STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

“Şam-Fi” və “STEP IT Academy” arasında əməkdaşlıq barədə memorandum imzalanıb

Beynəlxalq qida məhsullarının distributoru olan Şam-Fi  ilə STEP IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Şam-Fi və STEP IT Academy arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

 

Şam-Fi hazırda ölkəmizdə fəaliyyət göstərən ticarət nöqtələrinə keyfiyyətli və vaxtında satışın təşkilini həyata keçirmək və işlərin mükəmməl və sürətli olması üçün mümkün yeni texnologiyadan istifadə edir.

 

Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və təhsilin irəli aparılmasına şərait yaradacaq.

 

STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 20 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti