STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Məmmədov Xəlil

Last Agency:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız? 

 

2011-dən 2015-ci ilə qədər UNEC-də iqtisadiyyat üzrə təhsil almışam. Fakültəm "Ümumi İqtisadiyyat" idi. Hal-hazırda isə STEP IT Academy-də Kompüter Qrafikası və Dizayn ixtisası üzrə təhsil alıram.

 

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

 

Ali təhsildən öncə məktəbdə oxuduğum üçün çalışmamışam. Lakin universitet illərindən bəri dizayn və videomantaj sahəsinə marağım yarandığı üçün, həmən sahələri öyrənməyə başladım və 2013-ci ildə ilk freelance sifarişimlə işləməyə başladım.

 

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ? 

Məncə əsas nailiyyətim əvvəl əsasən hobbi kimi qəbul etdiyim sahədə professionallaşaraq, bunu gəlir yerimə çevirmək olub.

 

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

 

Bəli, bu günə kimi qeyd elədiyim sahələr üzrə çalışıram və ilk gəlirim də 2013-cü ildə olub. Həmən dövrdə video montaj üzrə ilk ödənişli  sifarişim olmuşdu və müştəri üçün silsilə videolar montaj edərək ilk gəlirimi əldə etmişdim.

 

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun üstəsindən necə gəlmisiz?

 

Bəli, düşünürəm hər kəs bu halla rastlaşır, çünki daima bir ruh halında qalmaq olmur. Əsasən də əgər dizayn sahəsindəyiksə, daima motivasiya və işlərə yeni nəfəs qatacaq şeylərin ardınca getmək lazım olur. Bu əsasən fərqli insanların uğur hekayələrinə nəzər salmaq, onları analiz edib faydalı tövsiyələrindən istifadə etməkdir. Həmçinin çalışdığımız sahə üzrə daima trendləri və fərqli şəxs və işləri izləməkdir ki, bunun motivasiya və yeni ideyaların yaranmasında rolu böyük olur.

 

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

 

Məncə hər ikisi lazımdır, çünki irəli getmək üçün hərəsinin öz rolu var.

 

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

 

Hal-hazırda 2017-ci ildən bu yana dostlarımla komanda olaraq yaratdığımız  "Last agency"-də qrafik dizayner və videomontajçı olaraq çalışıram. Həmçinin SMM sahəsindən də anlayışım olduğu üçün bu istiqamətdə də işlər görürəm. Biraz çox universal insanam. Eyni anda bir neçə sahə üzrə çalışmaqdan zövq alıram, çünki bir işin olması mənim üçün bəzən sıxıcı gəlir.

 

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

 

Bəli, artıq 1 ildən çoxdu ki, təhsil aldığım STEP IT Academy-in sayəsində dizayn üzrə özümü daha da təkmilləşdirmişəm. Əvvəllər özümün internet üzərində öyrəndiyim praktika ilə iş görürdümsə, təhsil mənə həm də bu işin nəzəri hissəsini də öyrətdi ki, düşüncələrim və biliklərimdə xeyli irəlləyiş oldu. Və buna görə də təhsilin sonuna kimi də dərslərdən maksimum fayda götürmək istəyirəm. Həmçinin iş sahəmə də aldığım təhsil təsir etdi ki, daha keyfiyyətli işlərlə yeni müştərilər və sifarişlər qəbul edirəm və artıq birdən hansısa işin öhtəsindən gəlmərəm deyərək düşünmürəm.

 

Niyə məhz STEP IT Academy?

 

Açığı STEP IT Academy-yə yazılmamışdan öncə düşünürdüm ki, ölkədə dizayn sahəsi üzrə yüksək keyfiyyətdə təhsil verə biləcək bir mərkəz yoxdur və məhz bu səbəbdən ölkədə hardasa təhsil almağla bağlı axtarış belə etmirdim. Lakin bir gün orda proqramlaşdırma üzrə təhsil alan dostlarım məni STEP-lə tanış edəndən sonra düşüncələrim, necə deyələr, 180 dərəcə dəyişdi.

 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

 

Əgər həqiqətən akademiyada keçirilən sahələr üzrə ixtisaslaşıb və özlərini buna həsr etmək istəyirlərsə, o zaman STEP IT Academy tam onlarlıqdır. İçi özüm qarışıq hər birimizə bu yolda uğurlar!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti