələri sadəcə qrafiklərdən ibarət olmamalıdır. Hər layihə konkret sual, data mənbəyi, analiz prosesi və nəticə ilə tamamlanmalıdır. Bu yazıda data analitika kursu seçməzdən və ya müstəqil öyrənməyə başlamazdan əvvəl portfolio qurmaq üçün hansı addımların vacib olduğun

ШАГ логотип

Proqramlaşdırma

Data Analitika və Business İntelligence (BI) Arasındakı Fərqlər

Data ilə işləyən sahələr sürətlə inkişaf etdikcə “Data Analitika” və “Business Intelligence” anlayışları daha çox müzakirə olunur. Hər iki istiqamət şirkətlərin məlumatlardan düzgün qərar çıxarmasına kömək edir, amma onların məqsədi, istifadə forması və iş prosesi eyni deyil. Business Intelligence daha çox mövcud biznes göstəricilərini izləməyə, hesabatlar və dashboard-lar vasitəsilə vəziyyəti aydın göstərməyə fokuslanır. Data analitika isə məlumatların arxasındakı səbəbləri araşdırır, trendləri izah edir və gələcək qərarlar üçün daha dərin nəticələr çıxarmağa çalışır. Bu fərqi anlamaq data analitika kursu seçmək, BI sahəsinə başlamaq və ya SQL biliklərini karyerada necə istifadə edəcəyini müəyyən etmək istəyənlər üçün vacibdir. Business İntelligence və Data Analiti

ШАГ логотип

Kibertəhlükəsizlik

Helpdesk Dərsləri ilə IT karyerasına Başlanğıc Et

Helpdesk Bootcamp - IT sahəsinə ilk addım Helpdesk nədir? Helpdesk IT sahəsində istifadəçilərə texniki dəstək göstərən və kompüter, proqram təminatı və şəbəkə problemlərinin həllində kömək edən əsas başlanğıc vəzifələrdən biridir. Helpdesk mütəxəssisləri istifadəçilərin qarşılaşdığı texniki problemləri analiz edir, həll yolları təqdim edir və sistemlərin stabil işləməsinə dəstək olurlar. IT sahəsinə yeni başlayanlar üçün helpdesk rolu ən uyğun başlanğıc mərhələlərindən biri hesab olunur. Bu vəzifə həm texniki biliklərin, həm də analitik düşüncənin inkişafına kömək edir. Computer Fundamentals Bootcamp nə vəd edir? Computer Fundamentals Bootcamp proqramı IT sahəsində karyeraya başlamaq istəyənlər üçün nəzərdə tutulmuş 12 həftəlik intensiv hazırlıq kursudur. Bu müddət ərzində iştirakçı

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti