STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Zeynalova Şəfiqə

Galaxy Studios:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

STEP IT təhsili ilə paralel olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində Rəssamlıq təhsili alırdım. 2020 ci il məzunuyam.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?

Təhsil müddətində dizayn işləri götürmək ilk nailiyyətlərim arasına daxil ola bilər.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bəli. Artıq təhsil müddətində 5-6 ay sonra frilans dizayn işləri qəbul etməyə başladım.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?

Dizayn təhsilinə ilk başladığım zamanlarda dəfələrlə motivasiyadan düşürdüm. Bunun üstəsindən təbii ki müəllimlərimin məsləhətlətləri və zəngin təcrübələrindən faydalanaraq gəldim. Fürsətdən istifadə edib bütün müəllim(ə)lərimə hər zaman bizə dəstək olduqları və gedəcəyimiz yolu asanlaşdırdıqları üçün TƏŞƏKKÜR EDİRƏM!

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Məncə hər ikisi. İstedadlı olduğun halda əzmkarlıq göstərmədiyin üçün ya da tam tərsi uğursuzluq qaçılmazdır. Amma unutmaq da olmaz ki, uğursuzluq UĞURA gedən yolda ən böyük təcrübədir.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?

Bəli. Daim işçilərinin inkişafını düşünən Galaxy studios şirkətində Qrafik dizayner vəzifəsində çalışıram. Daim inkişaf etməyə çalışıram dizayn sahəsi üzrə. Bu yolda təbii ki düşdüyümüz iş mühiti də çox geniş rol oynayır.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Əlbəttə dəyişib. STEP IT Academy ilk növbədə mənə dizayn sahəsi üzrə biliklər əldə etməyimə və sosial çevrəmi artırmağa yardım edib.

Niyə məhz STEP IT Academy?

Geniş, rahat mühit və tələbələrin səmərəli təhsili üçün vacib olan hərşeyin olması.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Həyatınızda bir çox əngəllər, müəyyən zamanlarda sizin bacaracağınızdan şübhə edənlər və sizin edəcəyiniz bir sıra xətalar olacaq amma çox çalışsanız bütün sərhədləri aradan qaldıra bilərsiniz. Ona görə hər zaman başqasına yox özünüzə GÜVƏNİN və getdiyiniz yolu tamamlamadan geri dönməyin!

Hər birinizə UĞURLAR! :)

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti