STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Kamran Osmanlı

Access Bank:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Adım Kamran Osmanlıdır. STEP IT Academy-də  Şəbəkələr və Kibertəhlükəszlik üzrə təhsil almışam. STEP IT Academy-dən öncə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbində maliyyə üzrə təhsil almışam.

 

STEP IT Academy-də təhsil müddətində əldə etdiyim nailiyətlərdən biri, beynəlxalq səviyyədə tanınan CISCO və PaloAlto imtahanlarını yüksək nəticə ilə bitirib, sertifikatlarını əldə etmək idi. Digəri isə təhsil aldığım müddətdə təhsil aldığım sahə üzrə işlə təmin olumağım oldu. Akademiya-da oxuduğum birinci il idi ki, artıq IT üzrə işlə təmin olundum. Hal hazırda Access Bank-da, IT mütəxəssis olaraq çalışıram. 

 

Bəzi anlar olub ki  motivasiyadan düşmüşəm. Səbəb isə bəzən həyatın ədalətsiz olmağıdır. Hər bir insan motivasiyadan düşə bilər... Ancaq öz üzərində çoxlu çalışsa, insan bu əngəli rahat şəkildə aşa bilər.

 

Əzmkarlıq və istedad hər peşədə vacibdir və IT sahəsidə  istisna deyil. Çünki insanda maraq olduğu təqdirdə öz üzərində çalışaraq, əzmkarlıq göstərərək istedadını ortaya çıxardır və gələcəyin peşakarına çevrilir. Hətda sizə özümdən misal gətirə bilərəm. Məktəb vaxtlarından kompüterə olan marağım il keçdikcə dahada artırdı və hər dəfə yeni texnologiyalar haqqında dərindən məlumatlanmaq istəyirdim. Hər bir yenilik gördükdə, onların hər bir nüansının üzərində əzmlə və maraqla çalışırdım. 

 

STEP IT Academy həyatıma müsbət təhsir göstərib. Müsbət tərəflərindən ən biricisi də Akademiyamızın mənə bəxş etdiyi dostlardır. Nəyə görə birinci məhz dostlar? Çünki birimizdə hər hansısa bir çətinlik yarananda hər zaman bir birimizlə ələqə saxlayıb yaranan çətinliyi tez bir zamanda aradan qaldırırıq. Tez-tez görüşüb bir masa ətrafinda əyləşib IT sahəsində olan yenilikləri müzakirə edirik. Əlavə olaraq, daha öncə qeyd etdiyim kimi, təhsilim maliyyə ixtisası üzrə olub amma STEP IT Academy-yə gələndən sonra "Şəbəkələr və Kibertəhlükəsizlik" üzrə ixtisaslaşdım.

 

IT sahəsi üzrə təhsil almaq qərarını alanda, bütün IT təhsil müəssisələri ilə maraqlanırdım və bir çox araşdırmalar aparırdım. Niyə məhz STEP IT Academy sualına gəldikdə isə tələbələr üçün yaratdığı şəraiti, dərs cədvəlini və peşakar müəllimləri ilə tanış olandan sonra seçimim yalnız və yalnız STEP IT Academy oldu.

 

Akademiyada təhsil almaq istəyən tələbələrə deyə bilərəm ki, tərəddüd etmədən STEP IT Academy-ni seçə bilərlər. Hal-hazırda təhsil alan tələbələr üçünsə, seçdikləri ixtisasda uğurlar və müvəffəqiyyətlər arzu edirəm!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti