STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Mən aytişnik olmaq istəyirəm. Məni öyrətsinlər!

27.05.2020

1645 baxışlar

İT mütəxəssisi karyerasını bu gün çoxları arzulayır. Ancaq bir mücərrəd fantaziyanı necə konkret və əlçatan bir məqsədə çevirmək olar? Üç sadə tərkib hissəsindən başlayın: informasiya texnologiyalarına olan dərin maraq,  öz istedanızın qiymətləndirilməsi, ixtisas seçimi.

 

Neçə yaşından hazırlığa başlamaq olar?

 

Çox vaxt biz gələcək peşəmizi yuxarı siniflərdə müəyyənləşdiririk. Ancaq uşağın əsas meylini anlamaq, onun sevdiyi əşyaları və məşğuliyyətləri seçməyi valideynlər daha öncədən orta hətta kiçik siniflərdən də edə bilərlər. 

Uşaq konstruktorları çox sevir və günlərlə qeyri-adi varlıqlar və kosmik aparatlar yaradır? Riyaziyyatı çox sevir və bütün riyazi məsələləri çox asanlıqla yerinə yetirir? Kiçik yaşlarından kompüteri bilir və öz sualları ilə hətta google –u da çaşdırır?  Gənc, inadkar və məqsədyönlü tədqiqatçının İT-də peşəkar olmaq şansı yüksəkdir. Sadəcə olaraq uşağın maraqlarını dəstəkləmək, zehni inkişaf etdirən məşğələlərə - dərnək, kurs və ya müəllim yanına yönəltmək lazımdır. Məhz bu professional hazırlığa ilk mərhələ olacaqdır.  

 

 

Nəyi inkişaf etdirmək lazımdır: məktəb fənləri və xarakter xüsusiyyətləri 

 

Gələcək proqramçı üçün əsas məktəb fənləri riyaziyyat, fizika və ingilis dilidir. Riyaziyyat və fizika mərkəzləşdirilmiş sınaqda lazım olacaqdır . İngilis dili olmadan isə bu peşəyə daxil olmaq çox çətindir. Tədris və texniki ədəbiyyatın əksəriyyət hissəsi, sənədləşmə və proqramların özü demək olar ki, hər zaman ingilis dilində yazılır.  Bu Bu, Qlobal İT icmasının iş dilidir. Ona görə də inqiliş – mütləq mast həv!

Elm ilə yanaşı gələcək proqramçı digər faydalı bacarıqları də inkişaf etdirməlidir.  IT sahəsinin mütəxəssislərinin hesab etdiyi kimi mühüm bacarıq - daim inkişaf etməyə və yeniləri öyrənməyə hazır olmaqdır.   Texnologiyalar çox tez dəyişir, ona görə də, öyrənmə vərdişi olmadan proqramçı  kənarda qalma riski altındadır və əmək bazarında itə bilər. Həmçinin peşəkarların fikrincə, aşağıdakı keyfiyyətlər yaxşı mütəxəssis olmağa kömək edə bilər:

Analitik düşüncə tərzi, işə addım-addım yanaşma, problemləri həll etmək və nəticələr əldə etmək bacarığı, səbirli olmaq, detallara diqqət, əla konsentrasiyası, Komandada işləmək bacarığı, təşəbbüskarlıq.

Bu keyfiyyətlərə sahib olmaq arzuolunandır ancaq mütləq deyil: bütün bunlar müxtəlif şirkətlərdəki iş mövqeyindən və işdən asılıdır. Perl-in qurucusu Larry Wall hesab edir ki, proqramçının əsas məziyyətləri   tənbəllik, səbirsizlik və qürurdur. Çünki  tənbəl məsələnin ən effektiv həll yolunu tapa bilər.

 

 

Hansı İT ixtisas seçək?

 

İnformasiya texnologiyasındakı əsas istiqamətlər – proqramlaşdırma, dizayn və dəstəkdir. Onların hər birində ixtisasların siyahısı var - istəklərinizə uyğun olanı seçin.

 

Proqramlaşdırmada fəxri liderlik proramçılardadır. Onlar proqram, sayt, oyunlar, mobil tətbiqatlar yaradır. Proqramlaşdırma dilindən asılı olaraq bu ixtisasa daha da daralır. (Java, PHP proqramçısı və s).  Bir də test edənlər var ki, onlar məhsulların işini yoxlayır, onların yanlışlarını və səhvlərini təhlil edirlər. 

 

Dizaynda veb dizayner mövcuddur ki, İT məhsullar üçün gözəl və rahat üz qabığı yaradır, orijinal elementlər axtarıb tapır və onları   harmonik bir kompozisiyada toplayır. Bu cür mütəxəssisin vəzifəsi təkcə parlaq veb-layihə yaratmaq deyil, həmçinin onu istifadəçi üçün cazibədar və rahat etməkdir.

 

Dizaynın aktual istiqamətləri sırasında 3D modelləşdirmə və vizuallaşdırma, moşn dizayn var. Bu ixtisaslar kompüter qrafikası, fantastik animasiya və inanılmaz xüsusi efektlərin maraqlı dünyasına yol açır.

 

Step IT Academy-də bu gün ən aktual və tələb olunan fənlər tədris olunur. Akademiyanın xüsusi proqramı uşaqların sadəcə faydalı deyil həm də əyləncəli zaman keçirməsinə imkan verir!



Müəllif::

IT STEP Academy

DevOps kimdir: peşənin təhlili

1. DevOps kimdir: fikirlər müxtəlifdir. 2. DevOps-a proqramlaşdırma lazımdırmı? 3. DevOps Python-dan necə yararlanır? 4. İstinad tezisləri.

Bu məqalədə biz DevOps engineer-in işinin mahiyyətindən bəhs etməyə çalışmışıq. Material proqramlaşdırmağa yeni başlayanlar və bu peşə ilə maraqlananlar üçün yazılmışdır. İnternetdə bu barədə ən müxtəlif fikirlər var. Mövzunu müxtəlif baxış bucaqlarından nəzərdən keçirək. DevOps kimdir: fikirlər müxtəlifdir Proqramçılar dünyasında DevOps-un nə və ya kim olduğuna dair 2 fikir var. Hər bir fikrin öz tərəfdarları və tənqidçiləri var. DevOps bir fəlsəfədir. 10-15 il əvvəl tərtibatçılar proqramın işlək olmasına, administratorlar isə həmin proqramın server vasitəsilə istifadəçiyə çatmasına cavabdeh idilər. Əvvəllər səhv düzəltmək üçün çox vaxt lazım olurdu. Sistem administratoru mesajı proqramçıya ötürürdü və ona problemi izah edirdi. Proqram&c

ШАГ логотип

Layihə meneceri (PM) kimdir və nə üçün o istənilən layihənin baş mütəxəssisdir

1. Layihə meneceri nə işlə məşğul olur. 1.1. Müştərilərlə sövdələşmə. 1. 2. Komandanın yığılması. 1. 3. Texniki tapşırıqların tərtibi. 1. 4. Komanda daxilində gedən proseslərə nəzarət. 1. 5. Nəticələrin müştərilərə təqdim edilməsi. 2. Yaxşı bir layihə meneceri olmaq üçün nələri bilmək lazımdır. 3. Öyrənməyə necə başlamalı.

Çox zaman İT şirkətlərində layihəni bir neçə nəfər icra edir. İT-də proqram tərtibatçıları və test edələr birlikdə işləyir, kopirayterlər, dizaynerlər, SMM mütəxəssisləri və marketoloqlar isə internet mətnləri üzərində işləyir. Layihə üzərində 5-50 mütəxəssis işləyə bilər. Şirkət kiçik olduqda, bütün işləri adətən onun rəhbəri idarə edir: prioritetləri müəyyən edir, əməkdaşlarla danışır və işi qəbul edir. Vaxt məhdud və ya şirkət böyük olduqda şirkətdə layihə meneceri fəaliyyət göstərir. Məqalədə siz layihə menecerinin vəzifələri və bacarmalı olduqları ilə tanış olacaqsınız. Layihə meneceri nə işlə məşğul olur Mütəxəssislər qrupuna rəhbərlik edən, iş bölgüsünü aparan və nəticəni qəbul edən bir insan təsəvvür edin. Bundan sonra o, müştəri ilə əlaqə qu

ШАГ логотип

İT-də analitik düşüncə istedad deyil, zəruri bacarıqdır.

1. Analitik düşüncə nədir. 2. Sürətli düşüncə çox vaxt aldadıcı olur. 3. Analitik düşüncə də mükəmməl deyil. 4. Nə zaman sürətli, nə zaman isə analitik düşüncədən istifadə etməli. 4.1. Analitik düşüncə harada tətbiq olunur. 4. 2. Sürətli düşüncə harada tətbiq olunur. 5. Analitik düşüncəni necə inkişaf etdirməli

Work Styles qeyd edir ki, analitik düşüncə İT peşələrində tələbat baxımından 100 xaldan 97-sini toplayır. Dərindən düşünmək və məsələləri anlamaq istedaddır yoxsa qazanılmış vərdiş? Məqaləmiz Nobel mükafatı laureatı Daniel Kahnemanın tədqiqatlarına əsaslanır. Analitik düşüncə nədir Müəyyən hallarda niyə tez qərar verdiyimizi, digərlərində isə niyə uzun müddət düşünməli olduğumuzu anlamağa bizə Daniel Kahnemanın ümumi düşüncə konsepsiyası kömək edəcək. İnsan beyni iki düşüncə sistemində işləyir: sürətli (1-ci sistem) və asta (2-ci sistem). Sürətli sistem hər gün avtomatik qəbul etdiyimiz qərarlardır. Avtomobili yol hərəkəti qaydalarına uyğun idarə və park etmək. Reklam lövhəsinə baxaraq təklif olunan malı almaq və ya almamaqla bağlı qərar qəbul etmək. Yazışma zamanı mesaj

ШАГ логотип

Robotexnika və robotlar

Robototexnika — texnologiya ilə bağlı bir sahəsi olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir.

Robototexnika — texnologiya ilə bağlı bir sahəsi olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Robotexnika sahəsi getdikcə bütün dünyada  dahada populyar olur.Avtomatik maşınlar istehsal etmək arzusu və ideyası çox daha əvvələ gedib çıxır. Leonardo Da Vinçi robot konstruksiyası üçün eskizlər və planlar hazırlayıb. İnsanlar həmişə tapşırıqları yerinə yetirə və ya onlarla qarşılıqlı əlaqə qura bilən maşınlar yaratmaqla heyran olmuşlar.     Thomas Christaller-ə görə, robotlar "insan imkanlarını genişləndirməyə imkan verən sensor mühərrikləri olan maşınlardır". Robotlar mexatronik komponentlər, sensorlar və kompüter əsaslı idarəetmə funksiyalarından ibarətdir. Robot texnikası dizayn, istehsal v�

ШАГ логотип

İlk dərslər

“Rəqəmsal Dizayn” istiqaməti üzrə dərslər iyunun 5-dən başlayır

Ətraflı

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat