STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Səmral Mansurov

Veysəloğlu QRUP:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Salam, mən Səmral Mansurov. Akademiyada təhsil almazdan öncə Azərbaycan Memarlıq və İnşaat Universitetində Mexanika və İnformasiya Texnologiyaları fakültəsində təhsil alırdım.

 

2017-ci ildə Akademiyada Şəbəkələr və Kibertəhlükəsizlik ixtisası üzrə təhsilimə başladım. Təhsil aldığım müddətdə əldə etdiyim bilik və bacarıqları real iş mühitində tətbiq etmək üçün təcrübə proqramlarına müraciət edirdim. Bunun nəticəsi olaraq 2018-ci ildə “Azericard MMC”-nin elan etdiyi yay təcrübə proqramının IT sahəsi üzrə qalibi seçildim və orada təcrübə keçmək imkanı əldə etdim. Eyni zamanda Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi təcrübə proqramına da müraciət etmişdim və 2020-ci ildə IT sahəsi üzrə proqramda iştirak hüququ əldə etmişdim. Bununla yanaşı 2020-ci ildə CCNA beynəlxalq sertifikat imtahanında iştirak etmiş və uğurlu nəticə əldə etmişəm.

 

Azericard MMC-də iştirak etdiyim təcrübə proqramı ödənişli əsasla həyata keçirilirdi. Buna görə də bu sahədə ilk gəlirim məhz bu idi. Hazırda Veysəloğlu MMC-də IT mütəxəssis olaraq fəaliyyət göstərirəm.

 

Motivasiyadan düşdüyüm zamanlar olurdu. Mənim təcrübəmdə buna səbəb vaxtın idarə edilməsi ilə bağlı idi. Belə ki, Universitetdə 2-ci kursda təhsil aldığım zaman STEP IT Academy-də təhsilimə başlamaq qərarı almışdım. Bu müddətdə günün bir hissəsini universitetdəki təhsili mə, digər hissəsini isə Akademiyadakı təhsilimə ayırırdım. Əlbəttə ki,   ev tapşırıqları, imtahanlar, dərsə hazırlıq prosesi və s. bütün bunlara da vaxt ayırırdım. Bu halda istirahət üçün çox da zaman qalmırdı. Belə gərgin qrafiklə davam etmək bəzi hallardaməni motivasiyadan salırdı, yorulurdum. Ancaq sevdiyim və mənə maraqlı olan sahədə təhsil almağım, eyni zamanda sonda əldə edəcəyim uğurlara olan inamım hər zaman motivasiyamı bərpa etməyə sövq edirdi. Akademiyadakı təhsilin keyfiyyətli olması və bununla bərabər mənim də davamlı öz üzərimdə çalışmağım uğurun qaçılmaz olmasına əsas verirdi. Motivasiyamın düşdüyü anlarda bütün bunları düşünmək kifayət edirdi ki, artıq mən bütün inamımla irəliyə doğru addımlayım.

 

Düşünürəm ki, əzmkarlıq hər bir sahədə çox önəmlidir. IT elə bir sahədir ki, daim yeniliklərə açıq olmaq, biliklərini təkmilləşdirmək lazımdır. Buna görə də əzmkar olub öyrənməkdən yorulmamaq tələb olunur. Lakin bu sahədə əzmkarlıqla yanaşı istedad da çox  vacib amildir.


 

Step IT Academy həyatımı dəyişib? Fikrimcə, bu suala cavabım:  “Bəli,  dəyişib”. Bu dəyişim əlbəttə ki, müsbət məna daşıyır. Belə ki, Akademiya mənə ilk növbədə vaxtımı səmərəli keçirməyi, düzgün vaxt bölgüsü aparmağı öyrədib. Burada əldə etdiyim biliklərlə təcrübə keçmək üçün müraciət etdiyim əksər şirkətlərdən müsbət cavab alırdım.

 

Belə bir məqamı da qeyd edim ki, təcrübə üçün müraciət etdiyim məşhur bir şirkətdə müsahibə mərhələsində IT STEP-də təhsil aldığımı bildirmişdim. “STEP IT-də təhsil alırsınızsa, sizi müsahibə etməyə gərək yoxdur” deyə cavab almışdım. Bu cümlə akademiyanın keyfiyyətli təhsil verdiyinin sübutu idi. Hər bir məzun akademiyanı müxtəlif şirkətlərdə uğurla təmsil edir.

 

Mən də akademiyada aldığım təhsil sayəsində yeni məzun olaraq kifayət qədər bilik bacarıqlarla və müxtəlif nəaliyyətlərlə zəngin rəngli bir CV-ə sahibəm))

 

Bura ilə tanışlığım bacım sayəsində olub. Mən kurs axtarışında olarkən bacım  STEP IT Academy haqqında tədbirlərin birində müsbət fikirlər eşitmişdi. Araşdırıb  maraqlandım və qərar verdim. Şəbəkələr və Kibertəhlükəsizlik ixtisası üzrə ilk məzunlardan biriyəm. İndi geri dönüb əldə etdiyim uğurları düşündükdə yaxşı ki, Akademiyanı seçmişəm deyə fikirləşirəm. Uğurlu seçim etməyin sevincini yaşayıram.

 

Hər bir tələbə, məzun Akademiyadakı təhsilin əsl simasıdır. Hər bir tələbənin hekayəsinə baxdıqda Akademiyanın önəmini başa düşmək olar. Burada təhsil almaqla maraqlanan hər kəsə demək istərdim ki, təhsilə edilmiş düzgün yatırım uğurlu gələcəyin açarıdır. Düzgün edilmiş yatırım sizi vaxt və maddi itkidən uzaqlaşdırar, uğura aparar. Ona görə də sizə uyğun ixtisası seçib təhsilinizə başlamağı və öz uğurunuza daha da yaxınlaşmağı tövsiyə edirəm.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti