Robototexnika klubu üçün təlimçi
Tam məşğulluq
İş məlumatı
Tələb olunan Bacarıqlar
- Robototexnika və mexatronika sahəsində həm nəzəri, həm də praktiki biliklər;
- Lego, Arduino və ya Raspberry Pi platformaları ilə işləmək bacarığı;
- C++, Python və ya müvafiq blok proqramlaşdırma dilləri üzrə biliklər;
- Mürəkkəb texniki konsepsiyaları sadə və anlaşılan dildə izah etmə bacarığı;
- Robototexnika yarışmalarında (olimpiadalarda) iştirak və ya tələbə hazırlamaq təcrübəsi mütləqdir;
- Azərbaycan dilində sərbəst danışmaq, rus dili biliyi isə üstünlük hesab olunacaq.
Məsuliyyətlər
- Tələbələri yerli və beynəlxalq robototexnika olimpiadalarına (məsələn, WRO, WRCC, SAF və s.) hazırlamaq;
- Robotların yığılması, proqramlaşdırılması və sınaqdan keçirilməsi üzrə praktiki məşğələlərin təşkili;
- Tədrisin təşkili: Müəyyən olunmuş qrafikə əsasən dərslərin vaxtında və keyfiyyətli keçirilməsini təmin etmək;
- İnnovativ yanaşma: Dərslərdə interaktiv metodlardan istifadə edərək tələbələrin marağını və cəlb olunmasını artırmaq;
- Monitorinq: Tələbələrin dərsdə iştirakını, aktivliyini və mənimsəmə göstəricilərini mütəmadi qeydə almaq.
Biz təklif edirik
İş şəraiti və təkliflərimiz:
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Komfortlu iş şəraiti
- Təlim prosesində və tələbələrlə ünsiyyətdə müəllimlərə dəstək verilir;
- Təlim və motivasiya imkanları